Məhkəmə qərarları › İş №2(045)-1160/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1160/2024

28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1160/2024 28.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının” tələbinə dair iddia ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra dəqiqləşdirmə və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 2000 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış, 24 qram çəkidə olan 0,40 sot brilliant qaşlı kolye boyunbağı, 800 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan tana-üzük dəsti, 3500 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 35 qram çəkidə olan sep, 1120 manat dəyərində olan 583 əyarlı qızıldan hazırlanmış 14 qram çəkidə olan tana-üzük dəsti, 340 manat dəyərində 585 əyarlı ağ qızıldan hazırlanmış 4,27 qram çəkidə olan tana-üzük dəsti, 2400 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 32 qram çəkidə olan boyunbağı, 280 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 3,5 qram çəkidə olan tək qaşlı tana, olmadıqda isə onların ümumi dəyəri 10440 manat məbləğində pulun, Cavabdeh 400 manat məbləğində hüquqi xidmət haqqı, ödənilmiş 126 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xərcinin əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış, bu barədə Goranboy rayonu, Rəhimli kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə nikah qeyd edilmişdir. Bu nikahdan onların xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 adlı uşağları vardır. Cavabdeh X5 ilə xasiyyəti tutmadığına, bir-birilərini başa düşmədiyinə, ailə arasında həmişə söz-söhbət, mübahisə və münaqişə olduğuna görə, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə olmuş münaqişəyə görə o evi tərk edib getmiş, bir daha evə qayıtmamışdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2134/2023 nömrəli qətnaməsi ilə onların arasında nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmış, uşaqların saxlanılması üçün hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Ona məxsus bütün cehiz əşyaları, əmlakları, qızıl-zinət əşyaları cavabdehdə, onun yaşadığı evdə qalmışdır. Həmin əşyaları cavabdeh ona qaytarıb vermək istəmir. Hazırkı iddia ərizəsi ilə hələlik o cavabdehdən məhkəmə qaydasında ona məxsus qızıl-zinət əşyalarını tələb edir. Qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir. 583 əyyarlı qızıldan hazırlanmış brilyant qaşlı 0.40 sot., kolye boyunbağı, çəkisi 24 qram- 2500 manat, 583 əyyarlı qızıldan hazırlanmış tana-üzük dəsti, çəkisi 10 qram - 900 manat, 750 əyyarlı qızıldan hazırlanmış sep, çəkisi 35 qram - 3800 manat, 583 əyyarlı qızıldan hazırlanmış tana-üzük dəsti, çəkisi 14 qram -1300 manat 585 əyyarlı ağ qızıldan hazırlanmış tanaüzük dəsti, çəkisi 4,27 qram - 400 manat, 583 əyyarlı qızıldan hazırlanmış boyunbağı, çəkisi 32 qram - 2600 manat, 583 əyyarlı qızıldan hazırlanmış tək qaş tana, çəkisi 3,5 qram - 350 manat, cəmi: 11850 ( on bir min səkkiz yüz əlli ) manat. Qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəməyə müraciət etmək üçün xərclər çəkmişdir. "xxxx" MMC Million elektron ödəmə sistemi 01233 №-li terminal vasitəsilə ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzlə o mediasiya təşkilatına 50 manat rüsum ödəmiş, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024cü il tarixli qəbzlə o hazırkı iddia tələbi ilə bağlı 127 manat dövlət rüsumu ödəmiş, "xxxx" ASC tərəfindən verilmiş 1605 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzlə o vəkil sorğusuna görə xidmət haqqı üçün 50 manat məbləğində vəsait köçürmüş, "xxxx" ASC tərəfindən verilmiş 27122 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzlə o iddia ərizəsinin tərtibinə görə vəkilə 50 manat məbləğində vəsait köçürmüşdür. Onlar ailə mübahisələri ilə bağlı mediasiya proseduru zəruri olduğu üçün ilkin olaraq mediasiya prosedurundan keçmiş, ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞG/MT/032/2024-00476 №-li arayış iddia ərizəsinə əlavə edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına oxşar məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları həqiqətən mövcud olsa da, lakin həmin qızıl-zinət əşyaları hazırda onda deyil, ümumiyyətlə qızıl-zinət əşyalarının iddiaçı tərəfindən evlilik dövründə harada saxlanıldığından heç vaxt xəbəri olmamış və sözügedən qızıl-zinət əşyalarını iddiaçının evi tərk edərkən özü ilə aparıbaparmamasından da məlumatı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Goranboy rayon Məhkəməsinin 2(045)-2134/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Goranboy rayonu, Rəhimli kənd icra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 cavabdeh İddiaçı himayəsində saxlanıması, iddiaçı Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentə görə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; “Gəncə univermaq” qızıl-zinət əşyalarının mütəxəssisi tərəfindən verilmiş məktubdan görünür ki, 583 əyyarlı qızıldan hazırlanmış brilliant qaşlı 0.40 sot, kolye boyunbağı, çəkisi 24 qram - 2000 (iki min) manat, 583 əyyarlı qızıldan hazırlanmış tana-üzük dəsti, çəkisi 10 qram - 800 (səkkiz yüz) manat, 750 əyyarlı qızıldan hazırlanmış sep, çəkisi 35 qram - 3500 (üç min beş yüz) manat, 583 əyyarlı qızıldan hazırlanmış tana- üzük dəsti, çəkisi 14 qram -1120 m (min yüz iyirmi) manat, 585 əyyarlı ağ qızıldan hazırlanmış tana -üzük dəsti, çəkisi 4.27 qram- 340 (üç yüz qırx) manat, 583 əyyarlı qızıldan hazırlanmış boyunbağı, çəkisi 32 qram - 2400 (iki min dörd yüz) manat, 583 əyyarlı qızıldan hazırlanmış tək qaş tana, çəkisi 3.5 qram - 280 (iki yüz səksən) manat təşkil edir; Fotoşəkillərdən görünür ki, İddiaçı üzərində tələb etdiyi qızıl-zinət əşyaları mövcud olmuşdur; "xxxx" MMC Million elektron ödəmə sisteminin xx.xx.2024-cü il tarixli qəbzlərindən görünür ki, iddiaçı mediasiya təşkilatına 60 manat məbləğində rüsum ödəmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddaçı hazırkı iddia tələbi ilə bağlı 126 manat məbləğində dövlət rüsumu ödəmişdir; "xxxx" ASC tərəfindən verilmiş 1605 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı vəkil sorğusuna görə xidmət haqqı üçün 50 manat məbləğində vəsait ödəmişdir; "xxxx" ASC tərəfindən verilmiş 27122 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin tərtibinə görə vəkilə 50 manat məbləğində vəsait ödəmişdir; "xxxx" ASC tərəfindən verilmiş 15547 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkilə xidmət haqqına görə 300 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 03 may 2007-ci il taixdə rəsmi nikaha girmiş, bundan sonra iddiaçı Cavabdeh yaşadığı Goranboy rayonu Rəhimli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü zaman iddiaçıya iddiada göstərilən qızıllar hədiyyə olunmuşdur. İddiaçı Cavabdeh ilə yaşadığı müddət ərzində qızıl-zinət əşyaları özündə olmuşdur. İddiaçı daha sonra ər evindən ayrılaraq anası evinə getmiş və gedərkən qızıl-zinət əşyaları cavadehdə qalmışdır. İddiaçı hazırda iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını tələb edir. Bundan başqa tərəflər arasında bağlanmış nikah Goranboy Rayon Məhkəməsinin 2(045)- 2134/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə pozulmuş, uşaqlar ananın himayəsinə verilmiş və uşaqların saxlanması üçün alimentin tutulması qət edilmişdir. Həmçinin cavabdeh iddia tələbində tələb olunan qızıl-zinət əşyalarının mövcudluğunu, iddiaçıya məxsus olmasını mübahisələndirməmiş və inkar etməmişdir. Odur ki, qeyd olunan hallar işin mübahisəsiz halları olduğu kimi tələb olunan qızıl-zinət əşyalarının da kimdə olması işin mübahisəli halıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh iddianı qəbul etməməsi özünü müdafiə xarakteri və məsuliyyətdən yayınma kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı cavabdehlə ailə münaqişəsi zəminində mübahisə etdikdən sonra yaşadığı evdən uşaqları ilə birlikdə çıxaraq işlədiyi məktəbə getmiş, daha sonra cavabdehlə arasında yaranmış mübahisənin daha da kəskin xarakter almaması və vəziyyətin normallaşması üçün həmin evə geri qayıtmayaraq atası evinə getmişdir. Bundan sonra iddiaçının uşaqları həmin günü yaşadıqları evə gedərək zəruri geyim əşyalarını götürərək analarının yanına geri qayıtmışlar. Belə olan halda iddiaçının tələb olunan 7 adda qızıl-zinət əşyalarını özü ilə aparmasını məhkəmə inandırıcı hesab etmir, hətta bu halı cavabdeh özü də təsdiq etmir. Odur ki, iddiaçı tələbində haqlıdır və sözügedən qızıl-zinət əşyaları, olmadıqda onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə iddia tələbinin 400 manat hüquqi yardım xərcinin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı tərəfindən vəkilə göstərilən xidmətə görə həmin məbləğin ödənilməsini təsdiq edən qəbzlər məhkəməyə təqdim etdiyindən, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsində qeyd edir ki, hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 60 manat məbləğində vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin mübahisəsiz hallarını nəzərə alaraq və qanunvericiliyin müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış, 24 qram çəkidə olan 0,40 sot brilliant qaşlı kolye boyunbağı, 800 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan tana-üzük dəsti, 3500 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 35 qram çəkidə olan sep, 1120 manat dəyərində olan 583 əyarlı qızıldan hazırlanmış 14 qram çəkidə olan tana-üzük dəsti, 340 manat dəyərində 585 əyarlı ağ qızıldan hazırlanmış 4,27 qram çəkidə olan tana-üzük dəsti, 2400 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 32 qram çəkidə olan boyunbağı, 280 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 3,5 qram çəkidə olan tək qaşlı tana, olmadıqda isə onların ümumi dəyəri 10440 manat məbləğində pul, ödənilmiş 400 manat məbləğində hüquqi xidmət haqqı, 126 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xərcinin əvəzi alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış, 24 qram çəkidə olan 0,40 sot brilliant qaşlı kolye boyunbağı, 800 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan tana-üzük dəsti, 3500 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 35 qram çəkidə olan sep, 1120 manat dəyərində olan 583 əyarlı qızıldan hazırlanmış 14 qram çəkidə olan tana-üzük dəsti, 340 manat dəyərində 585 əyarlı ağ qızıldan hazırlanmış 4,27 qram çəkidə olan tana-üzük dəsti, 2400 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 32 qram çəkidə olan boyunbağı, 280 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 3,5 qram çəkidə olan tək qaşlı tana, olmadıqda isə onların ümumi dəyəri 10440 manat məbləğində pul, ödənilmiş 400 manat məbləğində hüquqi xidmət haqqı, 126 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xərcinin əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar