Məhkəmə qərarları › İş №2(044)-3380/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3380/2020

03.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3380/2020 03.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmadan ailə qurmuş, birgə nikaharından xx.xx.2010-cu il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə aralarənda olan nikah Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-5235/2017 saylı qətnaməsi ilə pozulmuş və uşaq onun himayəsində saxlanılmışdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-870/2017 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay 136 manat alimentin tutulması qət edilmişdir. Cavabdehlə barışdıqları üçün 2020-ci ilin sentyabr ayından alimentin icrasına xitam verilməklə dayandırılmışdır. Cavabdehin hərbidə işlədiyini və ailəsi ilə maraqlanmadığını bildirdi. İddiaçı hazırda cavabdehlə ayrı yaşayırlar. O, uşağın saxlanılması üşün maddi çətinlik çəkir. Ona görə də, aliment tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ 246928 saylı atalığın müəyyən edilməsi haqqında şahadətnamədən görünür ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 atası müəyyən edilmişdir; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli AZ-İ 292549 saylı nikahın pozulması haqqında şahadətnaməninn notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018ci il tarixdə pozulmuşdur; Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ 024052 saylı adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 İddiaçı dəyişdirilmişdir; Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli AZ-İİ 556856 saylı doğum haqqında şahadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2010-cu ildə Göy-Göl rayonunda anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 87 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir; Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-870/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən cavabdehdən 136.6 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi qət edilmişdir; Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-5235/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X3 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Samux rayon Qeydiyyat şöbəsində 331 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulması qət edilmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirlliyi Mərkəzi Ərzaq Anbarının verdiyi arayışdan görünür ki, Cavabdeh vəzifə maaşı 260 manat təşkil edir; Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxxx 2019-cu il tarixli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-870/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o universitetdə işləməklə 230 manat məbləğində əmək haqqı alır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək məhkəmədən 136 manat məbləğində aliment təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia tələbində göstərilənləri, iş materiallarında olan iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 anadan olmuşdur. Uşaq hazırda anasının himayəsində yaşayır və cavabdeh uşağa hər hansı maddi yardım göstərmir. Məhkəmə uşağın anasının himayəsində olmasını, onun təlim və tərbiyəsi ilə təkcə ananın məşğul olmasını, uşağın saxlanması vəzifəsinin hər iki valideynin vəzifəsi olmasını, həmçinin uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onların mənafeyini, böyüdükcə artan tələbatlarını,aylıq təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının şərtlərini, iddiaçının uşağın saxlanılması üçün tələbatını təkbaşına ödəyə bilməsinin çətin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, hər ay 170 manat sabit pul məbləğində aliment xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarından da göründüyü kimi Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə araşdırılması zamanı cavabdehin vəziyyətində yuxarıda göstərilən hər hansı hallar aşkar edilməmişdir. Buna baxmayaraq məhkəmə iddia tələbini göstərilən həddə təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədi. Belə ki, iddiaçı cavabdehin daha çox qazanca malik olmasına dair sübutlar təqdim edə bilməmişdir. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı alimentlə bağlı məhkəməyə xx.xx.2020-ci ildə müraciət etdiyindən alimentin tutulmasına həmin tarixdən başlanılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirib, iddia tələbi üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar