Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-70/2022 10.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçı1 və iddiaçıların nümayəndəsi, Vəkil2, Cavabdeh ”İcraçı Kredit Agentliyi” MMC-nin nümayəndələri X2 və X8, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, vəkil Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-nə və "xxxx" MMC-nə qarşı “kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-nə və "xxxx" MMC-nə qarşı “kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC BOKT qarşısında "xxxx" MMC-nin 17.09.2012 və 17.10.2012-ci il tarixli kredit müqavilələr üzrə öhdəliklərinə xitam verilməsi, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mətəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evinin ipoteükadan azad edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC BOKT-nin İdarə heyətinin 16.08.2012-ci il tarixli 13 saylı qərarı ilə heyvandarlıq sahələrinin inkişaf etdirilməsi məqsədi ilə "xxxx"-nın 110 nəfər üzvünə, aşağıdakı cədvəldə adları, kreditin təyinatları və kredit məbləğləri qeyd olunan fiziki şəxslərə heyvandarlıq sahələrinin inkişaf etdirilməsi məqsədi ilə 12 ay müddətinə, illik 26 faiz olmaqla, cəmi 150600 (yüz əlli min altı yüz) manat məbləğində kreditin verilməsi və həmin kredit vəsaitinin ayrılmasının xahiş edilməsi üçün "xxxx" MMC BOKT-na müraciət edilməsi qərara alınmışdır. "xxxx" MMC BOKT və "xxxx" MMC BOKT arasında 17.09.2012-ci il tarixdə bağlanmış 2 saylı əlavə kredit müqaviləsi ilə kredit verən borcalanla bağlanmış 15.09.2011-ci il tarixli 5 saylı kredit müqaviləsinin 6.3 bəndinin şərtlərinə uyğun olaraq tərəflərin razılaşmasına əsasən kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmiş kredit xətti daxilində "xxxx" MMC BOKT illik 10.25 faiz həcmində hesablanmaqla 12 ay müddətinə "xxxx" MMC-yə 150600 (yüz əlli min altı yüz) manat məbləğində kredit verilmişdir. "xxxx" MMC BOKT-nin İdarə heyətinin 16.08.2012-ci il tarixli 14 saylı qərarı ilə heyvandarlıq sahələrinin inkişaf etdirilməsi məqsədi ilə "xxxx" –nın 20 nəfər üzvünə, aşağıdakı cədvəldə adları, kreditin təyinatları və kredit məbləğləri qeyd olunan fiziki şəxslərə heyvandarlıq sahələrinin inkişaf etdirilməsi məqsədi ilə 12 ay müddətinə, ilik 26 faiz olmaqla, cəmi 49000 (qırx doqquz min) manat məbləğində kreditin verilməsi və həmin kredit vəsaitinin ayrılmasının xahiş edilməsi üçün "xxxx" MMC BOKT-a müraciət edilməsi qərara alınmişdir. "xxxx" MMC BOKT və "xxxx" MMC BOKT arasında 17.10.2012-ci il tarixdə bağlanmış 2 saylı əlavə kredit müqaviləsi ilə kredit verən borcalanla bağlanmış 15.09.2011-ci il tarixli, 5 saylı kredit müqaqviləsinin 6.3 bəndinin şərtlərinə uyğun olaraq tərəflərin razılaşmasına əsasən kredit müqaviləsinin 2.1ci bəndində göstərilmiş kredit xətti daxilində "xxxx" MMC BOKT illik 10.25 faiz həcmində hesablanmaqla 12 ay müddətinə "xxxx" MMC-yə 49000 (qırx doqquz min) manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı kimi onlara məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmişdir. Yüklülük yalnız "xxxx" MMC BOKT və "xxxx" MMC BOKT arasında 27.08.2010-cu il tarixdə bağlanmış ipoteka müqaviləsi ilə 27.08.2010-cu il tarixli kredit müqaviləsi ilə 12 ay müddətinə illik 5 faizlə verilmiş 188600 (yüz səksən səkkiz min altı yüz) manat kreditin təminatı kimi yüklü edilmişdir. Bundan sonra "xxxx" MMC BOKT və "xxxx" MMC BOKT arasında 15.09.2011-ci il tarixli kredit müqaviləsinə əlavə nömrə 1-lə "xxxx" MMC –yə verilmiş 12 ay müddətinə illik 10.25 faiz həcmində 199.800 (yüz doxsan doqquz min səkkiz yüz) manat kredit məbləğinin təminatı kimi onlara məxsus eev ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan kredit müqavilələri üzrə öhdəliklər tam icra olunmuşdur. "xxxx" MMC BOKT və "xxxx" MMC BOKT arasında 17.09.2012-ci il tarixli və 17.10.2012-ci il tarixli kredit müqavilələri ilə onlara məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112A nömrəli yaşayış evi ipoteka ilə yüklü edilməmişdir. "xxxx" MMC götürdüyü kredit pulları İdarə Heyətinin 13 və 14 saylı qərarlara uyğun olaraq 130 nəfər üzvlərinə kredit verilmişdir. "xxxx" MMC "xxxx" MMC BOKT qarşısında götürdüyü öhdəliyi lazımınca icra etmədiyi üçün sonuncu bu məsələ ilə bağlı məhkəməyə iddi atələbi ilə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2015-ci il tarixli 2(044)-1624/2015 saylı qətnaməsi ilə “...17.09.2012-ci il tarixdə verilmiş 150600 (yüz əlli min altı yüz) manat məbləğində kredit üzrə yaranmış 140217.46 (yüz qırx min iki yüz on yeddi manat qırx altı qəpik) manat və 17.10.2012-ci il tarixdə 49000 (qırx doqquz min) manat məbləğində kredit üzrə 40453.30 (qırx min dörd yüz əli üç manat otuz qəpik) manat borc üzrə tələbinin ipoteka predmeti olan və onların mülkiyyətində olan ilkin dəyəri 300000 (üç yüz min) manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, Bayan küçəsində olan 0.05 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112A saylı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, bankın tələbinin satılmış mənzilin hesabına ödənilməsi, börc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması..” qət edilmişdir. Məhkəmə zamanı "xxxx" MMC 17.09.2012-ci il və 17.10.2012-ci il tarixli kredit müqavilələri üzrə ödəniş qəbzlərini məhkəmədə təqdim etməmişdir. Həmçinin cavabdeh "xxxx" MMC BOKT-da kredit müqavilələri üzrə olunan ödənişlər barədə düzgün məlumatlar verməmişdir. Əldə etdiyi ödəniş qəbzlərindən məlum olmuşdur ki, "xxxx" MMC 17.09.2012-ci il və 17.10.2012-ci il tarixli kredit müqavilələri üzrə, cəmi götürdüyü 199.800 (yüz doxsan doqquz min səkkiz yüz) manat pulun 15799.41 manat faizi ilə birlikdə 215399 (iki yüz on beş min üç yüz doxsan doqquz manat qırx bir qəpik) manat faizi ilə birlikdə 215399.41 (iki yüz on beş min üç yüz doxsan doqquz manat qırx bir) manat kredit öhdəliyindən əsas, faiz və gecikmə faizi ilə birlikdə 282894.72 manat pul "xxxx" MMC BOKT-a ödənilmişdir. Beləliklə 138 vərəqədən ibarət olan qəbzlərdən və təhvil aktlarından görünür ki, "xxxx" MMC 17.09.2012-ci il və 17.10.2012-ci il tarixli kredit müqavilələri üzrə əsas borc, faiz və gecikmə faizi ilə birlikdə 282894.72 manat pul ödənilməklə "xxxx" MMC 17.09.2012-ci il və 17.10.2012-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərini tam icra etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıların nümayəndəsi, Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ”İcraçı Kredit Agentliyi” MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası və X1 (Dünya Bankı) arasında imzalanmış müvafiq Kredit Sazişinə və Maliyyələşmə Sazişinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilmiş “X5 və Kreditləşməsi” layihəsinin şərtləri çərçivəsində “Kənd yerlərinin maliyyələşdirilməsi” subkomponentinin icrası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatına tapşırılmış və bu məqsədlə layihənin icrası dövründə kredit ittifaqları və birgə borclu qruplarına qısamüddətli kreditlər verilmişdir. Kredit ittifaqlarından biri də Gəncə şəhərində fəaliyyət göstərən "xxxx" MMCdir. Bu kredit ittifaqına qarşı yarıtmaz fəaliyyətinə görə kredit borcunun qaytarılması tələbi ilə tərəflərindən (hazırda mübahisə predmeti olan girov əmlakı da daxil olmaqla) məhkəmə iddiası qaldırılmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2015-ci il tarixli 2(044)-1624/2015 saylı qətnaməsi ilə iddia məhkəmə tərəfindən təmin edilmişdir. Ancaq məhkəmə qərarının icrasından yayınmaq məqsədilə "xxxx" MMC-nin rəhbərliyi və girovqoyan Gəncə şəhər sakini İddiaçı1 hansı yollarla olursa olsun məhkəmə qərarlarının icrasına mane olmaq, vaxtı uzatmaq, çaşğınlıq yaratmaq, qərarların icrasını ləngitmək məqsədilə diqqəti əsas məsələdən yayındırmaq üçün işə aidiyyəti olmayan iddialar qaldırır, qanuni şəkildə çıxarılmış məhkəmə qətnamələrindən əsassız şikayətlər verirlər ki, bunun da bütün məhkəmə instansiyalarında baxılması xeyli müddət tələb edir. Onların şikayətləri və qaldırdıqları bütün iddialarla bağlı məhkəmə qərarları sonda "xxxx" MMC-ti Bank olmayan Kredit Təşkilatının xeyrinə həll olunsa da uzun illərdir ki, davam edir və qərarlar icrasız qalmaqdadır. "xxxx" MMC-ti tərəfindən öhdəliyin təminatı kim girov qoyulmuş əmlakların (o cümlədən hazırda mübahisə predmeti olan girov əmlakı da daxil olmaqla) dəyişdirilməsi ilə bağlı verilən iddia sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01.09.2016-cı il tarixli 2-2(102)195/6 saylı qətnaməsi ilə əsassız hesab edildiyindən təmin edilməmişdir. İddiaçı1 bacıları iddiaçılar - X11 və X10 tərəfindən 2017-ci ilin dekabr ayında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı, miras payının müəyyənləşdirilməsi və s. kimi uydurma iddia ilə hansı yolla olur-olsun "xxxx" MMC tərəfindən girov qoyulmuş və hazırda İcraçı Kredit Agentliyi” MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə yüklü edilmiş əmlakın bağlanmış girov müqaviləsi ləğv edilərək yüklülükdən azad olunması cəhdi də boşa çıxmışdır. Sonda Azərbaycan Respublikası Alı Məhkəməsinin Mülki Kollegiyasının 01.03.2019-cu il 2(102)- 1446/19 saylı qətnaməsi ilə iddia əsassız olduğundan təmin edilməmişdir. İddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" MMC, İddiaçı2, İddiaçı1 və X4 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçının xeyrinə qəbul edilmiş Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 18.08.2015-cı il tarixli 2(044)1624/2015 saylı qətnaməsindən "xxxx" MMC-nin verdiyi apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq Qətnaməsi ilə təmin edilməmişdir. Cavabdehin adı çəkilən qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.05.2016-cı il tarixli 2(102)-1905/16 saylı qətnaməsi ilə təmin edilərək iş yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilsə də Məhkəmə Kollegiyası iş üzrə Ali Məhkəmənin göstərişlərini yerinə yetirərək apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayəti təmin etməmiş, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 78.08.2015-cı il tarixli 2(044) 1624/2015 saylı qətnaməsini cavabdeh "xxxx" MMC-yə münasibətdə dəyişdirilmədən saxlamışdır (Gəncə Apelyasiya Məhkəməməsinin Mülki Kollegiyasının 15.03.2017-ci il tarixli, 2(1 04)-108/2017 saylı qətnaməsi). Hazırda "xxxx" MMC tərəfindən verilmiş daha bir əsassız iddia verdikləri kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərarı ilə təmin edilmiş və yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmışdır və iş məhkəmə baxışındadır. İddiaçı özlərinin əsassız iddia və şikayətləri ilə bağlı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatını şikayət vermək hüququndan məhrum etmək üçün məhkəmə bildirişlərinin göndərilməsinə də müdaxilə edərək şikayət müddətlərinin qəsdən ötürülməsinə cəhd etmişlər. Onların məqsədi yalnız mənimsədikləri kredit vəsaitini qaytarmamaq və istənilən qanunsuz vasitə ilə məhkəmə qərarlarının icrasına mane olmaqdır. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 22.04.2021-ci il tarixdə iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının cavabdehlər İddiaçı1, anası İddiaçı2 və qeyrilərinə qarşı kredit məbləğinin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.07.2020-ci il tarixli 2(104)-1325/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinə baxılaraq kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.07.2020-ci il tarixli 2(104)1325/2020 saylı qətnaməsi qismən ləğv edilərək yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmiş və məhkəmənin icraatındadır. Eyni zamanda girovqoyanlar İddiaçı2 və oğlu İddiaçı1 yanlış addımlardan çəkinmək əvəzinə yeni bir əsassız iddia ərizəsi ilə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət edərək guya "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı ilə "xxxx" MMC arasında bağlanmış 15.09.2011-ci il tarixli 5 saylı kredit müqaviləsinin 17.09.2012-ci il tarixli Əlavəsi ilə verilmiş 150.600,0 (yüz əlli min altı yüz) manat və 17.10.2012-ci il tarixli Əlavəsi ilə verilmiş 49.000,0 (qırx doqquz min) manat (cəmi: 199.600,0 manat) kredit üzrə geriyə ödənişlər barədə "xxxx" MMC tərəfindən ödəniş qəbzləri məhkəməyə təqdim olunmamış və eyni zamanda "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı tərəfindən düzgün məlumat verilməmişdir. Onların iddiasına görə yuxarıda göstərilən kredit məbləği üzrə "xxxx" MMC tərəfindən əsas borc, faiz və gecikmə faizləri ilə birlikdə 282.894 72 iki yüz səksən iki min səkkiz yüz doxsan dörd manat 72 qəpik) manat vəsait ödənmişdir. "xxxx" MMC-yə aid olan məxfi hesab olunan ödəniş sənədlərinin iddiaçılar İddiaçı2 və onun oğlu İddiaçı1 necə əldə etmələri, məhkəməyə təqdim etmələri və "xxxx" MMC-nin özünün də cavabdeh kimi tanımaları şübhəlidir. Əgər ödənişlərdə yanlışlığa yol verilmiş olsaydı bu barədə "xxxx" MMC özü "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına qarşı iddia qaldırmalı və özünə aid olunan ödəniş sənədlərini məhkəməyə təqdim etməli idi. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2015-cı il tarixli 2(044)-1624/2015 saylı qətnaməsindən "xxxx" MMCnin verdiyi apelyasiya şikayətinə baxış zamanı Gəncə Apelyasiya Məhkəməsinin MK-nın 13.07.2016-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, 10.02.2017-ci il tarixli 16903 saylı ekspert rəyinin nəticə hissəsi ilə təsdiq olunmuşdur ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin sözügedən 15.09.2011-ci il tarixli 5 saylı kredit müqaviləsinin 17.10.2012-ci il tarixli 2 saylı Əlavəsi üzrə 0l.03.2015-ci il tarixə banka olan borcu 11127 2 manat 17.09.2012-ci il tarixli 2 saylı Əlavəsi üzrə isə 76396,0 manat müəyyən edilmişdir (Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.03. 2017-ci il tarixli, 2(104)-108/2017 saylı qətnaməsi, 8-ci səh). Bununla yanaşı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı ilə "xxxx" MMC arasında 14.072014-cü il tarixli AKT imzalanmışdır. AKT məlumatlarına əsasən tərəflərin iştirakı ilə tranşlar üzrə edilmiş ödənişlər araşdırılmış, üzləşmə aparılmış və üzləşmə nəticəsində kredit müqavilələri üzrə borc məbləği aşağıdakı kimi qeyd olunmuşdur:- 15 sentyabr 2011-ci il tarixli 5 saylı kredit müqaviləsinin 17.10.2012-ci il tarixli 2 saylı Əlavəsi üzrə "xxxx" MMC-nin "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı o/zr borcu 43635,0 manat, 17.09.2012-ci il tarixli 2 saylı Əlavəsi üzrə isə "xxxx" MMCnin "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı olan borcu 140.425,0 manat müəyyən edilmişdir (Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.03.2017-ci il tarixli, 2(104)-108/2017 saylı qətnaməsi, 8-ci səh). Gəncə şəhəri, Nizami Rayon Məhkəməsi müəyyən etmişdir ki, "xxxx" MMC kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmiş və nəticədə "xxxx" MMC-nin "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına 01 mart 2015-ci il tarixə olan borcu 17 sentyabr 2012-ci il tarixli 2 saylı Əlavəsi üzrə 140.729,79 manat , 17 oktyabr 2012-ci il tarixli 2 saylı Əlavəsi üzrə olan borcu isə 40.453,30 manat təşkil edir. Bununla da Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 78.08.2015-cı il tarixli 2(044) 1624/2015 saylı qətnaməsinin qanuni və əsaslı olduğu və 15.09.2011-ci il tarixli 5 saylı kredit müqaviləsinin 17.09.2012-ci il tarixli 2 saylı Əlavəsi və 17.10.2012-ci il tarixli 2 saylı Əlavəsi üzrə öhdəliklərə xitam verilməsi və ipoteka əmlakının ipotekadan azad edilməsinin qeyri mümkünlüyü təsdiq olunmuşdur. Hazırda Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasında iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" MMC-yə, İddiaçı2, İddiaçı1 və X4 qarşı ipoteka hesabına kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 18.08.2075-cı il tarixli 2(044)-1624/2015 saylı qətnaməsindən cavabdeh İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılır (hakim Ədil Məmmədov). Qeyd olunan mülki işlə bağlı Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.07.2020-ci il tarixli 2(104)-1325/2020 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının verdiyi kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının adı çəkilən qətnaməsi qismən ləğv edilərək yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ”İcraçı Kredit Agentliyi” MMC-nin nümayəndəsi X12 məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X6 ilə eyni məzmunlu izahat verdi. Məhkəmədən iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, vəkil Vəkil1 məhkəmə iclasında iddia ərizəsi ilə razı olduğunu və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "xxxx" MMC BOKT İdarə heyətinin 13 saylı qərarının surətindən görünür ki, "xxxx" MMC BOKT kredit komissiayası tərəfindən müsbət qiymətləndirilməsi nəzərə alınaraq siyahıda göstərilən 110 nəfər üçün 12 ay müddətinə, illik 26 faiz olmaqla, cəmi 150600 (yüz əlli min altı yüz) manat məbləğində kreditin verilməsi ”İcraçı Kredit Agentliyi” MMC-nə müraciət olunması qərara alınmışdır. "xxxx" MMC BOKT İdarə heyətinin 14 saylı qərarının surətindən görünür ki, "xxxx" MMC BOKT kredit komissiayası tərəfindən müsbət qiymətləndirilməsi nəzərə alınaraq siyahıda göstərilən 20 nəfər üçün 12 ay müddətinə, illik 26 faiz olmaqla, cəmi 49000 (qırx doğğuz min) manat məbləğində kreditin verilməsi ”İcraçı Kredit Agentliyi” MMC-nə müraciət olunması qərara alınmışdır. 17.09.2012-ci il tarixli 2 saylı əlavənin surətindən görünür ki, ”İcraçı Kredit Agentliyi” MMC BOKT ilə Murad Kredit İttifaqı” MMC arasında bağlanmış 15.09. 2011-ci il tarixli 5 saylı kredit müqaviləsinin 6.3 bəndinin şərtlərinə uyğun olaraq tərəflərin əlavə razılaşmasına əsasən kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmiş kredit xətti daxilində 17.09.2011-ci il tarixli illik 10.25 faiz həcmində hesablanmaqla 12 ay müddətinə "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə 150600 (yüz əlli min altı yüz) manat məbləğində kredit verilmişdir. 17.10.2012-ci il tarixli 2 saylı əlavənin surətindən görünür ki, ”İcraçı Kredit Agentliyi” MMC BOKT ilə Murad Kredit İttifaqı” MMC arasında bağlanmış 15.09. 2011-ci il tarixli 5 saylı kredit müqaviləsinin 6.3 bəndinin şərtlərinə uyğun olaraq tərəflərin əlavə razılaşmasına əsasən kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmiş kredit xətti daxilində 17.10.2012-ci il tarixli illik 10.25 faiz həcmində hesablanmaqla 12 ay müddətinə "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə 49000.0 (qırx doqquz min) manat məbləğində kredit verilmişdir. 03.09.2010-cu il tarixli 1 saylı əlavənin surətindən görünür ki, ”İcraçı Kredit Agentliyi” MMC BOKT ilə Murad Kredit İttifaqı” MMC arasında bağlanmış 27.08. 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin 6.3 bəndinin şərtlərinə uyğun olaraq tərəflərin əlavə razılaşmasına əsasən kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmiş kredit xətti daxilində 03.09.2010-cu il tarixli illik 5 faiz həcmində hesablanmaqla 12 ay müddətinə "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə 188600 (yüz səksən səkkiz min altı yüz) manat məbləğində kredit verilmişdir. 15.09.2011-ci il tarixli 1 saylı əlavənin surətindən görünür ki, ”İcraçı Kredit Agentliyi” MMC BOKT ilə Murad Kredit İttifaqı” MMC arasında bağlanmış 27.08.2010-cu il tarixli 5 saylı kredit müqaviləsi 1 saylı əlavə müqavilə əsasında təkrar 36 ay müddətinə uzalılmış və 27.08.2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 15.09.2011-ci il tarixdə 36 ay müddətinə, illik 10.25 faizlə 199800.0 manat məbləğində kredit xətti açılmış, öhdəliklərin təmin edilməsi məqsədi ilə İddiaçı2 və İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət olan 112A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilməsinə dair 27.08.2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsinin müddəti əlavə 36 ay müddətinə uzadılmışdır. 15.09.2011-ci il tarixli 1 saylı əlavənin surətindən görünür ki, ”İcraçı Kredit Agentliyi” MMC BOKT ilə Murad Kredit İttifaqı” MMC arasında bağlanmış 27.08. 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin müddəti 15.09.2011-ci il tarixdən etibarən təkrar 36 ay müddətinə uzadılmış və 27.08. 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 36 ay müddətinə, illik 10.25 faiz olmaqla borcalana 199800.0 manat məbləğində kredit xətti açılmışdır. 23.09.2011-ci il tarixli 1 saylı əlavənin surətindən görünür ki, ”İcraçı Kredit Agentliyi” MMC BOKT ilə Murad Kredit İttifaqı” MMC arasında bağlanmış 15.09.2011-ci il tarixli kredit müqaviləsinin 6.3 bəndinin şərtlərinə uyğun olaraq tərəflərin əlavə razılaşmasına əsasən kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmiş kredit xətti daxilində 23.09.2011-ci il tarixdə illik 10.25 faizlə 12 ay müddətinə 199800.0 manat məbləğində kredit verilmişdir. 27.08.2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" BOKT tərəfindən MMC "xxxx" MMC-nə 12 ay müddətinə 188600 manat məbləğində kredit verilmişdir. 27.08.2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-nə verilmiş kreditin təmini kimi İddiaçı2 və İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət olan 112A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, "xxxx" MMC BOKT ilə "xxxx" MMC arasında ipoteka müqaviləsi bağlanmışdır. 02.09.2010-cu il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı2 və İddiaçı1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində 0.05 ha torpaq sahəsində yerləşən112A saylı fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi "xxxx" MMC BOKT-nın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2015-ci il tarixli 2(044)- 1624/2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin olunmuş, iddia tələbi qismən təmin edeilmiş, "xxxx" MMC-dən 27.08.2010-cu il tarixli 05 saylı kredit müqvailəsinin müddətinin uzadılmasına dair 15.09.2011-ci il tarixli 1 saylı əlavəsinə əsasən 17.09.2012-ci il tarixdə baş vermiş 150600 manat məbləğindəkredit üzrə 136600 manat əsas b orc, 3567.46 manat faiz borcu, 50 manat cərimə, cəmi 140217.46 manat, 17.10.2012-ci il tarixdə 49000 manat məbləğində kredit üzrə 39900.47 manat əsas borc, 496.98 manat faiz borcu, 55.85 manat cərimə, cəmi 40453.30 manat, 14.11.2011-ci il tarixli 12 saylı kredit müqaviləsinə əsasən 26.11.2012-ci il tarixdə 110000 manat məbləğində verilmiş kreditin 43137 manat hissəsi üzrə 37255 manat əsas, 3099.64 manat faiz borcu, 100 manat cərimə, cəmi 40454.64 manat, 25.11.2010-cu il tarixli 6 saylı kredit müqaqviləsinin müddətinin uzadılmasına dair 12.01.2012-ci il tarixli 1 saylı Əlavəsinə və 14.11.2011-ci il tarixli 12 saylı kredit müqaviləsinə əsasən birlikdə 18.01.2013-cü il tarixdə verilmiş 125000 manat məbləğində kreditin 32051 manat hissəsi üzrə 23064.10 manat əsas borc, 2328.80 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 25492.90 manat əsas, ümumilikdə cavabdehlərin əsas borc, faiz və cərimələr daxil olmaqla, cəmi 246618.30 manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, "xxxx" MMC-nə ödənilməsi, 27.08.2010-cu il tarixli 5 saylı kredit müqaviıəsinin müddətinin uzadılmasına dair 15.09.2011-ci il tarixli 1 saylı əlavəsinə əsasən 17.09.2012-ci il tarixdə verilmiş 150600 manat məbləğində kredit üzrə yaranmış 140217.46 manat və 17.10.2012-ci il tarixdə 49000 manat məbləğində kredit üzrə 40453.30 manat borc üzrə tələb ipoteka predmeti olan və cavabdeh İddiaçı2 və İddiaçı1 Əhməd oğlunun mülkiyyətində olan likvid dəyəri 300000 manat olan Gəncə şəhəri, Nizami rayon, Bayan küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112A saylı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracsa satılması, bankın kredit tələbi satılmış mənzilin hesabına ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ cavabdehlərə qaytarılması, 14.11.2011-ci il tarixli 12 saylı kredit müqaviləsinə əsasən 26.11.2012-ci il tarixdə 110000 manat məbləğində verilmiş kreditin 43137 manat hissəsi üzrə 40454.64 manat borc və 25.11.2010-cu il tarixli 6 saylı kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12.01.2012-ci il tarixli 1 saylı əlavəsinə və 14.11.2011-ci il tarixli 12 saylı kredit müqaviləsinə əsasən birlikdə 18.01.2013-cü il tarixdə verilmiş 125000 manat məbləğində kreditin 32051 manat hissəsi üzrə cəmi 25492.90 manat borc üzrə tələb ipoteka predmeti olan və cavabdeh X3 mülkiyyətində olan likvid dəyəri 100000 manat məbləğində qiymətləndirilmiş ünvan 1 ünvanda, 0.00256 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 19.2 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, mənzilin açıq hərracda satılması, bankın kredit tələbi satılmış mənzilin hesabına ödənilməsi, borc öhdəliklərindən sonra qalan məbləğ cavabdehə qaytarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.03.2017-ci il tarixli 2(104)- 108/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2015-ci il tarixli 2(044)-1624/2015-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" MMC-yə münasibətdə dəyişdirilmədən saxlanıması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.07.2020-ci il tarixli 2(104)- 1325/2020 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2015-ci il tarixli 2(044)-1624/2015-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı1 münasibətdə “tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə İddiaçı2 və İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət olan 112A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC BOKT-yə olan borcun ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qeyd olunan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22.04.2021-ci il tarixli 2(102)-2929/2021 saylı qərarının surətindən görünür ki, iddiaçı "xxxx" MMC BOKT tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.07.2020-ci il tarixli 2(104)-1325/2020 saylı qətnaməsi qismən “cavabdeh İddiaçı1 münasibətdə “tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə İddiaçı2 və İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət olan 112A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunmuş vəsait hesabına "xxxx" MMC BOKT-yə olan borcun ödənilməsi” hissəsinin ləğv edilməsi və rədd edilməsi” hissəsində ləğv edilməsi və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. "xxxx" MMC-nin Kredit İttifaqı tərəfindən İcraçı Kredit Agentliyinə ödənilmiş kredit pullarının müqavilələrə uyğun ödənilməsi haqda 24.06.2014-cü il tarixli 02 saylı protokolun surətindən görünür ki, 5,12,8,9 və 10 saylı müqavilələr üzrə ödənilmiş kreditlərin ödəniş sənədlərinə düzəliş edilərək əsas borc üzrə qalıq məbləğləri: - 5 saylı müqavilə üzrə 199600 manat, 8 saylı müqavilə üzrə 60000 manat, 9 və 10 saylı müqavilələr üzrə 32497 manat, 12 saylı müqavilə üzrə 95000 manat təşkil edir. 14.07.2014-cü il tarixdə "xxxx" MMC-nin İdarə Heyətinin üzvü X9, "xxxx" MMC-nin baş mühasibi X15, "xxxx" MMC BOKT Monitorinq və Risklərin İdarəolunması üzrə menecer X7, "xxxx" MMC BOKT kredit qrupunun rəhbəri X16 və "xxxx" MMC BOKT Gəncə regionu üzrə səlahiyyətli nümayəndə X12 tərəfindən tərtib olunmuş və təsdiq olunmuş AKT-dan görünür ki, "xxxx"nın 14.07.2014-cü il tarixinə "xxxx" qarşısında tranşlar üzrə qalıq borcu cəmi 473946.0 manat təşkil edir. 17.11.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 27.08.2010-cu il tarixli 5 saylı kredit müqaviləsi və kredit müqaviləsinin 15.09.2011-ci il tarixli əlavəsinə əsasən 17.09.2012-ci il tarixdə və 17.10.2012-ci il tarixdə "xxxx" MMC-yə verilmiş 150600.0 manat və 49000.0 manat kredit tranşlar üzrə "xxxx" MMC-nin "xxxx" MMC BOKT qarşısında qalıq borcu17.09.2012-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 150600 manat məbləği üzrə əsas borc 130238.7 manat, faiz borcu üzrə 3567.5 manat, cərimə 562.3 manat, cəmi 134368.5 manat, 17.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 49000.0 manat məbləğ üzrə əsas borc 39558.1 manat, faiz borcu 0, cərimə 0, cəmi 39558.1 manat, ümumilikdə 173926.6 manat təşkil edir. Gəncə Apelyasiya Məhkəməsinin 01.10.2021-ci il tarixli 2(104)-2766/2021 saylı qərardadının surətindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, İddiaçı2, İddiaçı1 və X4 qarşı “İpoteka hesabına borcun qaytarılması tələbi ilə bağlı məhkəmə qətnaməsinin verilməsinə” dair iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.08.2015-ci il tarixli 2(044)-1624/2015-ci il tarixli iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşür. Məhz iddiaçılar iddia ərizəsində göstərilmiş halların mövcud olmasını, yəni hərracın qanunsuz olaraq keçirilməsini və onun etibarsızlığı üçün əsas olan halları sübut etməlidir. Lakin məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, əksinə iddia tələbini yalnız öz mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. İddiaçıların özlərinin izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçılar tərəfindən kredit və ipoteka müqavilələrinin ləğv olunması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdikləri sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər "xxxx" MMC-nə və "xxxx" MMC-nə qarşı “kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-nə və "xxxx" MMC-nə qarşı “kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipoteka müqaviləsinə xitam verilməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-70/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-70/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver