Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1110/2023 05.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirаkları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay sabit pul məbləğində azyaşlı uşaqları - 30 avqust 2010-cu il təvəllüdlü X3 və 23 oktyabr 2012-ci il təvəllüdlü X1 üçün, bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 noyabr 2010-cu il tarixdə nikahlarını Goranboy rayon Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 30 avqust 2010-cu il təvəllüdlü X6 və 23 oktyabr 2012ci il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri onun təqsiri ucbatından pozulmuşdur. Goranboy Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(045)- 184/2022 nömrəli qətnaməsinə əsasən nikah qeydləri pozulmuş, cavabdeh uşaqlarından imtina etdiyi üçün uşaqlar onun himayəsinə verilmişdir. O, bir ata kimi uşaqlarının gələcəyi, onların sağlam böyüməsi, təhsil almaları üçün hər şey edir. Bu onun bir ata borcudur. Lakin, cavabdeh bir ana olduğunu sanki unutmuşdur. Ana kimi bir dəfə də olsun uşaqları ilə maraqlanmır, onları görmək belə istəmir. Cavabdeh ailə quraraq ancaq yeni ailəsi ilə məşğuldur. İstəyir ki, bir ana kimi cavabdeh də uşaqların qarşısında öhdəliyi olduğunu anlasın. Ona görə də istəyir ki, hər ay cavabdehdən sabit pul məbləğində uşaqları üçün yaşayış minimumu həddində, yəni 220 (iki yüz iyirmi) manat aliment tutularaq ona verilsin. Hesab edir ki, uşaqların diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh uşaqların saxlanılması üçün aliment ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh onun qızıdır. Cavabdeh işləmir və maddi imkanı aşağıdır. Buna görə də aliment ödəyə bilmir. Yekunda iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 560185 nömrəli arayışdan görünür ki, X6 xx.xx.2010-cu il tarixdə Goranboy rayonunda anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 993635 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Goranboy rayonunda anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır; Goranboy Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(045)-184/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Goranboy rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 408 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 30 avqust 2010-cu il təvəllüdlü X6 və 23 oktyabr 2012-ci il təvəllüdlü X4 ataları İddiaçı yanında saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 30 avqust 2010-cu il təvəllüdlü X6 və 23 oktyabr 2012-ci il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulmuş və nikah pozulduqdan sonra 30 avqust 2010-cu il təvəllüdlü X6 və 23 oktyabr 2012-ci il təvəllüdlü X7 ataları İddiaçı yanında saxlanılmışdır. İddiaçı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız ananın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 36.8 manat (140 manat*12ay=1680 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq 30 avqust 2010-cu il təvəllüdlü X6 və 23 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq 30 avqust 2010-cu il təvəllüdlü X6 və 23 oktyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 36.8 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-1110/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1110/2023
05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver