Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-823/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim – Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxx» ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 23070.70 manat məbləğində sığorta ödənişi məbləğinin, 500.00 manat işlərin görülməsi xərcinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı «xxxxxxxxxx» ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxxxxxxxx» ASC iddiasını onunla əsaslandırmışdır ki, «xxxxxxxxxx» ASC ilə “xxxxxxxxx” ASC arasında Bank və Bank fəaliyyətinin sığortası, plastik kart sığortası, Elektron və Kompyuter Cinayətlərdən sığorta növləri üzrə xx xxxxxx 2018-ci il tarixli, BBB- 0002/08 saylı sığorta müqaviləsi bağlanmışdır. “xxxxxxxxxxxxxxxx” ASC tərəfindən xx.xx.2009-cu il tarixli, xx-xx/1479 saylı məktubla müraciət olunaraq cəmiyyətlər arasında bağlanmış Bank və Bank fəaliyyətinin sığortası müqaviləsinə əsasən, bankda işçilərin dələduz hərəkətləri maddəsi üzrə sığorta hadisəsinin baş verdiyi, həmin bankın X3 tərəfindən xx.xx.2009-cu və xx.xx.2009-cu il tarixdə “Gəncə-2” filialında yoxlamaların aparıldığı, filialın müdiri Cavabdeh1 işçiləri ilə birgə öz vəzifə səlahiyyətlərindən suiistifadə edərək onlara 1 998 410.00 manat məbləğində pul vəsaitinin mənimsədiyi bildirilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(104)-3/2012 saylı Hökmümə əsasən “xxxxxxxxx” ASC-yə vurulmuş 613.215.10 manat və filialın müştərisi X4 xx.xx.2018-ci il tarixli plastik kartla götürdüyü 10000 ABŞ dolları kredit bağlamaq məqsədi ilə xx.xx.2008-ci il tarixli qəbzlə filialın xəzinəsinə ödədiyi 9980 ABŞ dollarına görə banka dəymiş maddi ziyan məbləğinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə tutulmasını qərara almışdır. AR X7 Kollegiyasının xx.xx.2012-ci il tarixli, 1(102)-788/2020-ci il saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(102)-3/2012-ci il saylı Hökmünün sözügedən hissəsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxxxxxxxx” ASC tərəfindən 23.070.70 manat məbləğində “xxxxxxxxx” ASC-yə sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: “xxxxxxxxxx” ASC-nin xx.xx.2013-cü il tarixli 1076-07/**********/2011 saylı sığorta aktından görünür ki, “xxxxxxxxxx” ASC tərəfindən 23070.70 manat məbləğində sığorta ödənişi hesablanmışdır; «xxxxxxxxxx» ASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 3242 saylı ödəniş tapşırığından görünür ki, 23070.70 manat məbləğində sığorta ödənişi “xxxxxxxxx” ASC-nin AZ18AZER**********09AZN**********01471 saylı hesabına ödənilmişdir; 2013-cü ilin dekabr ayında verilmiş sığorta ödənişinin miqdarının müəyyənləndirilməsinə dair rəydən görünür ki, “xxxxxxxxx” ASC-nin Gəncə-2 filialında baş vermiş hadisə nəticəsində “xxxxxxxxx” ASC-yə dəyən zərər 613 215.10 manat və 9 980.00 ABŞ dolları həcmindədir; Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2012-ci il tarixli, 1(104)-3/2012 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313–cü maddələri, Cavabdeh2 və Cavabdeh3 CM–nın 179.3.2 və 313-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin «07» fevral 2011–ci il tarixli, 1(101)- 82/2011 nömrəli hökmü ləğv edilmiş, yeni hökm çıxarılmışdır. Cavabdeh1 ittihamından Azərbaycan Respublikası Çinayət Məcəlləsmın 179.3.2-ci maddəsi ilə verilrniş ittiham xaric olunmaqla, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə, Cavabdeh2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2–ci maddəsinə, Cavabdeh3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2–ci maddəsinə tövsif edilmiş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişlər. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə əmlakı müsadirə olunmamaqla 2 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri–kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313– cü maddəsi ilə əmlakı müsadirə olunmamaqla 2 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsnifat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə adlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh1 qəti olaraq əmlakı müsadirə olunmamaqla 3 (üç) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati–sərəncamyerici və ya inzibati– təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. F .R.Qurbanova təyin olunan cəzalar müstəqil icra olunması və ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını imumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli haqqında həbs qətimkan tədbiri seçildiyi xx.xx.2010-cu il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əmlakı müsadirə olunmamaqla 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Cavabdeh2 Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM– nin 320.1–ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya tam birləşdirilsin və ona cəza çəkməsi üçün qəti olaraq əmlakı müsadirə olunmamaqla 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin haqqında «həbs» qətimkan tədbiri seçildiyi xx xxx 2010-cu il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2–ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Cavabdeh3 təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi, haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, məhkum Cavabdeh3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, məhkum Cavabdeh3 davranışı üzərində nəzarəti onun qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri, Nizami rayon İcra bölməsinə həvalə edilməsi, məhkumlar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cinayət əməli nəticəsində «xxxxxxxxx» ASC-yə vurulan 613.215,10 manat və filialın müştərisi X5 xx.xx.2018-ci il tarixli plastik kartla götürdüyü 10.000 ABŞ dolları krediti bağlamaq məqsədi ilə xx.xx.2008-ci il tarixli qəbzlə filialın xəzinəsinə ödədiyi 9980 ABŞ dollarına görə banka dəymiş ziyanın məhkumlar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb xxxxxxxxx ASC-yə ödənilməsi, plastik kartlar vasitəsi ilə verilmiş təminatsız kreditlər üzrə hesablanmış 26.417,96 manat maddi ziyanın mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması xxxxxxxxx ASC-yə izah olunmuşdur; AR Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2012-ci il tarixli 1(102)-788/12 saylı qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2012-ci il tarixli hökmü məhkum Cavabdeh1 aid hissədə dəyişdirilmiş, AR CM-nin 313-cü maddəsi ilə Cavabdeh1 verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən cinayət işi üzrə icraata xitam verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2012-ci il tarixli hökmündən Cavabdeh1 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməsi və CM-nin 66.3–cü maddəsinə əsasən cəzaların tam toplanmasına dair müddəalar xaric edilərək, üzərində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2012– ci il tarixli hökmü ilə CM-nin 308.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarında təşkilati– sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkum Cavabdeh1 müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilmiş, kassasiya protesti və mülki iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2012–ci il tarixli hökmü qalan hissədə kassasiya protestinə və mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxxxxxxxx» ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia tələbində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirdi ki, 23770 manat 70 qəpik qəbləğində sığorta ödənişi xxxxxxxxx ASC-yə ödənilmişdir. Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verərək məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Hazırda iddiaçı 23 070.70 manat məbləğində sığorta ödənişinin əvəzinin ona ödənilməsini subroqasiya qaydasında cavabdehlərdən tələb edir. Məhkəmə hesab edir ki, siğorta ödənişinə dair iddiaçının tələbi əsaslıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə əmlakı müsadirə olunmamaqla 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Cavabdeh2 Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM–nin 320.1–ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya tam birləşdirilsin və ona cəza çəkməsi üçün qəti olaraq əmlakı müsadirə olunmamaqla 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin haqqında «həbs» qətimkan tədbiri seçildiyi xx xxx 2010-cu il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2–ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Cavabdeh3 təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi, haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması, məhkum Cavabdeh3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, məhkum Cavabdeh3 davranışı üzərində nəzarəti onun qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri, Nizami rayon İcra bölməsinə həvalə edilməsi, məhkumlar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cinayət əməli nəticəsində «xxxxxxxxx» ASC-yə vurulan 613.215,10 manat və filialın müştərisi X5 xx.xx.2018-ci il tarixli plastik kartla götürdüyü 10.000 ABŞ dolları krediti bağlamaq məqsədi ilə xx.xx.2008-ci il tarixli qəbzlə filialın xəzinəsinə ödədiyi 9980 ABŞ dollarına görə banka dəymiş ziyanın məhkumlar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb xxxxxxxxx ASC-yə ödənilməsi, plastik kartlar vasitəsi ilə verilmiş təminatsız kreditlər üzrə hesablanmış 26.417,96 manat maddi ziyanın mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması xxxxxxxxx ASC-yə izah olunmuşdur; AR Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2012-ci il tarixli 1(102)-788/12 saylı qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2012-ci il tarixli hökmü məhkum Cavabdeh1 aid hissədə dəyişdirilmiş, AR CM-nin 313-cü maddəsi ilə Cavabdeh1 verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən cinayət işi üzrə icraata xitam verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2012-ci il tarixli hökmündən Cavabdeh1 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməsi və CM-nin 66.3–cü maddəsinə əsasən cəzaların tam toplanmasına dair müddəalar xaric edilərək, üzərində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2012–ci il tarixli hökmü ilə CM-nin 308.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarında təşkilati–sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, məhkum Cavabdeh1 müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilmiş, kassasiya protesti və mülki iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2012–ci il tarixli hökmü qalan hissədə kassasiya protestinə və mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. “xxxxxxxxxx”ASC hökmlə müəyyən edilmiş zərərin aradan qaldırılması üçün 23 070.70 manat məbləğində pul vəsaitini xxxxxxxxx ASC-yə ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 925.1-ci maddəsinə görə sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.3-cü maddəsinə görə sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Belə ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə görə Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığortaçılar və ya sığorta brokerləri tərəfindən xidmət göstərmək üçün cəlb oluna bilərlər. Lakin, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 925.3-cü maddəsində “tərəflər arasında razılıq əldə edilmədikdə” ifadəsindən istifadə olunmuşdur. “xxxxxxxxxx” ASC-nin xx.xx.2013-cü il tarixli 1076-07/**********/2011 saylı sığorta aktından görünür ki, “xxxxxxxxxx” ASC tərəfindən 23070.70 manat məbləğində sığorta ödənişi hesablanmışdır. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı tərəflərin razılığı əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının MM-nin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gər-gin-likli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhər-lərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini əsaslı hesab etmir. Belə ki, idia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). İşin hallarından da göründüyü kimi hazırki işdə qeyri-müəyyən və natamam sübutlar mövcud deyildir. Bundan başqa məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinin tələbinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. İddiaçı xxxxxxxxx ASC-yə sığorta məbləğini ödəməklə o əsas öhdəliyini icra etmiş olmuş və bununla da xx xxxxxx 2013-cü il əsas öhdəliyin icra anı kimi qəbul edilməlidir. Hazırki iş üzrə cavabdehlər sığorta müqaviləsi üzrə tərəflər olmadığından həmin tələbə müqavilə tələbləri üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, hazırki tələbə ümumi iddia müddəti tətbiq edilməlidir. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddia müddətinin tətbiq edilməsinə dair ərizə əsassız olduğundan tətbiq edilməməlidir. İdidaçı işlərin görülməsainə görə 500 manat xərcə dair məhkəməyə sübut təqdim etmədiyindən həmin hissədə iddia tələbi təmçin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdehlər tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 baş vermiş sığorta hadisəsinə görə sığortalıya ödənilmiş sığorta ödənişi məbləğini onlardan subroqasiya qaydasında tələb etmək hüququnda haqlı olduğundan 23070.70 manat məbləğində sığorta ödənişi məbləği və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq «xxxxxxxxxx» ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 23070.70 manat məbləğində sığorta ödənişi məbləği və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq «xxxxxxxxxx» ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-823/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-823/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver