Məhkəmə qərarları › İş №2(044)-3290/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3290/2020

25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3290/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçı Həsənova (Babayeva) Lamiə Etibar qızının iştirakı ilə, iddiaçı Həsənova (Babayeva) Lamiə Etibar qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Həsənova (Babayeva) Lamiə Etibar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün onun xeyrinə 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X12 adlı uşaqları vardır. Onunla cavabdeh arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, azyaşlı uşaqlar onun himayəsində saxlanılmışdır. Cavabdehin çox yaxşı maddi imkanı olsa da, o, uşaqların saxlanmasında heç bir köməklik göstərməmişdir. O, övladları X3 üçün cavabdehdən aliment aldığı üçün hazırda digər uşaqları X6, X2 üçün aliment tələb edir. X9 saxlanması üçün məhkəmə qətnaməsi ilə cavabdehdən aliment tutulması qərara alınmış, sonradan onların arasında olan razılığa əsasən həmin qətnamə üzrə icra sənədinə xitam verilmişdir. Hazırda cavabdeh razılaşmaya əməl etmədiyi üçün o, məhkəməyə müraciət etmişdir. Digər oğlu Raula görə məhkəmə qətnaməsi ilə 80 manat aliment kəsilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. - Gəncə şəhəri Nizami Rayonu Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 3380/2015 saylı qətnaməsinin surətindən görünür ki, Həsənova (Babayeva) Lamiə Etibar qızı ilə Cavabdeh arasında x xxx 2008-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində 87 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra birgə nikahdan olan uşaqlar yetkinlik yaşına çatanadək anaları Həsənova (Babayeva) Lamiə Etibar qızının yanında saxlanması, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxx 2015-ci tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 80 manat olmaqla, iki uşaq üçün ümumilikdə 160 manat miqdarında aliment alınaraq iddiaçı Babayeva (Vəliyeva)Lamiə Etibar qızın verilməsi qərara alınmışdır. - Samux rayon İcra şöbəsinin icra məmurunun icraata xitam verilməsi haqqında qərarından görünür ki, Həsənova (Babayeva) Lamiə Etibar qızı ilə Cavabdeh öz aralarında razılığa gəldikləri üçün 2(044)-3380/2015 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. - Gəncə şəhəri Nizami Rayonu Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)- 2688/2020 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci tarixdən başlayaraq Cavabdeh hər ay 80 manat miqdarında aliment alınaraq İddiaçın verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə qeyd olunan normaları, işin faktiki hallarını, yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, onların normal, yəni qida rassionuna uyğun şəkildə qidalanmaqlarını, fiziki, əqli, sosial cəhətdən inkişaflarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi Cavabdeh Həsənova (Babayeva) Lamiə Etibar qızının xeyrinə hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icraya yönəldilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə hazırda təyin olunan alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi Cavabdeh Həsənova (Babayeva) Lamiə Etibar qızının xeyrinə hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun və alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar