Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1265/2025 23.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı Cavabdeh qarşı “Cehiz və əmlak” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 yataq mebeli, şifoner, çarpayı, termo (tumuçka 2 ədəd), servant, stol, stul 6 ədəd, divan-kreslo (ümumilikdə 3400 manat), Televizor, dividi və pastafkası-240 manat,2 ədəd gəvə-240 manat, 1 ədəd sandıq-30 manat,4 ədəd döşək 280 manat,5 ədəd yorğan 170 manat,6 ədəd balınc-300 manat,10 ədəd döşəkçə-100 manat, Pərdə, pakraval dəsti-300 manat, 2 ədəd pxovnu ədyal-60 manat, Ütü stolu, çıl-çıraq, saat, karniz 2 ədəd-200 manat, Divan kreslo örtüyü 70 manat, Toz soran-50 manat, Sok çəkən -35 manat, Ət çəkən-30 manat,blender -12 manat,salat doğrayan-5 manat, 5 ədəd şirəli qazan-30 manat, 1 ədəd tefal qazan-50 manat,3 ədəd aiiminum qazan-30 manat,3 ədəd ləyən, 1 ədəd aşsüzən-40 manat, 2 ədəd vedrə,2 ədəd vanna, 1 ədəd ələk 20 manat,96 ədəd şini boşqab-50 manat,32 ədəd kasa, çörək qabı 5 ədəd, badnus-60 manat, 18 ədəd nəlbəki, 18 ədəd stəkan-27 manat,6 ədəd kuruşka, kampot dəsti-6 manat,6 ədəd duz qabı, 4 ədəd qənd qabı 20 manat,Arax rumkası 6 ədəd-2 manat,6 ədəd su stəkanı, 2 ədəd çaynik 15 manat,Qaşıq çamadam-150 manat,2 ədəd konfet qabı, 6 ədəd kofe qabı-25 manat, Kafeyni serviz-25 manat,Çayni serviz-150 manat,2 ədəd gül qabı-40 manat,3 ədəd bagema meyvə qabı-60 manat,6 ədəd bagema konfet qabı-120 manat,2 ədəd kampot qabı-50 manat,18 əddə bagema bakal-100 manat, 6 ədəd xurustal stəkan -48 manat, 2 ədəd atajerka, tort qabı-8 manat, 4 ədəd çuxol dəsti-40 manat,4 ədəd balınc üzü-20 manat, 3 ədəd skater, uzun süfrə 47 manat,5 ədəd qətifə, 12 ədəd çay dəsmalı 50 manat,1 ədəd ipək balınc üzü-60 manat,1 ədəd süpürgə, xəkəndaz -12 manat,2 ədəd kül qabı-12 manat,3 ədəd kapron qab, qənd qayçısı 6 manat, Butulka ağzı açan, Uşaq çarpayısı-150 manat (döşəyi, yorğançası və üzü 40 manat), Stol üstü qaz-30 manat,Güldan-30 manat, Tefal-16 manat, Pol ağacı-25 manat, İstilik pletkası-25 manat,Veşilka-45 manat, Paltar yuyan-150 manat, Paltar sərgisi- 50 manat, Yolka-50 manat,3 ədəd pxovnu ədyal 60 manat, 2ədəd döşək yunnan-120 manat, Lüstur 70 manat,4 ədəd yun balınc-40 manat, 6 ədəd kanpot dəsti, 6 ədəd balaca kanpot dəsti xurustal 30 manat, Uşaq üşün 4 dəst yorğan üzü-120 manat, 2 ədəd yataq yorğan üzü- 100 manat, biz birgə nikah dövründə yaşadığımız evdə əlavə edilmiş artırmaların qiymətləri, İki otaq əvvəlcədən, 3 artırma-12000 (on iki min) manat, Əl evi 1 otaq, 1 mətbəx 2000 (iki min) manat, İki gözlü əl damı-1000 manat, Hamam, tualet -1500 (min beş yüz) manat, Evlə əl evinin qabağının navesi -2000 (iki min) manat, Hasar-3000 (üç min) manat, Darvaza-700 (yeddi yüz) manat, birgə nikah dövründə alınmış avtomobil “VAZ 2106” d.q.n ** BO *** qiyməti 5200 (beş min iki yüz) manat dəyərində, cehiz əşyalarının və əmlakların, iddia üçün ödənilmiş dövlət rüsumünün alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin verilməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə (bundan sonra - MPM) müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl edilməmişdir. İddia ərizəsində iddianın predmeti və qiyməti, tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı (əşyaların növü, markası və dəyərini təsdiq edən sənədlər) göstərilməmişdir. MPM-in: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Cehiz və əmlak” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1265/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1265/2025
23.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver