Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-647/2021 11.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Farizxan Əmirastanova qarşı «aliment və əlavə xərc» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Farizxan Əmirastanova qarşı «aliment və əlavə xərc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Farizxan Əmirastanovdan xx xxx 2013-cü il tarixdə anadan olmuş X1 üçün hər ay 200 manat məbləğində alimentin və uşağın 3 yaşınadək 100 manat əlavə xərcin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, cavabdeh Farizxan Əmirastanov ilə 1998-ci ildə faktiki nikaha daxil olaraq ailə qurmuş, birgə yaşadıqları müddətdə Əfsanə və Emilya adlı iki uşaqları anadan olmuş, nikahları xx.xx.2010-cu il tarixdə rəsmiləşdirilmiş və rəsmi nikahdan xx xxx 2013-cü il tarixdə X5 anadan olmuşdur. Onlar ailə qurduqdan sonra bir müddət normal ailə münasibətlərində yaşamışlar, sonradan münasibətləri pisləşmiş və hazırda 4 ildir ki, faktiki olaraq ayrılmışlar. O, hazırda azyaşlı uşağını böyütməkdə maddi çətinlik çəkir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Farizxan Əmirastanov məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2010-cu il tarixdə Gürcüstan Respublikası Gardabani rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Amirastanov Farizxan ilə Amirastanova (Rzayeva) Vüsalə Məhərrəm qızının nikahları xx xxxxxxxx 2010-cu il tarixdə bağlanmışdır. xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Amirastanov Farizxan ilə X2 birgə nikahlarından xx xxx 2013-cü il tarixdə X5 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-491/2020 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, xx xxx 2013-cü il tarixdə anadan olmuş X4 atası X3 razılığı olmadan yetkinlik yaşına çatana qədər anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına və qayıtmasına icazə verilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən köməyin göstərilməsindən imtina etdikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, xx xxx 2013-cü il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə iddia tələbinin xx xxx 2013-cü il tarixdə anadan olmuş X4 3 yaşına çatanadək hər ay cavabdehdən onun xeyrinə 100 manat sabit pul məbləğində əlavə xərcin onun xeyrinə tutulması hissəsinə qiymət verərək, hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən kömək göstərilməsinin tələb edilməsi və cavabdehin həmin köməyin göstərilməsindən imtina etməsini subut edən faktları iddiaçı məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbinin həmin hissədə təmin olunması istisnadır. Məhkəmə cavabdeh Farizxan Əmirastanov xx xxx 2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Farizxan Əmirastanovdan xx xxx 2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Farizxan Əmirastanov oğlundan 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-647/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-647/2021
11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver