Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1299/2024 15.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Zeynaılzadə Aysel İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan fərdi yaşayış evindən cavabdehin əşyalarının çıxarılması tələbinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən Cavabdeh məxsus əşyaların - yataq dəsti mebeli, qonaq dəsti mebeli, yorğan-döşək, qab-qacaq, avtomat paltar yuyan maşın, tozsoran, 2 ədəd xalça, pərdə, 2 ədəd çılçıraq, 1 ədəd saat, süfrə, ədyal, dəsmal və sair xırda əşyaların (qab-qacaq) çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi onun mülkiyyətindədir, keçmiş gəlini Cavabdeh əşyalarını onun mülkiyyətində olan evindən könüllü olaraq çıxarmır. Buna görə də ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən Cavabdeh məxsus əşyaların - yataq dəsti mebeli, qonaq dəsti mebeli, yorğan-döşək, qab-qacaq, avtomat paltar yuyan maşın, tozsoran, 2 ədəd xalça, pərdə, 2 ədəd çılçıraq, 1 ədəd saat, süfrə, ədyal, dəsmal və sair xırda əşyaların (qab-qacaq) çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin iddiaya dair öz etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İşin göstərilən halları tərəflərin izahatı və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh məxsus əşyalar - yataq dəsti mebeli, qonaq dəsti mebeli, yorğan-döşək, qab-qacaq, avtomat paltar yuyan maşın, tozsoran, 2 ədəd xalça, pərdə, 2 ədəd çılçıraq, 1 ədəd saat, süfrə, ədyal, dəsmal və sair xırda əşyalar (qab-qacaq) İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yerləşir. İddiaçı həmin əşyaların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, Cavabdeh məxsus əşyaların İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yerləşməsi ilə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən mülkiyyət hüququna qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etməkdə, bu cür hərəkətlər davam etdirildiyindən həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh məxsus əşyalar - yataq dəsti mebeli, qonaq dəsti mebeli, yorğan-döşək, qabqacaq, avtomat paltar yuyan maşın, tozsoran, 2 ədəd xalça, pərdə, 2 ədəd çılçıraq, 1 ədəd saat, süfrə, ədyal, dəsmal və sair xırda əşyalar (qab-qacaq) İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında iddiaçı tərəfindən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin Cavabdeh məxsus əşyalar - yataq dəsti mebeli, qonaq dəsti mebeli, yorğandöşək, qab-qacaq, avtomat paltar yuyan maşın, tozsoran, 2 ədəd xalça, pərdə, 2 ədəd çılçıraq, 1 ədəd saat, süfrə, ədyal, dəsmal və sair xırda əşyalar (qab-qacaq) İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılsın. İddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(045)-1299/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1299/2024
15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver