Məhkəmə qərarları › İş №2(044)-460/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-460/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-460/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi, vəkil X3, Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X2 Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nə, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası X11 Komitəsinin 3 saylı Ərazi idarəsinə qarşı «ipoteka müqaviləsinin və onun qeydiyyatının ləğv olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nə, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası X11 Komitəsi nin 3 saylı Ərazi idarəsinə qarşı «ipoteka müqaviləsinin və onun qeydiyyatının ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə aralarında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə cavabdeh ünvan 2nmış xx xxxxxx 2013-cü il tarixli, 035/13 saylı ipoteka müqaviləsinə və Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində həmin mülk üzrə ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X4 “xxxx” ASC ilə bağlanmış xx xxxxxx 2013-cü il tarixli 035/13 saylı kredit müqaviləsinə əsasən 22627 manat məbləğində kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan, mülkiyyət hüququ üzrə ona məxsus Gəncə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə yönəldiləsi qət olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra Gəncə şəhər İcra İdarəsinin sifarişi əsasında ona məxsus fərdi yaşayış evi Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən hərraca çıxarılmış, hərrac mərkəsi tərəfindən xx.xx.2017-ci il tarixdə birinci, xx.xx.2017ci il tarixdə ikinci hərrac keçirilmiş, lakin alıcı olmadığına görə fərdi yaşayış evi satılmamış və hərrac təşkilatının xx.xx.2019-cu il tarixli məlumatına əsasən fərdi yaşayış evi hərracda satılmadığı üçün “xxxx” ASC-nə təklif edilmiş, bank tərəfindən fərdi yaşayış evi balansa götürülməmiş, protokol və alqı-satqı müqaviləsi bağlanmamış, əmlakın bankın mülkiyyətinə keçməsi ilə bağlı çıxarış əldə olunmamışdır. xx.xx.2018-ci il tarixdə hərrac təşkilatının məktubuna əsasən sifarişin icra müddəti başa çatdığına görə sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İddiaçının nümayəndəsi, vəkil X8 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X9 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər X6, İddiaçı, X7, X1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş, icra mərhələsində ipoteka predmeti hərraca çıxarılmış, lakin alıcı olmadığına görə fərdi yaşayış evi satılmamış və fərdi yaşayış evi hərracda satılmadığı üçün icra olunmadan geri qaytarılmışdır. Banka sifariş məktubu daxil olmamış və bu səbəbdən də bank tərəfindən əmlak qəbul edilməmişdir. İddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X12 məhkəmə iclasında bildirdi ki, ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər X6, İddiaçı, X7, X1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş, onun tərəfindən icraata qəbul edilmiş, icra mərhələsində sifariş məktubuna əsasən ipoteka predmeti hərraca çıxarılmış, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə hərrac keçirilmiş, lakin alıcı olmadığına görə fərdi yaşayış evi satılmamış və hərrac təşkilatının xx.xx.2019cu il tarixli məlumatına əsasən fərdi yaşayış evi hərracda satılmadığı üçün “xxxx” ASC-nə təklif edilmiş, lakin bank tərəfindən balansa götürülməmiş, həmin qətnamə üzrə icra sənədi Azərbaycan Respublikası “İcra haqqında” qanunun 23.1.5-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddələrinə əsasən icra olunmadığından geri qaytarılmışdır. İddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh Azərbaycan Respublikası X11 Komitəsinin 3 saylı Gəncə Ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası X11 Komitəsinin 3 saylı Gəncə Ərazi idarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının, cavabdeh ləğv posesində olan Cavabdeh1 ASC-nin nümayəndəsinin və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)- 5762/2016 saylı qətnaməsinin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixli 035/13 saylı kredit müqaviləsinə əsasən 17451.35 manat məbləğində əsas borc, 5125.71 manat məbləğində faiz borcu, 100 manat dəbbə pulu, cəmi 22627.06 manat, 30 manat dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqının alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutma öhdəliyin təmini kimi cavabdeh İddiaçı məxsus olan və tərəflər arasında ilki olaraq 70000 manata qiymətləndirilmiş Gəncə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra xx.xx.2013-cü il tarixli 035/13 saylı müqavilə üzrə 22627.06 manat kredit borcu, ödənilmi 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 30 manat xidmət haqqının ödənilməsinin təmin edilməsi, qalan vəsaitin İddiaçı qaytarılması, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra İddiaçı yaşayış sahəsidən ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. xx.xx.2013-cü il tarixli 035/13 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC ilə X13 arasında bağlanmış kredit müqaviləsinin təmini kimi bank ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X14 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin açıq hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli 01/1099 saylı bildirişdən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 59500 manat qiymətləndirmiş və hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə 11:00-a təyin olunmaqla tərəflərə 02 saylı bildiriş göndərilmişdir.. Azərbaycan Respublikası Respublika Xammal və X14 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin açıq hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli 01/874 saylı bildirişdən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 manat qiymətləndirilmiş və hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə 11:00a təyin olunmaqla tərəflərə 01/2 saylı bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X14 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2017-ci il tarixli 01/3265 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı “Birja yenilikləri” qəzetinnin xx.xx.2017-ci il tarixli nömrəsində elan dərc edilmiş və bu barədə tərəflərə məlumat veriulmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2019-cu il tarixli 13809/16 saylı icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması barədə qərarın surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixlıi 2 (044)-5762/2016 saylı icra vərəqəsi Azərbaycan Respublikası “İcra haqqında” qanunun 23.1.5-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddələrinə əsasən icra olunmadığından qeri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Respublika Xammal və X14 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli icra sənədi mövcud qanunvericiliyə uyğun olaraq açıq hərraca çıxarılmış, alıcı olmadığından satılmamışdır. Sifarişin icra müddəti başa çatdığı üçün sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə X4 xx.xx.2013-cü il tarixli 035/13 saylı kredit müqaviləsinə əsasən 17451.35 manat məbləğində əsas borc, 5125.71 manat məbləğində faiz borcu, 100 manat dəbbə pulu, cəmi 22627.06 manat, 30 manat dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqının alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutma öhdəliyin təmini kimi cavabdeh İddiaçı məxsus olan və tərəflər arasında ilki olaraq 70000 manata qiymətləndirilmiş Gəncə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra xx.xx.2013-cü il tarixli 035/13 saylı müqavilə üzrə 22627.06 manat kredit borcu, ödənilmi 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 30 manat xidmət haqqının ödənilməsinin təmin edilməsi, qalan vəsaitin İddiaçı qaytarılması, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra İddiaçı yaşayış sahəsidən ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra sənədi üzrə iddiaçıya məxsus əmlak hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərə təyin olunmuş və hərracın keçirilməsi barədə tərəflərə məlumat verilmiş, lakin ipoteka predmeti satılmamış, qeyd olunan əmlaklar tələbkar “xxxx” ASC-nə təklif olunmuş və bank tərəfindən ipoteka predmeti əldə edilmədiyinə və icra müddəti başa çatdığına görə sənədlər geri icra qurumuna qaytarılmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə, hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.2-ci maddəsinə əsasən, Bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. «İpoteka haqqında»Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan qanunun ipotekaya xitam verilməsi hallarından bəhs edən 48.1.5-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Məhkəmə hesab edir ki, adı çəkilən Qanunun 43.8-ci maddəsində göstərilən yuxarıda qeyd olunmuş hal məhz elə 48.1.5-ci maddəsinin nəzərdə tutduğu ipotekaya xitam verilməsi hallarından biridir. Odur ki, məhkəmə hesab edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə istinad etməklə (ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir) ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus əmlakın ipotekasına xitam verilməli, həmin əmlaka dair dövlət qeydiyyatı ləğv edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 ASC-nin arasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 035/13 saylı ipoteka müqaviləsinə xitam verilməli və bu müqavilə əsasında həmin mülk üzrə ipotekanın dövlət qeydiyyatı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 ASC-ti arasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 035/13 saylı ipoteka müqaviləsinə xitam verilsin. xx xxxxxx 2013-cü il tarixli, 035/13 saylı ipoteka müqaviləsi üzrə ünvan 1 evə dair Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində aparılmış dövlət qeydiyyatı ləğv olunsun. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçaıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar