Məhkəmə qərarları › İş №2(045)-1064/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1064/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1064/2023 20.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh Raqif qızının iştirakı ilə, İddiaçı Cavabdeh Raqif qızına qarşı uşaqla görüş, ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Raqif qızına qarşı uşaqla görüş, ünsiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Raqif qızının yanında yaşayan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günlərində onda qalmaq şərtilə, o cümlədən hər ilin əlamətdar günlərində yeni il bayramı günlərində 2 gün, novruz bayramı günlərində iki gün, ramazan bayramı günlərində 1 gün, qurban bayramı günlərində 1 gün onda qalmaqla azyaşlı övladları Sahib və Mələyin anadan olduğu günlərdə görüşmək, ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Raqif qızı ilə 10 dekabr 2022-ci ildə faktiki ayrılmışdır. Cavabdeh Raqif qızı heç bir səbəb olmadığı halda uşaqları götürərək evdən getmişdir. O isə uşaqlarını görə bilmir. Həsənova X2 rayonu Mənəşli kəndində yaşayır. Mənəşli kəndi şəhər mərkəzindən 70 km aralıdadır. Buna görə də o rahat uşaqlarını görüb, onlara qayğı göstərə bilmir. O ailəsini bərpa etmək, arvadı ilə barışmaq istəyir. Buna görə də Cavabdeh Raqif qızının yanında yaşayan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günlərində onda qalmaq şərtilə, o cümlədən hər ilin əlamətdar günlərində yeni il bayramı günlərində 2 gün, novruz bayramı günlərində iki gün, ramazan bayramı günlərində 1 gün, qurban bayramı günlərində 1 gün onda qalmaqla azyaşlı övladları Sahib və Mələyin anadan olduğu günlərdə görüşmək, ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh Raqif qızı izahatında bildirdi ki, iddiaçı uşağın atası olduğu üçün onlarla görüşmək haqqı vardır. Onlarla gecə də qalmağına etiraz etmir. İstədiyi zaman uşaqlarını görə bilər. Lakin uşaqları o istədiyi zaman qaytarmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İİ 026833 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında olan nikah 06 mart 2015ci ildə Goranboy rayon qeydiyyat şöbəsində 64 saylı akt qeydi ilə qeydə alınmışdır. Nikhdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İİİ 736768 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15 aprel 2016-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdeh Raqif qızıdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İV 095301 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03 may 2018-ci il tarixdə Goranboy rayonunda doğulmuşdur. Atası İddiaçı, anası Cavabdeh Raqif qızıdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Goranboy 1 saylı Mediasiya təşkilatının mediasiya prosesinin davam etdirilməməsi barədə arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ilə X1 arasında olan nikah 06 mart 2015-ci ildə Goranboy rayon qeydiyyat şöbəsində 64 saylı akt qeydi ilə qeydə alınmışdır. İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günlərində onda qalmaq şərtilə, o cümlədən yeni il bayramı günlərində 2 gün, novruz bayramı günlərində iki gün, ramazan bayramı günlərində 1 gün, qurban bayramı günlərində 1 gün onda qalmaqla azyaşlı övladları Sahib və Mələyin anadan olduğu günlərdə görüşmək, ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh atasının uşaqlarla görüşməsinə, görüşün 10:00-dan başlayaq növbəti gün 19:00-dək həyata keçirilməsinə etiraz etmir. Tərəflər arasında razılıq olduğundan məhkəmə Goranboy Şəhər İcra Hakimiyyəti Başçısının qəyyumluq və himayəçilik komissiyası tərəfindən rəyin alınmasını zəruri hesab etmir. İşin göstərilən halları cavabdehin izahatı və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1, 50.2, 50.3-cü maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 61.1 və 61.2-ci maddələrinə görə isə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. «Uşaq hüquqları haqqında» Qanunun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqadar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 saylı qərarında göstərilir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Qeyd olunanları, həmçinin uşağın mənafeyini, o cümlədən onun istirahət etmək və sair qayğıları üçün lazım olan vaxtları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsası olduğundan iddiaçının müəyyən gündə və vaxtda uşağı ilə ünsiyyətdə olma hüququ təmin edilərək, İddiaçı övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü 10:00dan bazar günü 19:00-dək onda qalmaq şərtilə, o cümlədən yeni il bayramı günlərində 2 gün, novruz bayramı günlərində iki gün, ramazan bayramı günlərində 1 gün, qurban bayramı günlərində 1 gün 10:00-dan 19:00-dək atanın yanında qalmaqla ünsiyyət hüququ təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediator xərci cavabdehdən tutulub ona ödənilməsini tələb etmədiyindən İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənələrə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357-358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü 10:00-dan bazar günü 19:00-dək onda qalmaq şərtilə, o cümlədən yeni il bayramı günlərində 2 gün, novruz bayramı günlərində iki gün, ramazan bayramı günlərində 1 gün, qurban bayramı günlərində 1 gün 10:00-dan 19:00-dək atanın yanında qalmaqla ünsiyyət hüququ təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediator xərci onun özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar