Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1329/2025 18.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X32 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı X8 və vəkili Vəkil1, Cavabdeh3 iştirakları ilə, İddiaçı X8 cavabdehlər Cavabdeh1, X12 və X4 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X18 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X9 və X3 onun mülkiyyətində olan Goranboy rayonunun Düzqışlaq kəndində yerləşən 0.2035 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində olan evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 Əİəsgər qızı onların gəlini olmuşdur. Mərhum qardaşı Bəxtiyarın arvadı olmuşdur. Birgə yaşaya bilmədikləri üçün 2014-cü ildə məhkəmə qaydasında ayrılmışdılar. Cavabdehlərdən Əminə və Təhminə onların övladlarıdırlar. Cavabdehlər həmin vaxtdan, yəni 2024-cü il tarixdən çıxıb getmişdirlər və Bakıda yaşayırlar. Bu günlərdə yaşadığı kəndə gələrək onun və valideyinlərinin mülkiyyətində olan fərdi yaşayış evinə yığışaraq onu orda yaşamağa qoymurlar. Sözügedən Goranboy rayonu Düzqışlaq kəndində yerləşən 0.2035 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi ümumi paylı mülkiyyət kimi mərhum valideyinlərinin və onun mülkiyyətindədir. O, valideyinlərinin sağlığında və onların ölümündən sonra orada yaşamaqla faktiki olaraq mirası qəbul etmişdir. Cavabdehlər isə öz hərəkətləri ilə onun mülkiyyət hüquqlarını pozurlar, onları rahat yaşamağa qoymurlar. Məhkəmə iclasında iştirak edən iddiaçı X18 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, onun mülkiyyətində olan Goranboy rayonunun Düzqışlaq kəndində yerləşən 0.2035 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evini qızına bağışlamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 vəkili Vəkil1 iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 mülki işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili Vəkil2 mülki işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və X12 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərmişdir ki, İddiaçı onun dayısıdır . Vərəsəlik üçün o da müraciət etmişdir. Anası Təranə vəfat etmiş və həmin evdə dayısı yoldaşı və qızları ilə birlikdə yaşamışlar. Dayısının yoldaşı 2023-cü ildə xəstəliyi ilə əlaqədar evdən çıxmış və müalicə almaq üçün Bakıya getmişdir. Onun atasının tez rəhmətə getdiyindən nənəsi və dayısının yoldaşı anasına kömək etmiş, 6 yaşına kimi ona nənəsi və dayısının yoldaşının baxmışlar. Əvvəlki məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərmişdir ki, atası 1996-cı il tarixdə vəfat etmiş və həmin vaxt onlar, Ukrayna Respublikasından Azərbaycana köçmüşlər. Mübahisəli evdə hər zaman nənəsinin və dayısı Bəxtiyar yaşamışdır. İddiaçı və dayısı olan Canpolad isə ayrıca evi olmuş və sonuncu orada yaşamışdır. Hazırda isə Bakı şəhərində yaşayır. Nənəsi rəhmətə getməmişdən əvvəl Canpolad dayısına “həmin evi Bəxtiyarın qızlarına verirəm” dediyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərmişdir ki, hazırda atası Elyar Cəfərov həbsdədir və atası ilə danışdığda atası İddiaçı mübahisəli evə gəlməsinə narazı olduğunu bildirmişdir. Həmin evin bir hissəsi atasının adınadır. İddiaçı və əmisi olan Canpolad mübahisəli evdə yaşamamış, onun ayrıca özünün qonşuluqda evi olmuşdur. Sözügedən fərdi yaşayış evində o və əmisi Bəxtiyar ilə birgə yaşamışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Goranboy rayonun Ağamalıoğlu kəndində anadan olmuşdur. Goranboy rayonun Ağamalıoğlu kəndində qeydiyyatdadır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33i tərəfindən verilmiş **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Düzqışlaq kəndində yerləşən 0.2035 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı (tam) xüsusi mülkiyyətinə verilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33i tərəfindən verilmiş **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu Düzqışlaq kəndində yerləşən 0.2035 ha yaşayış məntəqələrinin torpaq sahəsi X5 (tam) xüsusi mülkiyyətinə verilmişdir; Goranboy rayon Düzqışlaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş 164 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cəfərov X16 rayonu, Düzqışlaq kəndində qeydiyyatdadır və yaşayır; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 512576 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin 12 ayının günündə 21 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: Hipertenziyadır; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 423681 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 07 ayının günündə 30 günündə 792 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: Tam qulaqcıq-mədəcik blokadası; X11 tərəfindən verilmiş 12 sentyabr 2025-ci il tarixli, № 680 saylı arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh1 X7 MMC-də 10 may, 01 iyun, 24 iyun, 25 iyul və 12 sentyabr 2025-ci il tarixinbdə ambulator (ev şəraitində) həkim müayinəsində olmuşdur; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X33 “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X33 tərəfindən verilmiş 12 sentyabr 2025-ci il tarixli, 18-1-3/2-S-1244-42-722/2025 saylı məktubdan görünür ki, Cavabdeh1 xx.xx.2023 - xx.xx.2023-cü il tarixində İ Reanimasiya Şöbəsində stasionar müalicə almışdır; Goranboy rayon Düzqışlaq kəndi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Goranboy rayon Düzqışlaq kəndində qeydiyyatda olan X2 xx.xx.2022-ci ildə Goranboy rayonun Faxralı kəndində vəfat etmişdir. Lakin onun yas mərasimi Gornaboy rayonun Düzqışlaq kəndində öz ata evində, yəni yaşadığı evdə keçirilmişdir. Mərhum X1 rayonn Düzqışlaq kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölümündən sonra onun ata evində, yəni yaşadığı evdə mərhumun 2 qız uşağı yaşayır. Qızları: X14 və Cavabdeh2; Azəriqaz Goranboy Xidmət Sahəsi tərəfindən verilmiş 20 oktyabr 2025-ci il tarixli sorğuya verilmiş cavab məktubundan görünür ki, Goranboy rayonu Düzqışlaq (Ağamalıoğlu) kənd sakini İddiaçı xx.xx.2025-ci il tarixində Gəncə Asan Xidmət Mərkəzinə gedərək göstərilən ünvanın mənzil çıxarışını və digər lazımi rəsmi sənədləri təqdim etməklə GİS bazasında **********00000 qaz hesab kodu ilə qeydiyyatda olan və **********00000 qaz hesab kodunu AK-04265/09-25 nömrəli qazın alqı-satqı müqaviləsi bağlanması əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq öz adına rəsmiləşdirmişdir; X30 Enerji Təchizatı və Satışı İdarəsi Gornaboy Elektrik Şəbəkəsi tərəfindən verilmiş 21 oktyabr 2025-ci il tarixli, № 804 saylı məktubdan görünür ki, Goranboy rayonu Düzqışlaq kəndində göstərilən ünvan X15 Satış Proqram bazasında abonent kodu **********00256 olmaqla X6 adına xx.xx.2012-ci il tarixdə sayğac quraşdırılaraq abonent kimi qeydiyyata alınmışdır. Hal-hazırda da abonent kimi X6 adına gedir. Həmin ünvanda Paud MP-106 tipli zavod № **********2 saylı smart kimi tipli sayğacla elektrik enerjisindən istifadə olunur; 30 iyun 2025-ci il tarixli ödəniş qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlardan görünür ki, Goranboy rayonu Düzqışlaq kəndində yerləşən 0.2536 ha torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla 2/4 hissəsi İddiaçı adına qeydə alınmışdır. Cavabdehlərdən İradə mərhum qardaşı Bəxtiyarın arvadı, Əminə və Təhminə isə övladlarıdır. Bundan başqa, Goranboy rayonu Düzqışlaq kəndində yerləşən 0.2536 ha torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla 2/4 hissəsi X5 adına qeydə alınmaqla ona məxsusdur. Hazırda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olduğunu bildirir və cavabdehlərin ordan çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (bundan sonra MM-in) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibət 2009-cu ilin 01 oktyabr tarixindən sonra yarandığından həmin münasiətlər də Azərbaycan Respublikasə Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi öz əmlakının müqəddəratını təyin etmək üçün həmin əmlak barəsində müəyyən hərəkətlər etməlidir. Sərəncam hüququ əmlakın satılması, bağışlanması, dəyişdirilməsi, icarəyə verilməsi və sair hüquqi hərəkətlərlə həyata keçirilir. Hazırkı halda da mübahisə predmeti olan torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi X5 adına rəsmiləşdirilmiş və həmin əmlakla bağlı sərəncam vermək hüququ ona məxsus olmuşdur. Bağışlanma müqaviləsinə münasibətdə məhkəmə qeyd edir ki, MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-in 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Qanunvericilikdə və hüquq ədəbiyyatında bağışlama müqaviləsinin real və konsensual formaları fərqləndirilir. Belə ki, hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla, eyni vaxtda əmlak və ya əmlak hüquqları verilir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (Mülki Məcəllənin 668.1.5-ci maddəsi).” Bu mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında da öz əksini tapmışdır. İşin faktiki hallarından göründüyü kimi, Goranboy rayonunun Düzqışlaq kəndində yerləşən 0.2035 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin (2/4 hissəsi) mülkiyyətçisi olan İddiaçı həmin torpaq sahəsini və üzərində olan fərdi yaşayış evini (2/4 hissəsi) qızı X10 bağışlamışdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, Goranboy rayonunun Düzqışlaq kəndində yerləşən 0.2035 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, həmin torpaq sahəsi və üzərində olan evdən çıxarılmasını tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onun hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X8 cavabdehlər Cavabdeh1, X12 və X4 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-1329/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1329/2025
18.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver