Məhkəmə qərarları › İş №2(044)-927/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-927/2021

01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-927/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)-132/2012-ci il tarixli qətnaməsi ilə xx.xx.2003-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50 manat məbləğində müəyyən edilmiş alimentin xx.xx.2015-ci il tarixdən bu günədək ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 2002-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X9 doğulmuşdur. Aralarında bağlanmış nikah xx.xx.2006-cı il tarixdə pozulmuşdur. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2005-ci tarixli qətnaməsi ilə ondan xx.xx.2003-cü il təvəllüdlü X1 üçün hər ay 70000(könhə pul ilə) manat sabit pul məbləğində alimentin verilməsi qət edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)- 132/2012-ci il tarixli qətnaməsi ilə xx.xx.2003-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2005-ci il tarixli, 2(044)-1123/05 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50 manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X5 xx.xx.2015-ci il tarixdə ona vermişdir.Həmin tarixdən bugünədək o baxmışdır. Cavabdeh hal-hazırda Bakı şəhərində yaşayır və Vergilər Departamentində işləyir. Cavabdeh İcra qurumuna ərizə verərək xx.xx.2015-ci il tarixədək onun borcunun olmadığını bildirmişdir. O, cavabdehin icra qurumuna şikayət edərək xx.xx.2015-ci il tarixdən aliment borcunun olduğunu bildirmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən övladına baxdığı üçün və onun yanında qaldığı üçün qət edilmiş alimentin ödənilməsindən azad olunmasını bildirdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)-132/2012 saylı qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilərək xx.xx.2003-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2005-ci il tarixli, 2(044)-1123/05 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50 manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir; Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli AZ-İ 210360 saylı doğum haqqında şahadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür kiX9 xx.xx.2003-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 357 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh göstərilmişdir; xx.xx.2015-ci il tarixdə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ikinci qrup əlildir və əmək qabiliyyəti məhduddur; Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 2 nömrəli xidmət sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, X9 atası İddiaçı ilə ünvan 1 ünvanında yaşayır; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçı izahatında əlavə olaraq göstərdi ki, o 2-ci qrup əlildir və bu günədək İddiaçı onun özü baxmış, onun təhsil və sair xərclərinin ödənilməsində yaxından iştirak etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prosesinin Novruz bayramının ilk iş gününə təyin edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh üzürlü səbəblərdən məhkəmədə iştirak etməməsinə dair sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iş materiallarını araşdıraraq, iddia tələbində göstərilənləri iş materiallarında olan iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)-132/2012 saylı qətnaməsi ilə xx.xx.2003-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2005-ci il tarixli, 2(044)-1123/05 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50 manat məbləğində müəyyən edilməsi və xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay həmin məbləğdə alimentin sabit pul məbləğində tutulub Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı xx xxxx 2015-ci ildən X3 faktiki olaraq onun himayəsində yaşamasını və xəstəliyini əsas göstərərək məhkəmədən həmin vaxtdan başlayaraq aliment öhdəliklərindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o 2015-ci ilin iyul ayından atasının yanında yaşamaqla hazırlıqlara getmiş, elə həmin vaxtdan atası tərəfindən ona maddi yardım göstərilmişdir. Onun maddi təlabatlarını atası ödəmişdir. X13 Universitetində işləmiş, 2017-ci ildən səhhəti ilə bağlı Bakı şəhərinə getmiş və elə o vaxtdan anası Bakı şəhərində yaşamağa başlamışdır. Buna baxmayaraq anası hərdənbir Gəncəyə gələrək ona da baş çəkmişdir. Sonuncu dəfə o anasını bir ay bundan öncə görmüşdür. Belə ki, o Bakı şəhərinə gedərək anası ilə 5-10 gün qalaraq Gəncəyə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində göstərdi ki, o Azərlə qonşudur. Tural onun nəvəsi ilə 2015-ci ildən Gəncə şəhərində hazırlıqlara getmişdi.Azər taksi sürücüsü kimi onun nəvəsini də hazırılıqlara aparırdı. Məhkəmə onu qeyd edir ki, Ailə Məcəlləsinin Beşinci bölməsi ailə üzvlərinin aliment öhdəliklərini nəzərdə tutur. Bu Məcəllənin 49.1- 49.3-cü maddələrinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Qeyd olunan Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Məhkəmə araşdırılması zamanı iddiaçının izahatı, şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, X9 həqiqtən də 2015-ci ilin iyul ayından atasının himayəsində yaşamış, bu müddət ərzində atası Azər onun maddi və sair xərclərini qarşılamış və atalıq borcunu tam yerinə yetirmişdir. Bundan başqa da iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, aliment ödəyən şəxs məhdud əmək qabiliyyətli olmaqla ikinci qrup əlildir. Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənətə gəlir ki, iddiaçının aliment borcu X3 faktiki olaraq onun himayəsində olduğu müddətdə yaranmış, həmin müddər ərzində X6 atası tərəfindən maddi yardım göstərilmişdir. Digər üzürlü səbəblərə gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçının İİ qrup əlil olmaqla məhdud əmək qabiliyyətli olması da üzürlü hesab edilməli və iddiaçı xx xxxx 2015-ci ildən hazırki dövrədək yaranmış aliment borcunu ödəməkdən tamamilə azad edilməlidir. Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. İş materiallarında olan icra məmuru tərəfindən verilmiş xəbərdarlıqdan görünür ki, iddiaçınn xx xxxxxx 2020-ci ilədək olan aliment borcu 2700 manat təşkil edir.Məhkəmə hər ay 50 manat məbləğində aliment ödəniləcəyini nəzərə alaraq belə hesab edir ki, xx xxxxxx 2020-ci ilədək aliment borcu 2700 olduğundan, iddiaçı bu günədək mövcud olan 2850 manat aliment borcunu ödəməkdən tamamilə azad edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirib, iddia tələbi üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, bir illik aliment borcu 500 manatdan çox olduğundan, iddiaçı isə yalnız 10 manat məbləğində dövlət rüsumu ödədiyindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməli, 20 manat dövlət rüsumu isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(044)- 132/2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 2850 manat aliment borcunu ödəməkdən tamamilə azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin, 20 manat dövlət rüsumu isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar