Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-411/2021 02.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, İddiaçının vəkili X7 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” QSC-nə, Gəncə şəhəri 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK-nin 3 saylı Ərazi İdarəsinə qarşı «xxxx KB QSC ilə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 1xx/xx/5160/14-1 saylı ipoteka müqaviləsinin və xx.xx.2014-cü il tarixdə bağlanmış 001 saylı sonrakı ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” QSC-nə, Gəncə şəhəri 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası ƏMDK-nin 3 saylı Ərazi İdarəsinə qarşı «xxxx KB QSC ilə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 1xx/xx/5160/14-1 saylı ipoteka müqaviləsinin və xx.xx.2014-cü il tarixdə bağlanmış 001 saylı sonrakı ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan “xxxx” QSC ilə xx.xx.2014-cü il tarixdə cavabdeh Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış 1xx/xx/5160/14-2 saylı ipoteka müqaviləsinə, xx.xx.2014-cü il tarixdə bağlanmış 001 saylı sonrakı ipoteka müqaviləsinə xitam verilməsi, DƏDRX-nin 3 saylı Ərazi İdarəsində ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili X11 xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh ləğv prosesində olan “xxxx” QSC ilə xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış 1xx/xx/5160/14-1 saylı ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixdə bağlanmış 001 saylı sonrakı ipoteka müqaviləsinə xitam verilməsi, DƏDRX-nin 3 saylı Ərazi İdarəsində ipotekanın dövlət qeydiyyatının ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5052/2015 nömrəli xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən X2 hal-hazırda ləğv prosesində olan “xxxx” QSC-nin xeyrinə 270000 manat əsas, 18780 manat faiz borcu olmaqla cəmi 288780 manat məbləğində pulun tutulması və tutmanın ipoteka predmetləri olan fərdi yaşayış evinə və qeyri-yaşayış sahələrinə yönəldilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra Gəncə şəhər İcra idarəsinin sifarişi əsasında ona məxsus Gəncə şəhəri, X19 küçəsi 61A nömrəli, 5 otaqlı fərdi yaşayış evi Azərbaycan Respublikası Xammal və X16 Mərkəzi “xxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. Hərrac Mərkəzi tərəfindən xx xxx 2016-cı il tarixdə birinci, xx xxxx 2016-cı il tarixdə ikinci hərrac keçirilmiş, lakin alıcı olmadığına görə fərdi yaşayış evi və qeyri-yaşayış sahələri satılmamışdır. Hərrac təşkilatının xx xxxx 2016-cı il tarixli məlumatına əsasən fərdi yaşayış evi hərracda satılmadığı üçün ləğv prosesində olan “xxxx” QSC-yə təklif olunmuşdur. Bank tərəfindən fərdi yaşayış evi və qeyri-yaşayış sahələri balansa götürülməmiş, əmlakın bankın mülkiyyətinə keçməsi ilə bağlı çıxarış əldə olunmamışdur. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırda mövcud ipoteka haqqında qanunun və məhkəmə qərarlarının icrası haqqında qanunun tələblərinə riayət olunmuş və qeyd olunan qanunların tələbinə görə ipoteka müqavilkəsinin və ipotekanın dövlət qeydiyyatının xitam edilməsi üçün həmin maddi hüquq normaları əsasdır. İddiaçının nümayəndəsi, vəkil X11 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər ləğv prosesində olan “xxxx” KB QSC, Gəncə şəhəri 1 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı X18 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 5052/2015 saylı qətnaməsinin surətindən görünür ki, X3 əsas borc üzrə 270000 manat, faiz borcu üzrə 18780 manat, cəmi 288780 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq QSC “xxxx” KB-nin xeyrinə ödənilməsi, tutma kredit üzrə öhdəliklərin təminatı kimi cavabdehlər X5 məxsus olan və tərəflər arasında 90000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 saylı ünvanda yerləşən 42 kv.m olan qeyriyaşayış sahəsinə (2-ci mərtəbə), 115000 manat qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46-da yerləşən 53.9 kv.m olan qeyri-yaşayış sahəsinə (2-ci mərtəbə) və İddiaçı məxsus olan və tərəflər arasında ilkin olaraq 170000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, X19 küçəsi 0.046 ha torpaq sahəsində yerləşən, 5 otaqlı 61A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq həracda ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına müqavilələr üzrə ümumilikdə 288780 manat və ödənilmiş 30 manat məbəğində dövlətrüsumunun ödənilməsinin təmin edilməsi, bütün xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğ mülkiyyətçilərə qaytarılması, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ipoteka qoyan X8 və onunla birlikdə yaşayan ailə üzvləri X9, X1 Azər Kamal oğlu yaşayış sahələrini bir ay ərzində könüllü olaraq tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları, iddia tələbi “ipotekanın qeydiyyata alınması ilə bağlı 93 manat ödənilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. xx.xx.2014-cü il tarixli 1xx/xx/5160/14-1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsi, ünvanında mülkiyyətində olan 0.046 ha torpaq sahəsində yerləşən 337.2 kv.m ümumi, 135 kv.m yaşayış, 202.2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 61A saylı fərdi yaşayış evi QSC “xxxx” KB Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli 001 saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə QSC “xxxx” KB Gəncə filialı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 1xx/xx/5160/14 saylı kredit müqaviləsinə müvafiq olaraq “İpoteka saxlayan” “Borc alan”a xx xxxxxx 2015-ci il tarixədək kreditdən istifadəyə görə illik 18 faiz ödəməsi şərti ilə 155.000 manat məbləğində kredit vermiş, kredit müqaviləsi üzrə “Borc alan”ın “İpoteka saxlayan” qarşısında öhdəliklərinin bütövlükdə və vaxtı-vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə xx.xx.2014-cü il tarixli 1xx/xx/5160/14-1 saylı ipoteka müqaviləsinə müvafiq olaraq “İpoteka qoyan”a məxsus olan Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsi, ünvanında mülkiyyətində olan 0.046 ha torpaq sahəsində yerləşən 337.2 kv.m ümumi, 135 kv.m yaşayış, 202.2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 61A saylı fərdi yaşayış evi və mülkiyyətində olan 0.046 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsi, 61A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində, reyestr nömrəsi **********83-10302, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsi, 61A saylı fərdi yaşayış evi və 0.046 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində, reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Respublika Xammal və X16 Mərkəzinin “xxxx” MMC-nin xx.xx.2016-cı il tarixli 01/1701 saylı məktubundan görünür ki, Gəncə şəhəri, F.X.Xoyski küçəsində 0.046 ha torpaq sahəsində yerləşən 61A saylı fərdi yaşayış evinə dair xx.xx.2016-cı il tarixinə təyin olunmuş hərracın keçirilməsi barədə tərəflərə 01 saylı bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X16 Mərkəzinin “xxxx” MMC-nin xx.xx.2016-cı il tarixli 01/1915 saylı məktubundan görünür ki, Gəncə şəhəri, F.X.Xoyski küçəsində 0.046 ha torpaq sahəsində yerləşən 61A saylı fərdi yaşayış evinə dair xx.xx.2016-cı il tarixinə təyin olunmuş hərracın keçirilməsi barədə tərəflərə 01/2 saylı bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X16 Mərkəzinin “xxxx” MMC-nin xx.xx.2016-cı il tarixli 01/2850 saylı məlumat məktubunun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə bağlı keçirilmiş hərrac baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx xxxx 2016-cı il tarixli nömrəsində dərc edilmiş və ipoteka predmetinin ilkin satış qiyməti 73313 manata qiymətləndirilmişdir. Həmin qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilə bilər. İşin yekununa görə müəyyənləşdirilmiş müddət başa çatdığı andan təşkilatı məsuliyyət daşımır. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-5052/2015 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya məxsus əmlaklar hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi xx.xx.2016-cı il tarixə təyin olunmuş və hərracın keçirilməsi barədə tərəflərə məlumat verilmiş, lakin hərrac baş tutmamış və ipoteka predmeti satılmamışdır, həmin hərraclar baş tutmadıqda isə qeyd olunan əmlak satılmamışdır, bundan sonra qeyd olunan əmlak tələbkar QSC “xxxx” KB-nə təklif olunmuş və bank tərəfindən ipoteka predmeti əldə edilmədiyinə və icra müddəti başa çatdığına görə icra sənədləri geri icra qurumuna qaytarılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X18 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, F.X.Xoyski küçəsi, 61A saylı ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli **********83-10302 reyestr nömrəli (RX seriyalı ******* saylı) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Qeyd edilən əmlak QSC “xxxx” KB Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 46 saylı (2-ci mərtəbədə yerləşən 53.9 kv.m) ünvanda yerləşən qeyri yaşayış sahəsi xx.xx.2013-cü il tarixli **********79-6301-083023 reyestr nömrəli (**********1 qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X4 mülkiyyətindədir. Qeyd edilən əmlak QSC “xxxx” KB-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə, hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.2-ci maddəsinə əsasən, Bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. «İpoteka haqqında»Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan qanunun ipotekaya xitam verilməsi hallarından bəhs edən 48.1.5-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Məhkəmə hesab edir ki, adı çəkilən Qanunun 43.8-ci maddəsində göstərilən yuxarıda qeyd olunmuş hal məhz elə 48.1.5-ci maddəsinin nəzərdə tutduğu ipotekaya xitam verilməsi hallarından biridir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə istinad etməklə (ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir) ipoteka ilə yüklü edilmiş ona məxsus əmlakın ipotekasına xitam verilməli, həmin əmlaka dair dövlət qeydiyyatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh ləğv prosesində olan “xxxx” QSC arasında xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış 1xx/xx/5160/14-1 saylı ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixdə bağlanmış 001 saylı sonrakı ipoteka müqaviləsinə xitam verilməli və xx.xx.2014-cü il tarixli 1xx/xx/5160/14-1 saylı ipoteka müqaviləsi üzrə Gəncə şəhəri, X19 küçəsi 61A nömrəli, 5 otaqlı fərdi yaşayış evinə və 0.046 ha torpaq sahəsinə dair qeydiyyat ləğv olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh ləğv prosesində olan “xxxx” QSC arasında xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri 1 saylı Notariat Kontorunda bağlanmış 1xx/xx/5160/14-1 saylı ipoteka müqaviləsinə və xx.xx.2014-cü il tarixdə bağlanmış 001 saylı sonrakı ipoteka müqaviləsinə xitam verilsin. xx.xx.2014-cü il tarixli 1xx/xx/5160/14-1 saylı ipoteka müqaviləsi üzrə Gəncə şəhəri, X19 küçəsi 61A nömrəli, 5 otaqlı fərdi yaşayış evinə və 0.046 ha torpaq sahəsinə dair aparılmış qeydiyyat ləğv olunsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-411/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-411/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver