Məhkəmə qərarları › İş №2(044)-4075/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-4075/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-4075/2021 29.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu İddiaçı Cavabdehnə qarşı “əmlakın yenidən qiymətləndirilməsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı “əmlakın yenidən qiymətləndirilməsinin təyin edilməsinə” dair tələb irəli sürərək ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yeni ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmədən icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2014-cü il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı "xxxx" ASC -nın xeyrinə 18.100 (on səkkiz min yüz) ABŞ dolları əsas borc, 3635.28 (üç min altı yüz otuz beş manat iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu, ümumilikdə isə 21 735.28 (iyirmi bir min yeddi yüz otuz beş manat iyirmi səkkiz sent) ABŞ dolları məbləğində borc, qətnamə icra edilən günə manata məzənnəsi üzrə və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, bildirişin qeydiyyatı üzrə 32 manat, həmçinin 30.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə 20.000 manat əsas. 3769.97 manat faiz borcu, ümumilikdə 23.769.97 manat məbləğində kredit borcu, iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 32 (otuz iki) manat pulun tutulması, tutma kredit üzrə öhdəliklərin təminatı kimi cavabdeh İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 5-ci dalan ev 9A-a yönəldilməsi, həmin evin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılaraq, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 21 735.28 (iyirmi bir min yeddi yüz otuz beş manat iyirmi səkkiz sent) ABŞ dolları məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 32 manat qeydiyyatla bağlı ödəniş, həmçinin 23.769.97 manat məbləğində kredit borcu, iddia ərizəsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 32(otuz iki) manat məbləğində pulun ödənilməsinin təmin edilməsi, qalan vəsaitin isə İddiaçı qaytarılması, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra İddiaçı, X5, X1 və X2 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmişdir. 16 sentyabr 2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 5-ci dalan ev 9A nömrəli evin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 75.000 manat müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçı yuxarıda qeyd edilən qətnamə ilə müəyyən edilmiş evin qiymətinin yenidən müəyyən edilməsini xahiş edir. Hazırki iddia ərizəsindən də müəyyən olunur ki, iddiaçı əvvəllər məhkəmədə mahiyyəti üzrə baxılmış və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə həll edilmiş tələbə dair yenidən məhkəmədə iddia qaldırmışdır. Belə olan halda hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilən Məcəllənin 153.4-153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Cavabdehnə qarşı “əmlakın yenidən qiymətləndirilməsinin təyin edilməsi” tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar