Məhkəmə qərarları › İş №2(045)-1083/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1083/2024

21.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1083/2024 21.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət” tələbinə dair iddia ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan qızıl-zinət əşyaları, qiyməti 3400 (üç min dörd yüz) manat olan, 583 əyyarlı, 1,5 karat, çəkisi 16 qramlı gül brilliant komplekt dəsti, dəyəri 840 (səkkiz yüz qırx) manat olan, 583 əyyarlı, 0,45 karatlı, çəkisi 4,3 qram brilliant nişan üzüyün naturada, bu mümkün olmadıqda isə onların dəyəri, cəmi dəyəri 4240 (dörd min iki yüz qırx) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2023cü il tarixdə nikaha daxil olmuşdur. Cavabdehlə ailə qurduğu vaxtdan bir müddət sonra cavabdeh onu döyərək işgəncələr vermişdir. Ona qarşı zorakılıq etdiyi üçün o evdən davadalaş nəticəsində çıxıb getmişdir. Bu barədə Abşeron şəhər polis idarəsinə müraciəti olmuş və həmin polis idarəsində araşdırılıbdır. Lakin hal-hazıra qədər polis onun barəsində heç bir tədbir görməmişdir. Hal-hazırda cavabdehlə onun arasında bağlanmış nikahın ləğv edilməsi ilə bağlı Gəncə Şəhər Məhkəməsində baxılır. O, evdən çıxarkən ona məxsus qızıl-zinət əşyları cavabdehdə qalmışdır. O cavabdehə qızıl-zinət əşlyarının qaytarılması barədə müraciət etsə də, lakin onun qızılıranı qaytarmayıbdır. Ona görə məcbur olub Mediatora müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, ona görə ona ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmiş və o mediasiya xidmətinin göstərilməsi üçün nəzərdə tutulmuş 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Ona aid olan qızıl-zinət əşyaların siyahısı: qiyməti 3400 (üç min dörd yüz) manat olan, 583 əyyarlı, 1,5 karat, çəkisi 16 qramlı gül brilliant komplekt dəsti, dəyəri 840 (səkkiz yüz qırx) manat olan, 583 əyyarlı, 0,45 karatlı, çəkisi 4,3 qram brilliant nişan üzüyü. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan onların uşağı olmamışdır. Cavabdehlə ailə qurduğu vaxtdan bir müddət sonra cavabdeh onu döyərək işgəncələr vermiş, ona qarşı zorakılıq etdiyi üçün o, evdən dava-dalaş nəticəsində çıxıb getmişdir. O, evdən gedən zaman qızılzinət əşyaları cavabdehin evində qalmışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, o, özünə məxsus geyim əşyaları cavabdehə məxsus evdən aparan zaman cavabdeh tərəflə aralarında ciddi mübahisə olmamışdır. Həmin vaxt cavabdeh evdə olmamışdır. Həmin vaxt qızıllarını tələb etmək onun ağlına gəlməmiş, ona görə də bu barədə cavabdehin qohumlarına qızıllarla bağlı heçnə deməmişdir. 3400 manat dəyərində olan 16 qramlı gül brilliant komplekt dəsti ona anası tərəfindən hədiyyə olunmuşdur. Həmin dəstin evlilik dövründə onda olmasını təsdiq edəcək hər hansı foto və video yazı olmadığı üçün buna dair məhkəməyə sübut təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı ilə 2023-cü ildə ailə həyatı qurmuşdur. Həmin vaxt o, iddiaçıya 400 manata Goranboy şəhərində yerləşən qızıl mağazasından nişan üzüyü almış, lakin həmin üzük iddiaçı və anası tərəfindən qəbul edilməmişdir. Bundan sonra onlar hər biri özünə məxsus nişan üzüyünün alınması barədə razılığa gəlmişlər. Bundan başqa iddia tələbində göstərilən digər qızıl-zinət əşyaları ümumiyyətlə mövcud olmamışdır. İddiaçı onun yaşadığı evdən özü getmiş və bir neçə gündən sonra gəlib maneəsiz şəkildə özünə məxsus əşyaları aparmışdır. Həmin vaxt yaşadıqları fərdi yaşayış evin qapısının açarı iddiaçının özündə. Eyni zamanda bildirir ki, iddiaçı aldığı nişan üzüyünü öz qardaşına vermiş və sonuncu həmin üzüyü lombarda qoymuşdur. Həmin üzüyün sonrakı aqibəti haqda məlumatı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçı əşyaları götürən zaman o, kənardan avtomobilində quraşdırılmış qurğu vasitəsilə iddiaçının evdən çıxma anını video qeydə almışdır. Həmin görüntüdə iddiaçının sərbəst şəkildə evdən öz əşyalarını çıxarması və qızıl-zinət əşyaları ilə bağlı onun qohumlarına qarşı hər hansı irad və tələb irəli sürmədiyi aşkar şəkildə əks olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 565727 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 22 iyul 2023-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 61 nömrə ilə qeyd edilmişdir; xx.xx.2024-cü il tarixli “mütəxəssis rəy”indən görünür ki, bir ədəd səfir qaşlı 10 daş dəst (üzük, sırga) 583 əyarlı, 1,5 karat çəkisi 16 qramlı, dəyəri 3400 manat, bir ədəd nişan üzüyü ortası gül formalı 583 əyarlı, 0,45 karatlı, çəkisi 4,3 dəyəri 840 manat, cəmi 4240 manat təşkil edir; Fotoşəkillərdən İddiaçı üzərində nişan üzüyünün olması görünür; Məhkəmə iclasında baxış keçirilmiş “CD” diskdən görünür ki, İddiaçı cavabdehin evindən özünə məxsus əşyaları sərbəst şəkildə götürərək çıxmış və həmin vaxt qızıl-zinət əşyaları ilə bağlı cavabdehin qohumlarına hər hansı bir narazılıq və tələb bildirməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 22 iyul 2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair Gəncə şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı 583 əyarlı 1,5 karat, çəkisi 16 qrm gül brilliant komplekt dəstinin və 583 əyyarlı, 0,45 karatlı, çəkisi 4,3 qram brilliant nişan üzüyünün birgə nikah dövründə ona hədiyyə olunduğu bildirir və bu qızıl-zinət əşyalarının Cavabdeh alınıb ona verilməsini tələb edir. Digər tərəfdən, cavabdeh qızıl əşyalarından təkcə 583 əyyarlı, 0,45 karatlı, çəkisi 4,3 qram brilliant nişan üzüyünün olmasını qəbul etmiş, bu hissədə iddiaçını sübutetmə vəzifəsindən azad etmişdir. Lakin cavabdeh həmin nişan üzüyünün iddiaçının özü ilə apardığını və sonuncunun qardaşı tərəfindən lombarda girov qoyduğunu bildirmiş və qeyd etmişdir ki, iddiaçının başqa qızılları olmamışdır. Həmçinin, iddiaçının onun yaşadığı evi tərk edərkən ona qarşı hər hansı qızıl-zinət əşyalarına dair tələb irəli sürmədiyini də qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikahı girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Həmin Məcəllənin 225.3-cü maddəsində göstərilir ki, daş-qaş və digər zinət şeylər istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Hazırkı iddia tələbi ilə bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qızıl əşyalarının mövcud olmasını və həmin əşyaların cavabdehdə olmasını sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Azərbaycan Respiublikasının Mülki-Prosessual Məcəllənin (bundan sonra – MPM) 106.3cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, nişan üzüyünün mövcudluğunun cavabdeh tərəfindən qəbul edilməsi əks tərəfi bu halı sübut etmə vəzifəsindən azad edir. Məhkəmə qeyd edir ki, MPM-in 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf qızıl-zinət əşyalarını cavabdehdən tələb etsə də, iş materialları, tərəflərin izahatları ilə müəyyən edilir ki, həmin əşyalardan – nişan üzüyünün cavabdehdə qalması, brilliant komplekt dəstinin isə ümumiyyətlə mövcud olubolmaması, toydan sonra həmin komplekt dəstin iddiaçıda olması barədə sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçının məhkəməyə verdiyi izahatla müəyyən edilir ki, o, evi sərbəst şəkildə geyim əşyalarını götürərək tərk etmiş, bu zaman qarşı tərəfədən qızıl-zinət əşyalarına dair hər hansı tələbi və narazılığı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir ; 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, məhkəmə iddiaçının qızıl-zinət əşyaları ilə bağlı tələbi üzrə qeyd edir ki, sözügedən qızıl-zinət əşyalarının cavabdehdə qalması biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edilə bilməmişdir. Odur ki, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddiaçının həmin tələbini əsaslı hesab etmək mümkün deyildir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət” əşyalarının tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar