Məhkəmə qərarları › İş №2(044)-347/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-347/2022

01.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-347/2022 01.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.12.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat alimentin və 760 manat artıq ödənilən pulun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18.05.2011-ci il tarixli 2(044)-852/2011 saylı icra sənədinə əsasən 18.04.2011-ci il tarixdən başlayaraq Cavabdeh 13.12.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Aralarında yaranmış ziddiyyətlə əlaqədar olaraq onun 4040 manat dəyərində qızıl-zinət əşyası və ya pul alınaraq X2 verilməsi, qarşı tərəf qızıl-zinət tələbi və uşaqla görüşdən imtina etdiyini, bunun müqabilində 13.12.2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tələbindən imtina etdiyini bildirərək, aliment tələbinə dair icra sənədinin icraatına xitam verilməsini xahiş etmiş, hal-hazırda alimentlə əvəzləndirmə olan 4040 manat əvəzinə 4800 manat ödənilmişdir. Onların hesabına görə onlar 760 manat məbləğində artıq pul ödəmişlər. Hazırda uşaq böyümüşdür, problemləri artmışdır, uşağına baxmaqda çətinlik çəkir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia ərizəsi əsassız və qanunvericiliyin tələblərinə ziddir, onun aliment borcu uşaqların yetkinlik yaşlarına çatanadək ödənişləri tərəfindən qanuni surətdə iddiaçının özünün imzası ilə imzalanmaqla, icraata xitam verilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 17.05.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 nikahları 26 aprel 2010-cu il tarixdə 52 saylı akt qeydi ilə pozulmuşdur. 08.01.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 birgə nikahlarından 13 dekabr 2007-ci il tarixdə X6 anadan olmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06.03.2013-cü il tarixli 8(044)-94/2013 saylı qərardadının surətindən görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin 31.01.2013-cü il tarixli AC-552/2012 saylı təqdimatı təmin edilmiş və icra sənədinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, iddia tələbinin cavabdehdən 760 manat artıq ödənilən pulun alınaraq, ona verilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə, Cavabdeh 13 dekabr 2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02.12.2021-ci il tarixdən başlayaraq hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 dekabr 2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02.12.2021-ci il tarixdən başlayaraq, hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 36.80 (otuz altı manat səksən qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar