Məhkəmə qərarları › İş №2(044)-789/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-789/2022

18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-789/2022 18.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçıVaqif qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.01.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 70 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli 2(044)/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş və cavabdehdən 08.07.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 29.10.2019-cu il tarixdən başlayaraq hər ay 70 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdehlə nikahları pozulan zaman o, hamilə olmuş, onların 28.01.2020-ci il tarixdə X4 adlı bir uşaqları da anadan olmuş və hazırda Ali onun himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün könüllü olaraq maddi yardım etməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edtdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli 2(044)/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 19.04.2014-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 524 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikhalrından 08.07.2015-ci il tarixdə anadan olmuş X3 anası İddiaçı Surxay qızının himayəsində saxlanılmış, 08.07.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 29.10.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 70 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. 28.02.2020-ci il tarixdə Gəncə “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadəıtnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 28 yanvar 2020-ci il tarixdə X5 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə Cavabdeh 28 yanvar 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21.02.2022-ci il tarixdən başlayaraq hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28 yanvar 2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21.02.2022-ci il tarixdən başlayaraq hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar