Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-3871/2021 15.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu İddiaçı cavabdeh "xxxx" QSC və Cavabdeh2nə qarşı “evin qiymətləndirilməsinin ləğv edilərək,evin hərraca çıxarılmasını müvəqqəti dayandırıb yeni qiymətləndirmənin aparılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı cavabdeh "xxxx" QSC və Cavabdeh2nə qarşı tələb irəli sürərək onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qoyulmuş qiymətin əsassız hesab olunaraq, evə dair yeni qiymətləndirmənin aparılması və evin hərraca çıxarılmasının yeni qiymətləndirmə aparılana kimi dayandırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmədən icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və X1 11974,78 ABŞ dolları əsas, 607,11 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə olmaqla, cəmi 13181,89 (on üç min yüz səksən bir tam yüzdə səksən doqquz) ABŞ dolları məbləğində pul ödəniş vaxtına Azərbaycan manatına məzənnə ilə manat ekvivalentində alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, cavabdehlər İddiaçı və X1 müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın, İddiaçı məxsus olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat müəyyən edilməklə evin açıq hərracda satılması, əldə olunan vəsait hesabına borcun və xərclərin ödənilməsinin təmin edilməsi, əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində İddiaçı həmin evdən çıxarılması, evin boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadından görünür ki, hazırki iş üzrə iddiaçının cavabdeh "xxxx" QSC və Cavabdeh2nə qarşı “evin qiymətləndirilməsini ləğv edib, evin hərraca çıxarılmasını müvəqqəti dayandırıb yeni qiymətləndirmənin aparılması” tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və baxılması üçün 22 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, ərizəyə əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və X1 11974,78 ABŞ dolları əsas, 607,11 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə olmaqla, cəmi 13181,89 (on üç min yüz səksən bir tam yüzdə səksən doqquz) ABŞ dolları məbləğində pul ödəniş vaxtına Azərbaycan manatına məzənnə ilə manat ekvivalentində alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, cavabdehlər İddiaçı və X1 müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın, İddiaçı məxsus olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 35.000 (otuz beş min) manat müəyyən edilməklə evin açıq hərracda satılması, əldə olunan vəsait hesabına borcun və xərclərin ödənilməsinin təmin edilməsi, əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində İddiaçı həmin evdən çıxarılması, evin boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir. Hazırki iş üzrə iddiaçı yuxarıda qeyd edilən qətnamə ilə müəyyən edilmiş evin qiymətləndirilməsinin ləğv edilərək,evin hərraca çıxarılmasını müvəqqəti dayandırıb yeni qiymətləndirmənin aparılmasını xahiş edir. Qətnamədən də göründüyü kimi hazırki iş üzrə iddiaçı həmin vaxt ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin 35.000 manat məbləğində müəyyən edilməsi hissəsini mübahisələndirməmişdir. İddia ərizəsinə əlavə olunmuş qətnamənin surətindən görünür ki, həmin qətnamədə hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi məsələlər öz həllini tapmışdır. Bundan başqa da iş apellyasiya məhkəməsinin icraatında olduğundan şikayət vermiş şəxsin evin yenidən qiymətləndirilməsi ilə bağlı həmin məhkəmə qarşısında vəsatət vermək imkanları tükənməmişdir. Belə olan halda hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilən Məcəllənin 153.4-153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdeh "xxxx" QSC və Cavabdeh2nə qarşı “evin qiymətləndirilməsini ləğv edib, evin hərraca çıxarılmasını müvəqqəti dayandırıb yeni qiymətləndirmənin aparılması” tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah edilir ki, ərizəni qəbul etməkdən imtina edilməsi həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-3871/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-3871/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver