Məhkəmə qərarları › İş №2(044)-3083/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3083/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3083/2020 06.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı cavabdehlər Cavabdeh4 QSC-yə, Respublika Xammal və Əmtəə birjası “xxxxx” MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-ın 3 saylı Ərazi İdarəsinə qarşı hərəkətlərin qaununsuz hesab edilməsi, hərracın nəticələrinin və alqı-satqının etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 MMC-nin, Cavabdeh4 QSC-nin, Cavabdeh1 apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsi, ümumi yaşayış evinin X1 MMC ilə Cavabdeh4 QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 23/09 saylı protokolun və həmin hərracın yekunlarının etibarsız hesab edilməsi, onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, A.İldırım küçəsi, 46-48 nömrəli fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 06L000000325 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin əmlakın yüklü edilməsinə dair qeyd haqda çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil, çünki iddiaçı birinci tələbində Cavabdeh1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurunun qəbul etdiyi qərarlardan, eləcə də hərəkət və hərəkətsizliyindən tələbkar və ya borclu məhkəməyə şikayət verə bilər. Lakin, qeyd olunan şikayətlərə ümumi məhkəmələrdə iddia icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə ki, bu tələblər tərəflər arasındakı mülki hüquq münasibətlərindən yox, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun səlahiyyətlərini icra etməsindən irəli gəlir. Bu qərarların və hərəkətlərin mübahisələndirilməsi üçün qanunvericilikdə xüsusi prosedur müəyyən edildiyindən həmin qərarların və hərəkətlərin qanuniliyi iddia icraatı çərçivəsində yoxlanıla bilməz. Bundan baqşa iddiaçının digər tələbləri, yəni hərracın yekularına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi tələbləri isə digər cavabdehlər Cavabdeh4 QSC-yə, Respublika Xammal və Əmtəə birjası “xxxxx” MMC-yə və Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-ın 3 saylı Ərazi İdarəsinə qarşı yönəlmiş, həmin cavabdehlərin ünvanları isə Gəncə şəhəri Nizami rayon ərazisinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 153.2. və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilərsə, iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh4 QSC-yə, Respublika Xammal və Əmtəə birjası “xxxxx” MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-ın 3 saylı Ərazi İdarəsinə qarşı hərəkətlərin qaununsuz hesab edilməsi, hərracın nəticələrinin və alqı-satqının etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya Cavabdeh1 icra məmurunun qərarları, hərəkəti və ya hərəkətsizliyi ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının qanunu ilə nəzərdə tutulmuş qaydada şikayət vermək, digər cavabdehlərə qarşı isə seçiminə görə onlardan birininünvanın olduğu yer üzrə ümumi məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar