Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-634/2022 08.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Gəncə X4 İdarəsinə qarşı “mənəvi ziyan” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Gəncə X4 İdarəsinə qarşı “mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddia geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsində qeyd olumuşdur ki, hüququ şəxs qanunla müəyyənləşdirilmış qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və qeyri əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh qismində olmaq hüququna malikdir. Hüququ şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 50.1-ci maddəsində göstərilmişdir ki, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, iddia tələbin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti tərəfindən təsdiq edilmiş “Azəriqaz” X3 X4 İdarəsinin Əsasnaməsinə əsasən Gəncə X4ı İdarəsi (Bundan sonra “İdarə” adlanacaq) Azərbaycan Respublikası Dövlət Neft Şİrkətinin (bundan sonra “ARDNŞ” adlanacaq) ”Azəriqaz” İstehsalat Birliyinin (bundan sonra “Azəriqaz” İB adlanacaq) tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Gəncə, Göygöl, Samux, Goranboy və Naftalan qaz istismarı sahələrinin madditexniki bazasında ARDNŞ-nin 24.11.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000118 nömrəli əmrinə əsasən yaradılmışdır. Gəncə X4 İdarəsi hüquqi şəxs deyil. Qeyd edilənlərə əsasən Gəncə X4 İdarəsi hüquqi şəxs olmadığından prosesdə cavabdeh ola və hazırki iddia tələbi ona yönəldilə bilməz. İddiaçı X1 tələbi üzrə cavabdeh hüquqi şəxs ”Azəriqaz” İstehsalat Birliyi olmalıdır. Belə olan halda iddia Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 35.2-maddəsinə əsasən ”Azəriqaz” İstehsalat Birliyinin ünvanının olduğu yerin məhkəməsinə verilməlidir. Həmin maddədə göstərilmişdir ki, hüququ şəxsə iddia hüquqi şəxsin olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə edilmiş sənətləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cu maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Gəncə X4 İdarəsinə qarşı “mənəvi ziyan” tələbinə dair ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-634/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-634/2022
08.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver