Məhkəmə qərarları › İş №2(045)-1303/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1303/2025

09.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1303/2025 09.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X18 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “əmlakın evdən çıxarılması” tələbinə dair, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Qaradağlı kəndində yerləşən, onun mülkiyyətində olan 48.8 kv.m fərdi yaşayış evindən Cavabdeh cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə və daha sonra dəqiqləşdirmə barəsində ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın icraata qəbul olunmasını, ilkin iddianın rədd edilməsini, Goranboy rayonu Qaradağlı kəndində yerləşən cavabdeh İddiaçı mülkiyyətində olan evə onun və xx.xx.2020-ci il təvəllüdlü X1 dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun gəlini olmuşdur. X2 ilə xx.xx.2018-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə qurmuşdurlar. Cavabdehlə oğlu ailə qurduqdan sonra onun mülkiyyətində olan Goranboy rayonu Qaradağlı kəndində yerləşən 48.8 kv.m olan fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə yığmışdır. Cavabdehlə oğlu arasında baş verən narazılıqdan sonra 2024-cü ilin sentyabr ayından çıxıb evdən getmişdir. Goranboy rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(045)-252/2025 saylı qətnaməsi ilə onların arasında olan nikah ləğv olunmuşdur. Bundan sonra cavabdeh atası evində yaşasa da gətirdiyi cehiz əşyaları onun mülkiyyətində olan evdə qalmaqdadır. Cavabdehə dəfələrlə mülkiyyətində olan cehiz əşyalarını çıxarmasını təklif etsə də, cavabdeh könüllü olaraq cehiz əşyalarını çıxarmaq istəmir. Mediasiya haqqında" AR-nın xx.xx.2019-cu il tarixli Qanununa əsasən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Bu barədə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı məhkəməyə təqdim edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, hazırda xəstə uşağı ilə birlikdə yaşamağa başqa yaşayış yeri yoxdur. O və uşağı cavabdehin evində qeydiyyatdadır və həmin evdən istifadə hüquqları olsa da, cavabdeh qeyd olunan evdə yaşamaqlarına imkan vermir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh onun gəlini olmuşdur. Oğlu ilə ailə qurduqdan sonra ona məxsus evə gəlin gəlmiş və özü ilə cehiz əşyaları gətirmişdir. Cavabdehlə oğlu arasında baş verən narazılıqdan sonra 2024cü ilin sentyabr ayından atası evinə getmişdir. Hazırda cavabdehə məxsus cehiz əşyaları onun evində qalmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin, bildirdi ki, iddiaçı onun qaynanası olmuşdur. Belə ki, xx.xx.2018-ci il tarixdə iddiaçının X2 ilə arasında bağlanmış nikah rəsmi qeyd edilmişdir. Bundan sonra o iddaçının valideyinlərinə məxsus Goranboy rayonu Qaradağlı kəndinə gəlin köçmüş və özü ilə adət-ənənəyə uyğun cehiz əşyaları gətirmişdir. Birgə yaşadığı müddət ərzində onların bir övladı doğulmuşdur. Daha sonra ailə münasibətlərin pisləşməsi nəticəsində aralarında bağlanmış nikah pozulmuşdur. Hazırda xəstə uşağı ilə birlikdə yaşamağa başqa yaşayış yeri yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Goranboy RİHB-nın Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli, № 212 saylı arayışdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı hal-hazırda Goranboy rayonun Qaradağlı kəndində qeydiyyatdadır və yaşayır. Ailə tərkibi: yoldaşı – X9, oğlu – X5r; Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur; İşdə olan cehiz əşyalarının siyahısı: stul - 2 ədəd, stol - 1 ədəd, sərinkeş - 1 ədəd, televizor - 1 ədəd, paltar qurutmaq üçün asılqan - 1 ədəd, uşaq maneji - 1 ədəd, xəkəndaz (yaşıl rəngli) - 1 ədəd, asılqanlar - 6 ədəd, yastıq - 4 ədəd, uzunsov yastıq - 1 ədəd, mətbəx qapısından asılan (şıq-şıq) - 2 ədəd, tozsoran - 1 ədəd, qazan (bənövşəyi rəng) - 1 dəst, qazan dəsti müxtəlif ölçülü - 1 ədəd, şirəli ləyən - 1 ədəd, müxtəlif ölçülü qazanlar, şirəçəkən - 1 ədəd, tefal çaynik – 1 ədəd, toster - 2 ədəd, qab qoymaq üçün kapron altlıq - 1 ədəd, balaca qazan - 1 ədəd, tort qabı - 1 ədəd, naçnik - 2 ədəd, bıçaqlar - 1 qutu, doğrama taxtaları - 2 ədəd, bakal - 2 ədəd, fincan su üçün - 2 ədəd, oxlov - 1 ədəd, uzun saxlama qabı - 4 ədəd, çörək qabı - 2 ədəd, aş qazanı balaca - 1 ədəd, ədviyyat qabı balaca - 3 ədəd, yorğan - 1 ədəd, döşək - 2 ədəd, pododeyalnik, prostina - 1 ədəd, iynə, sap qabı - 1 ədəd, qayçı – 1 ədəd, yelpənək pərdə rəngində - 1 ədəd, güzgü- 1 ədəd, şamqabı - 1 ədəd, şamlar - 3 ədəd, şam stəkanı- 2 ədəd, ləvazimat yığmaq üçün qab iki tərəfli - 1 ədəd, fen - 2 ədəd, su qabı - 1 ədəd, ayaqqabı yığmaq üçün rəf - 1 ədəd, çərəz qabı - 1 ədəd, meyvə qabı - 1 ədəd, müxtəlif qab-qacaqlar - 15 ədəd balaca selofon torbalarda, stəkanlar, gülqabı, kasa, boşqablar, müxtəlif kitablar - 1 dəst, pərdə - 1 ədəd, balaca uşaq döşəyi - 1 ədəd, uzun balınc - 2 ədəd, şüşə tərəzi - 1 ədəd, qadın paltarı, qadın ayaqqabısı (qarışıq), uşaq paltarı, uşaq ayaqqabıları (qarışıq) - 2 bağlama, oyuncaq mişkalar; Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, X4 və Mülkiyyət Hüququqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş 85 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu Goranboy rayonun Qaradağlı kəndində yerləşən “A” liter tikinti iki yaşayış otağı, 48.8 kv.m fərdi yaşayış evinin sahibi İddiaçıdur; Goranboy rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(045)-252/2025 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 3 saylı Bakı «Asan Xidmət Mərkəzi» Qeydiyyat Şöbəsində 3622 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması qət edilmişdir; V-ЖГ №365956 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 05 dekabr 1990-cı il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X17 10 fevral 2025-ci il tarixli, № 1281 saylı məktubdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə həkim-psixiatr Cəmilə Musayeva tərəfindən müayinə olunub və tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova məruzə edilib; Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur; AZE-İV seriyalı, 426520 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə doğulmuş, atası “X8”, anası “Cavabdeh” kimi qeyd edilmişdir; Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1997-ci il tarixdə anadan olmuşdur; Asan Xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən gəlini Cavabdeh Goranboy rayonu Qaradağlı kəndində evinə daimi qeydiyyatda alınmasına etirazı yoxdur; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsi tərəfindən verilmiş 15 may 2025-ci il tarixli, 3-13-22/2-2750/2025 saylı məktubun surətindən görünür ki, Cavabdeh müraciətinə baxılmış, yol verdikləri qəbahətlərə görə Nazirliyinin müvafiq əmri ilə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru Həsən Abdullayev xidmətdən xaric olunmuş, Goranboy rayon Polis Şöbəsinin polis sahə rəisi Nahid Məsimov və baş inspektor Aslan Aşırovun barəsində digər intizam tənbehi tədbirləri görülmüşdür; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuşdur. 09 sentyabr 2025ci il tarixindən Goranboy rayonun Qaradağlı Ərazi Dairəsi, Qaradağlı kəndində qeydiyyatdadır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsi tərəfindən verilmiş 07 may 2025-ci il tarixli, 3-13-75/2-1-7591/71/25 saylı məktubun surətindən görünür ki, İddiaçı müraciətinə baxılmış, qeydiyyatda olan vətəndaşları qeydiyyatdan çıxarılması barədə müraciətinə baxılmış, aidiyyəti üzrə Gəncə şəhər İnzibati Məhkəməsinə müraciət etməyi tövsiyyə edilib; "xxxx" ASC-nin 7359 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı hаzırkı tələb üzrə 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı oğlu ilə, Cavabdeh xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra onlar iddiaçıya, yəni qaynatasınana məxsus mübahisələndirilən mənzildə yaşamışlar. Goranboy Rayon Məhkəməsinin 2(045)-252/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçı cavabdehin mənzildən istifadə hüququnun mövcud olmamasına əsaslanaraq, ona məxsus cehiz əşyalarının mənzildən çıxarılmasını xahiş edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək, başqa yaşayış yeri olmadığına istinad edir və mənzilə köçürülməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İllkin iddia üzrə cavabdeh mübahisələndirilən mənzilə 2018-ci ildə köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş üzrə ilkin iddia üzrə cavabdeh isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində ilkin iddia üzrə iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Qeyd olunduğu kimi, hazırkı iş üzrə qarşılıqlı iddia üzrə iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. İş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçının övladı ilə ilkin iddia üzrə cavabdeh xx.xx.2018-ci il tarixdə ailə qurmuşdurlar və iddiaçıya məxsus olan mənzilə köçərək orada yaşamışdırlar. Nikah xx.xx.2025-ci il tarixli qətnamə ilə pozulsa da, cavabdeh mənzildə yaşamağa davam edir. Halbuki ilkin iddia üzrə cavabdehin mübahisələndirilən mənzildən istifadə hüququ mövcud deyildir. Belə ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Hazırki işdə isə belə hallar mövcud deyildir. Məhkəmə qeyd edir ki, Goranboy rayonu Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi ilkin iddia üzrə İddiaçı mülkiyyətində olduğundan o, həmin yaşayış sahəsinə dair sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Lakin, ilkin iddia üzrə Cavabdeh həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində ilkin iddia üzrə İddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmirlər. Odur ki, ilkin iddia üzrə iddiaçının özünün mülkiyyətində olan fərdi yaşayış evindən ilkin iddia üzrə cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, ilkin iddia üzrə iddiaçının tələb etməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh özünə məxsus cehiz əşyalarını mənzildən boşaldaraq ona təhvil verməməsi sonuncunun qanunla qorunan mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnir. İddiaçının tələb hüququ, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Qeyd edilən normaya əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia). Vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisəli mənzil ilkin iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, ilkin iddia üzrə cavabdehin isə mövcud vəziyyətdə mənzildən istifadə hüququ olmadığından ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus cehiz əşyaları ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan Goranboy rayonu Qaradağlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh məxsus stul - 2 ədəd, stol - 1 ədəd, sərinkeş - 1 ədəd, televizor - 1 ədəd, paltar qurutmaq üçün asılqan - 1 ədəd, uşaq maneji - 1 ədəd, xəkəndaz (yaşıl rəngli) - 1 ədəd, asılqanlar - 6 ədəd, yastıq - 4 ədəd, uzunsov yastıq - 1 ədəd, mətbəx qapısından asılan (şıq-şıq) - 2 ədəd, tozsoran - 1 ədəd, qazan (bənövşəyi rəng) - 1 dəst, qazan dəsti müxtəlif ölçülü - 1 ədəd, şirəli ləyən - 1 ədəd, müxtəlif ölçülü qazanlar, şirəçəkən - 1 ədəd, tefal çaynik - 1 ədəd, toster - 2 ədəd, qab qoymaq üçün kapron altlıq - 1 ədəd, balaca qazan - 1 ədəd, tort qabı - 1 ədəd, naçnik - 2 ədəd, bıçaqlar - 1 qutu, doğrama taxtaları - 2 ədəd, bakal - 2 ədəd, fincan su üçün - 2 ədəd, oxlov - 1 ədəd, uzun saxlama qabı - 4 ədəd, çörək qabı - 2 ədəd, aş qazanı balaca - 1 ədəd, ədviyyat qabı balaca - 3 ədəd, yorğan - 1 ədəd, döşək - 2 ədəd, pododeyalnik, prostina - 1 ədəd, iynə, sap qabı - 1 ədəd, qayçı – 1 ədəd, yelpənək pərdə rəngində - 1 ədəd, güzgü- 1 ədəd, şamqabı - 1 ədəd, şamlar - 3 ədəd, şam stəkanı- 2 ədəd, ləvazimat yığmaq üçün qab iki tərəfli - 1 ədəd, fen - 2 ədəd, su qabı - 1 ədəd, ayaqqabı yığmaq üçün rəf - 1 ədəd, çərəz qabı - 1 ədəd, meyvə qabı - 1 ədəd, müxtəlif qab-qacaqlar - 15 ədəd balaca selofon torbalarda, stəkanlar, gülqabı, kasa, boşqablar, müxtəlif kitablar - 1 dəst, pərdə - 1 ədəd, balaca uşaq döşəyi - 1 ədəd, uzun balınc - 2 ədəd, şüşə tərəzi - 1 ədəd, qadın paltarı, qadın ayaqqabısı (qarışıq), uşaq paltarı, uşaq ayaqqabıları (qarışıq) - 2 bağlama, oyuncaq mişkalar cehiz əşyaları ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan Goranboy rayonu Qaradağlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı “ mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar