Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1312/2024 24.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyaların çıxarılması tələbinə dair mülki işə Goranboy rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cehiz əmlaklarının - döşək-2 ədəd yeni, yorğan-3 ədəd yeni, balınc-4 ədəd yeni, ayaqaltı (3x4)-1 ədəd yeni, lüstura-1 ədəd yeni, divan-1 ədəd, jurnali stol-1 ədəd, künc Servant-2 ədəd, Tv altı-1 ədəd , termo-1 ədəd, yataq dəst (yataq, qardirob, güzgülü termo)-1 ədəd, servis dəsti-1 ədəd, güldan-1 ədəd yeni, yataq örtüyü-1 ədəd yeni, süfrə-1 ədəd yeni, qənd qabı-2 ədəd yeni, meyvə qabı-2 ədəd yeni, pərdə dəsti (TAC)-1 ədəd yeni, boşqab dəsti ( 12 nəfərlik)-1 ədəd yeni, bıçaq dəsti-6 ədəd yeni, qaşıq dəsti-6 ədəd yeni, bilinçik bişirən-1 ədəd yeni, mikser-1 ədəd yeni, vafli bişirən-1 ədəd yeni, soğan çəkən-1 ədəd yeni, tərəvəz doğrayan-1 ədəd yeni, qazan dəsti-3 ədəd yeni, paltaryuyan maşın -1 ədəd yeni, 1 ədəd yeni kiçik şkafın ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh 2018-ci ildə oğlu Kamran Mustafayevlqeyri-rəsmi nikaha daxil olduqdan sonra, cavabdeh onun evinə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2020-ci ildə X1, xx.xx.2021-ci il tarixdə X2 iki övladları dünyaya gəlmişdir. Nikahın pozulmasına səbəb odur ki, cavabdehlə oğlunun xasiyyəti tutmurdu, yola getmirdilər artıq xeyli müddətdir ki, onunla faktiki olaraq ayrılıb, müxtəlif ünvanlarda yaşayırlar. Nikahın pozulmasına baxmayaraq cavabdeh cehiz əşyalarını gəlib götürməmişdir. O cehiz əşyalarının çıxarılması tələbinə dair mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Onun mülkiyyətində olan Goranboy rayon Şəfibəyli kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun adınadır. Məhkəmədən də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaraqucaq kənd İƏD nümayəndəliyinin 13 avqust 2024-cü il tarixli 145 saylı arayışından gprünür ki, İddiaçı Goranboy rayonu Şəfibəyli kəndində 13 ha həyətyanı sahəsində 110 kv. m. fərdi yaşayış evi vardır. İddiaçı Goranboy rayonu Şəfibəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci ödənilmişdir. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, o iddianı tam qəbul edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş cehiz əşyalarının varlığı mübahisələndirilmir və tərəflərin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər subutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə iclasında tərəflərin verdiyi izahat, toplanmış və tədqiq edilmiş sənədlərlə təsdiq edildi ki, İddiaçı oğlunun oğlu - yəni Kamran Mustafayev nikaha daxil olduqdan sonra onun evinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2020-ci ildə X1 xx.xx.2021-ci il tarixdə X2 iki övladları dünyaya gəlmişdir. Cavabdeh yaşadığı evi tərk etmişdir. Hal-hazırda iddiaçıya məxsus evdə deyil, başqa ünvanda yaşayır. Cavabdeh gəlin köçdüyü vaxt apardığı cehiz əşyalarını hələ də İddiaçı məxsus olan fərdi yaşayış evində saxlamaqdadır. İddia tələbində göstərilən Cavabdeh məxsus olan cehiz əşyaların İddiaçı məxsus evdə yerləşməsi, hal-hazırda orada qalması, iddiaçının sahinlik etdiyi yaşayış evindən və həmin otaqlardan sərbəst surətdə istifadə etməsinə maneçilik törədədir və ona sahiblik etməyi məhdudlaşdırır. Mülki işin məhkəmə baxışı zamanı iddiaçı cehiz əşyalarının ona məxsus olan fərdi yaşayış evində saxlanıldığını və hal-hazırda cavabdehə məxsus olduğunu bildirmiş və cavabdeh iddianı qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhgkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus döşək-2 ədəd yeni, yorğan-3 ədəd yeni, balınc-4 ədəd yeni, ayaqaltı (3x4)-1 ədəd yeni, lüstura-1 ədəd yeni, divan-1 ədəd, jurnali stol-1 ədəd, künc Servant-2 ədəd, Tv altı-1 ədəd , termo-1 ədəd, yataq dəst (yataq, qardirob, güzgülü termo)-1 ədəd, servis dəsti-1 ədəd, güldan-1 ədəd yeni, yataq örtüyü-1 ədəd yeni, süfrə-1 ədəd yeni, qənd qabı-2 ədəd yeni, meyvə qabı-2 ədəd yeni, pərdə dəsti (TAC)-1 ədəd yeni, boşqab dəsti ( 12 nəfərlik)-1 ədəd yeni, bıçaq dəsti-6 ədəd yeni, qaşıq dəsti-6 ədəd yeni, bilinçik bişirən-1 ədəd yeni, mikser-1 ədəd yeni, vafli bişirən-1 ədəd yeni, soğan çəkən-1 ədəd yeni, tərəvəz doğrayan-1 ədəd yeni, qazan dəsti-3 ədəd yeni, paltaryuyan maşın -1 ədəd yeni, 1 ədəd yeni kiçik şkafın Goranboy rayonu, Şəfibəyli kəndində yerləşən İddiaçı sahiblik etdiyi fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus döşək - 2 ədəd yeni, yorğan-3 ədəd yeni, balınc-4 ədəd yeni, ayaqaltı (3x4)-1 ədəd yeni, lüstura-1 ədəd yeni, divan-1 ədəd, jurnali stol-1 ədəd, künc Servant-2 ədəd, Tv altı-1 ədəd , termo-1 ədəd, yataq dəst (yataq, qardirob, güzgülü termo)-1 ədəd, servis dəsti-1 ədəd, güldan-1 ədəd yeni, yataq örtüyü-1 ədəd yeni, süfrə-1 ədəd yeni, qənd qabı-2 ədəd yeni, meyvə qabı-2 ədəd yeni, pərdə dəsti (TAC)-1 ədəd yeni, boşqab dəsti ( 12 nəfərlik)-1 ədəd yeni, bıçaq dəsti-6 ədəd yeni, qaşıq dəsti-6 ədəd yeni, bilinçik bişirən-1 ədəd yeni, mikser-1 ədəd yeni, vafli bişirən-1 ədəd yeni, soğan çəkən-1 ədəd yeni, tərəvəz doğrayan-1 ədəd yeni, qazan dəsti-3 ədəd yeni, paltaryuyan maşın -1 ədəd yeni, 1 ədəd yeni kiçik şkaf Goranboy rayonu, Şəfibəyli kəndində yerləşən İddiaçı sahiblik etdiyi fərdi yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1312/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1312/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver