Məhkəmə qərarları › İş №2(044)-788/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-788/2022

19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-788/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.05.2010-cu il təvəllüdlü X1 və 01.08.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 29.05.2010-cu il təvəllüdlü X2 və 01.08.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlə uzun müddətdir ki, ayrılmışlar və cavabdeh uşağının saxlanmasına heç bir maddi köməklik etməmişdir. Hazırda uşaqlar məktəblidirlər. Onların tələbatları həddindən artıq çoxdur. O, heç bir yerdə işləmir və uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkir. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, məhkəmədən Cavabdeh 29.05.2010-cu il təvəllüdlü X1 və 01.08.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia tələbində göstərilmiş məbləğdə alimenti ödəməyə imkanı olmadığını bildirərək qeyd etdi ki, o, heç bir yerdə işləmir, normal şəraiti olmayan evdə anası ilə birlikdə yaşayır, heç bir yerdən gəlir əldə etmir, maddi durumu çox ağırdır. Ona görə də, iddia tələbinin tamamilə rədd olunmasını xahiş edir. Məhkəmə, iddiaçının və cavabdehin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 29.05.2010-cu il təvəllüdlü X2 və 01.08.2011-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(044)-248/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 29.05.2010-cu il tarixdə anadan olmuş X1 və 01.08.2011-ci il təvəllüdlü X3 ataları İddiaçı himayəsində saxlanılmaları qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin(bundan sonra- Ailə Məcəlləsinin) 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, azyaşlı uşaqların saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqlarının saxlanılmasına kömək və uşaqlarına qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə alimentin hansı məbləğdə tutulması ilə əlaqədar aşağıdakı halları nəzərə almağı zəruri hesab edir. Belə ki, məhkəmə iddiaçının öz izahatında heç bir yerdə işləmədiyini, heç bir gəlir əldə etmədiyini və ağır maddi durumda olduğunu bildirməsini inandırıcı qəbul edir. Digər tərəfdən isə cavabdeh hər uşaq üçün 193 manat alimentin tutulmasını iddia etsə də, cavabdehin qazancı barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədi, eyni zamanda iddiaçının izahatı ilə əlaqədar etirazını bildirmədi. Məhkəmə həmçinin uşaqların atalarının himayəsində olmalarını, uşaqların saxlanmaları vəzifəsinin hər iki valideynin vəzifəsi olmasını, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onların mənafeyini, böyüdükcə artan tələbatlarını, aylıq təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının şərtlərini, iddiaçının uşağın saxlanılması üçün tələbatını təkbaşına ödəyə bilməsinin çətin olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh da uşaqların saxlanılması üçün hər hansı məbləğdə aliment ödəməlidir. Yuxarıdakıları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 29.05.2010-cu il təvəllüdlü X1 və 01.08.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 21.02.2022-ci il tarixdən tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21.02.2022-ci il tarixdən başlayaraq 29.05.2010-cu il təvəllüdlü X1 və 01.08.2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar