Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1323/2024 02.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin və ona məxsus əşyaların evdən çıxarılması” tələbinə dair mülki iş üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X2 cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh - xx.xx.1995-ci il təvəllüdlü və ona məxsus çarpayı 2 nəfərlik - 1 ədəd, şifoner - 1 ədəd, termo - 1 ədəd, qabaq stolu - 2 ədəd, oturacaq stullar - 10 ədəd, divan - 1 ədəd, kreslo - 2 ədəd, mətbəx divanı - 1 ədəd, sandıq böyük -1 ədəd, sandıq kiçik -1 ədəd, çörək bişirən -1 ədəd, tozsoran -1 ədəd, pərdə - 3 ədəd, döşək bir nəfərlik - 4 ədəd, döşək iki nəfərlik - 1 ədəd, yorğan bir nəfərlik - 4 ədəd, yorğan iki nəfərlik - 1 ədəd, yastıq - 6 ədəd, paltaryuyan - 1 ədəd, mətbəx mebeli - 1 ədəd, samovar (elektrik) - 1 ədəd, ətçəkən (elektrik) - 1 ədəd, gəvə - 2 ədəd, stolüstü qaz peçi - 1 ədəd, qab-qacaq, çaydan -1 ədəd, ütü - 1 ədəd, şirə çəkən - 1 ədəd əşyaların onlara məxsus olan Goranboy rayonu Boluslu kəndi fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar ərizəsində tələbini onunla əsaslandırmışdırlar ki, onlar Goranboy rayonunun Boluslu kəndində yaşayır, onların həmin kənddə mülkiyyətində 0.238980 ha. həyətyanı torpaq sahəsi və onun üzərində 335,50 kv.m fərdi yaşayış evi vardır. Cavabdeh oğlu X7 ilə evlənmiş, xx.xx.2015 -ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində nikah bağlamışdır. Onların birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016cı il təvəllüdlü X8 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Cavabdeh daim əri və onlar mülkiyyətçilər ilə mübahisə, münaqişə yaratması, dava-dalaş salması, onları təhqir etməsi, evdə birgə yaşayış qaydalarına riayət etməməsi, onların mülkiyyətində olan əmlakları sökməsi, dağıtması talaması, ərini öz hərəkətləri ilə bezdirməsi, əri isə hər hansı bir xəta baş verməməsi üçün evdən çıxıb getməsi səbəbindən onu evdən çıxarılması qərarına gəlmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)- 1607/2023 nömrəli qətnaməsi ilə Cavabdeh ilə X7 arasında xx.xx.2015-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 50 nömrə ilə qeyd edilmiş nikahın pozulması və X4 Cavabdeh xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehin onların mülkiyyətində olan evində çarpayı 2 nəfərlik - 1 ədəd, şifoner - 1 ədəd, termo - 1 ədəd, qabaq stolu - 2 ədəd, oturacaq stullar - 10 ədəd, divan - 1 ədəd, kreslo - 2 ədəd, mətbəx divanı - 1 ədəd, sandıq böyük -1 ədəd, sandıq kiçik -1 ədəd, çörək bişirən -1 ədəd, tozsoran -1 ədəd, pərdə - 3 ədəd, döşək bir nəfərlik - 4 ədəd, döşək iki nəfərlik - 1 ədəd, yorğan bir nəfərlik - 4 ədəd, yorğan iki nəfərlik - 1 ədəd, yastıq - 6 ədəd, paltaryuyan - 1 ədəd, mətbəx mebeli - 1 ədəd, samovar (elektrik) - 1 ədəd, ətçəkən (elektrik) - 1 ədəd, gəvə - 2 ədəd, stolüstü qaz peçi - 1 ədəd, qab-qacaq, çaydan -1 ədəd, ütü - 1 ədəd, sok çəkən - 1 ədəd əşyaları vardır. Onlar dəfələrlə cavabdehə mülkiyyətində olan evdən çıxmasını, cehiz əşyalarını da çıxarmasını təklif etmişlər, lakin cavabdeh onlara imtina cavabı vermişdir. Cavabdehin və onun əşyalarının onlara məxsus evdə yerləşməsinə görə mülkiyyətində olan evin otaqlarında sərbəst hərəkət etmək mümkün deyil və bu da onların evindən istədiyi kimi istifadə etmək hüququnu məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçılar onun qayınatası və qayınanasıdır. O, sözügedən mübahisəli evə 2014-cü ildə gəlin köçmüş və adət-ənənəyə uyğun olaraq özü ilə cehiz əşyaları gətirmişdir. Həmin mənzildə onun iki uşağı dünyaya gəlmişdir. X14 ilə aralarında bağlanmış nikah qeydi məhkəmə qətnaməsi ilə pozulmuşdur. Hazırda o, uşaqları ilə birlikdə həmin mübahisəli evdə yaşayır. Belə ki, o, bugünə kimi sözügedən evdə 9000 manat məbləğində təmir-tikinti işləri aparmışdır. Həmin məbləğ ona geri qaytarıldığı təqdirdə o, evdən çıxmağa razıdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,238980 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 335,50 kv.m fərdi yaşayış evin hüquq sahibləri 2/3 hissə də İddiaçı1 və 1/3 hissədə İddiaçı2 mülkiyyətindədir; Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-1607/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2015-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 50 nömrə ilə qeyd edilmiş nikahın pozulması və X4 Cavabdeh xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlardan görünür ki, Goranboy rayonu Boluslu kəndində yerləşən 0.238980 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 335,50 kv.m fərdi yaşayış evin hüquqi sahibləri 2/3 hissədə İddiaçı1 və 1/3 hissədə İddiaçı2dır. Cavabdeh ilə iddiaçıların oğlu X7 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah qeydi Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)- 1607/2023 nömrəli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh öz növbəsində Goranboy rayonu Boluslu kəndində yerləşən ünvana gəlin köçdüyü üçün qanuni əsaslarla hazırda həmin evdə yaşamaq hüququnun olduğunu bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibət 2009-cu ilin 01 oktyabr tarixindən sonra yarandığından həmin münasiətlər də Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) ilə tənzimlənməlidir. Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qanunvericinin normalarına əsasən hazırda cavabdehlə yaşayış sahəsinin mülkiyyətçiləri olan iddiaçılar aralarında yaşayış sahəsindən istifadəyə dair hər hansı razılaşma olmadığına görə, onlar arasında ailə münasibətlərinə xitam verildiyi üçün cavabdehin iddiaçıların iradəsinə zidd olaraq sözügedən yaşayış sahəsindən istifadə hüququ saxlanılmamalı və iddia tələbi bu hissədə təmin olunaraq Cavabdeh iddiaçılara məxsus yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə cavabdehə məxsus cehiz əşylarının çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, Goranboy rayonu Boluslu kəndində yerləşən fərdi yaşayış evi iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olduğundan onlar həmin yaşayış sahəsinə dair sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Lakin Cavabdeh həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmirlər. Odur ki, cavabdehin sözügedən yaşayış sahəsindən qanuni istifadə hüququ artıq itirildiyinə görə iddiaçılar mülkiyyətlərində olan fərdi yaşayış evindən cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdırlar və iddia tələbi bu hissədə də təmin olunmalıdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və ona məxsus olan 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd dolab, 1 ədəd termo, 2 ədəd qabaq stolu, 10 ədəd oturacaq stullar, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd mətbəx divanı, 1 ədəd böyük sandıq, 1 ədəd kiçik sandıq, 1 ədəd çörək bişirən, 1 ədəd tozsoran, 3 ədəd pərdə, 4 ədəd bir nəfərlik döşək, 1 ədəd iki nəfərlik döşək, 4 ədəd bir nəfərlik yorğan, 1 ədəd iki nəfərlik yorğan, 6 ədəd yastıq, 1 ədəd paltaryuyan, 1 ədəd mətbəx mebeli, 1 ədəd elektrikli samovar, 1 ədəd elektrikli ətçəkən, 2 ədəd gəvə, 1 ədəd stolüstü qaz peçi, 1 ədəd qabqacaq, çaydan, 1 ədəd ütü, 1 ədəd şirə çəkən əşyalar iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan Goranboy rayonu Boluslu kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və ona məxsus olan 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd dolab, 1 ədəd termo, 2 ədəd qabaq stolu, 10 ədəd oturacaq stullar, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd mətbəx divanı, 1 ədəd böyük sandıq, 1 ədəd kiçik sandıq, 1 ədəd çörək bişirən, 1 ədəd tozsoran, 3 ədəd pərdə, 4 ədəd bir nəfərlik döşək, 1 ədəd iki nəfərlik döşək, 4 ədəd bir nəfərlik yorğan, 1 ədəd iki nəfərlik yorğan, 6 ədəd yastıq, 1 ədəd paltaryuyan, 1 ədəd mətbəx mebeli, 1 ədəd elektrikli samovar, 1 ədəd elektrikli ətçəkən, 2 ədəd gəvə, 1 ədəd stolüstü qaz peçi, 1 ədəd qab-qacaq, çaydan, 1 ədəd ütü, 1 ədəd şirə çəkən əşyalar iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan Goranboy rayonu Boluslu kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1323/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1323/2024
02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver