Məhkəmə qərarları › İş №2(044)-367/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-367/2022

03.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-367/2022 03.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.07.2017-ci il təvəllüdlü X2 və 25.09.2019-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay ayrı-ayrılıqda 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat alimentın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(044)-479/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş, 21.07.2017-ci il tarixdə anadan olmuş X3 və 25.09.2019cu il tarixdə anadan olmuş X6 adlı uşaqları yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılmışdır. Onların nikahları pozulduğu andan uşaqlar onun himayəsindədir. Cavabdeh Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(044)- 479/2021 saylı qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti vermiş və sonradan Cavabdeh vermiş olduğu apelyasiya şikayətindən imtina etdiyindən, Gəncə Apelyasiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya icraatına xitam verilmişdir. Hazırda uşaqların layiqli yaşaması, tərbiyəsi və inkişafı üçün onun maddi imkanları məhduddur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, uşaqlarının onun yanında qalmasını tələb etmiş, Cavabdeh isə uşaqlarından imtina etmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia ərizəsində göstərilənlərlə razı deyil. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(044)- 479/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 17.07.2017-ci il tarixdə Gəncə Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində 1408 saylı akt qeydi ilə bağlanmış nikahları pozulmuş, tərəflərin birgə nikahlarından 21.07.2017-ci il tarixdə anadan olmuş X3 və 25.09.2019-cu il tarixdə anadan olmuş X6 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 11.06.2021-ci il tarixli 2(104)-2306/2021 saylı qərardadının surətindən görünür ki, Cavabdeh Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(044)-479/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şkayətindən imtinası qəbul edilməsi qərara alınmışdır. 10.10.2019-cu il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 25 sentyabr 2019-cu il tarixdə X6 anadan olmuşdur. 18.08.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 21 iyul 2013-ci il tarixdə X3 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, Cavabdeh 21.07.2017-ci il tarixdə anadan olmuş X2 və 25.09.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 09.12.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21.07.2017-ci il tarixdə anadan olmuş X2 və 25.09.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 09.12.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 53.60 (əlli üç manat altmış qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar