Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-458/2022 31.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında 31 mart 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 07.09.2008-ci il tarixdə doğulmuş X4, 16.07.2011-ci il tarixdə doğulmuş X3 və 11.07.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək hər birinin saxlanılmaları üçün hər ay 70 (yetmiş) manat ümumilikdə 210 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyirinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İş sənədlərindəki qeydiyyat orqanının atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrindən görünür ki,Cavabdeh X2, X4 və X3 atasıdır.
Məhkəmədə icraat - iddia ərizəsi və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.09.2008-ci il tarixdə doğulmuş X4, 16.07.2011-ci il tarixdə doğulmuş X3 və 11.07.2017ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək hər birinin saxlanılmaları üçün hər ay 70 (yetmiş) manat ümumilikdə 210 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyirinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2007-ci ildə ailə həyatı qurmuşlar. 07.09.2008-ci iı ytarixdə Amin, 16.07.2011-ci il tarixdə Ramin, 11.07.2007-ci ildə isə Nurlan adlı üç uşağı olmuşdur. Cavabdehlə nikahları rəsmiləşdirilməmişdir, bu səbəbdən də hal hazıra kimi ailələrində söz-söhbətlər, narazılıqlar olmuş və artıq o dözməyib üç uşağı ilə birgə 10 aya yaxındır ki, ata evinə getmişdir, əgər cavabdeh onları ailə gözündə görsəydi bu illər ərzində nikahı rəsmiləşdirərdi. Artıq bir ailə kimi mehriban şəkildə bir yerdə yaşaya bilmədikləri üçün faktiki olaraq ayrı yaşayırlar, hazırda maddi imkanı uşaqlara baxmağa yol vermədiyindən cavabdehdən aliment tutulmasına dair iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh heç bir yerdə işləmir, özünə məxsus avtomaşını taksi kimi istifadə edir. Ailəsini yalnız bu yolla saxlamışdır. Cavabdehin işləməməsini və yalnız taksi maşını idarə etməklə evə cuzi qazanc gətirməsini nəzərə alaraq ondan ilk əvvəl hər uşaq üçün 65-70 manat civarında aliment tutulmasını istəmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.
5. İddiaya qarşı cavabdehin yazılı etirazı məhkəməyə daxil olmamışdır.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri və ya gəlməməsinin mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı nümayəndəsi, vəkil X1 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
7. Ailə Məcəlləsi
78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
8. Mülki Prosessual Məcəllə:
Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Mübahisənin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəf cavabdehdən aliment tələb etmiş bununla bağlı Mediasiya Sessiyasına müraciət etmiş cavabdeh dəvət edilməsinə baxmayaraq iştirak etməmişdir. İddiaçının aliment tələbinə cavabdeh yazılı etiraz təqdim etməmişdir. Məhkəmə, Cavabdeh oğlundan 07.09.2008-ci il tarixdə doğulmuş X4, 16.07.2011-ci il tarixdə doğulmuş X3 və 11.07.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşalarına çatanadək hər birinin saxlanılmaları üçün hər ay 70 (yetmiş) manat cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir.
10. Yuxarıda göstərilənləri rəhbər tutaraq və nəzərə alaraq, məhkəmə
Qət etdi: İddia təmin edilsin. Cavabdeh 07.09.2008-ci il tarixdə doğulmuş X4, 16.07.2011-ci il tarixdə doğulmuş X3 və 11.07.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək hər birinin saxlanılmaları üçün hər ay 70 (yetmiş) manat cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilsin. Cavabdeh 45,20 (qırx beş manat iyirmi qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gündüz Şirinov