Məhkəmə qərarları › İş №2(045)-1340/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1340/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1340/2024 04.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nəvənin saxlanılması üçün alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay nəvənin maddi vəziyyəti dəyişənə qədər 160 (bir yüz altmış) manat məbləğində onun xeyrinə alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X16 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayonunun Muzdurlar kəndində yaşayan xx xxxxxxxx 1959-cu il təvəllüdlü vətəndaş Cavabdeh, Goranboy rayonunun Muzdurlar kəndində yaşayan azyaşlı 15 avqust 2015-ci il təvəllüdlü X4 nənəsidir. O onun bibisi, həm də qayınanasıdır. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvə hazırda saxlanmaq üçün öz valideyinlərindən maddi yardım (uşağın atası Rusiya Federasiyasına qaçıb, oda indiki şəraitdə iş tapıb işləyə bilmir) almaq imkanı yoxdur. Onun bütün qayğılarını öz valideyinləri çəkir. Cavabdehin nəvəsinə kömək etmək üçün yetərincə maddi imkanı var. Özü uşaq baxçasında aşpaz işləyir, oğluda köməklik edir. Ancaq həmin vəzifəni könüllü olaraq yerinə yetirmək arzusunda deyil. Aıtıq qızının 9 yaşı var, məktəblidir. Goranboy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(045)- 591/2020 saylı qətnaməsi ilə bir uşağın saxlanması üçün ayda 135 (bir yüz otuz beş) manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin oğlu İlkin Qələndərov ilə birgə nikahdan bir uşağı doğulmuşdur. İlkin Qələndərov ilə arasında ər-arvad münasibətləri pozulduqdan sonra o, məhkəməyə nikahın pozulması və aliment tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş və iddiası təmin olunmuşdur. Buna baxmayaraq İlkin Qələndərova məhkəmə qətnaməsinin icrasından yayınır və alimenti ödəməkdən boyun qaçırır. O, da uşağın tələnbatlarını tək qarşılaya bilmir. Ona görə də hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır/ Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 677836 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15 avqust 2015-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası X10, anası İddiaçıdır; Goranboy Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(045)-37/2017 nömrəli qiyabi qətnaməsindən görünür ki, İddiaçı ilə X10 arasında Goranboy rayon Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmıç nikah qeydinin pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşağı ana İddiaçı himayəsində saxlanması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanmasından ötrü X5 hər ay bir uşağa gğrə 117 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı nəfinə tutulması müəyyən edilmişdir; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 267617 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı arasında olan nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir; Goranboy rayon Məhkəməsinin 2(045)-591/2020 nömrəli, 23 iyun 2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(045)-37/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, cavabdeh X5 məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay xx.xx.2015-ci il təvəllüdlü X2 üçün 135 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının surətindən görünür ki, borclu X3 Rayon Məhkəməsinin 2(045)-591/2020 nömrəli, 23 iyun 2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları əsasında müəyyən edilmişdir ki, Goranboy Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli, 2(045)-37/2017 nömrəli qiyabi qətnaməsinə əsasən İddiaçı ilə X10 arasında bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X9 anasının himayəsində saxlanmış və uşaq yetkinlik yaşına çatanadək alimentin tutulması müəyyən edilmişdir. Bundan sonra Goranboy rayon Məhkəməsinin 2(045)-591/2020 nömrəli, 23 iyun 2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 üçün alimentin miqdarı dəyişdirilərək hər ay 135 manat müəyyən olunmuşdur. Hazırda iddiaçı aliment ödəmək öhdəliyi daşıyan X5 uşağının saxlanması üçün maddi yardım ala bilmədiyindən uşağın nənəsi olan cavabdehdən aliment məbləğinin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4.-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, yetkinlik yaşına çatmayan şəxslər öz valideynləri tərəfindən saxlanmalıdırlar. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan uşaqlar saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə buna zəruri vəsaitə malik olan baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Lakin iş materiallarından göründüyü kimi uşağın saxlanması üçün atasından alimentin tutulmasına dair məhkəmə qətnaməsi var, həmçinin uşağın anasının uşağı saxlaması üçün lazım olan maddi yardımı ala bilməməsi halı da iş materialları ilə müəyyən olunmur. Belə ki, məhkəmə qeyd edir ki, sözügedən qanuni qüvvəyə minmiş qətnamənin cavabdehin qərəzli hərəkətləri nəticəsində icra olunmaması uşaqların öz valideynlərindən maddi yardım ala bilməməsi anlamına gəlmir. Məhkəmə, həmçinin qeyd edir ki, İddiaçı Cavabdeh hazırda aliment ödəmək üçün həqiqətən də zəruri vəsaitə malik olması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan MPM-in) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin oğlu yəni, uşağın atası X7 valideyn kimi uşağını saxlamaq üçün aliment ödəmək vəzifəsini layiqincə icra etməməsi, həmin vəzifəni icra etməkdən yayınması uşağın nənəsi olan cavabdehin üzərinə aliment ödəmək öhdəliyinin qoyulması üçün əsas deyildir. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, iddia tələbini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən İddiaçı Cavabdeh qarşı “nəvənin saxlanılması üçün alimentin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nəvənin saxlanılması üçün alimentin tutulması” tələbinə dair iddiaası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar