Məhkəmə qərarları › İş №2(045)-1461/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1461/2025

17.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1461/2025 17.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X12 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüldü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi olaraq xx.xx.2008-ci il tarixdə ailə qurmuşlar. Nikahdan üç övladı olmuşdur: xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüldü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7. Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş və onların birgə nikahlarından olan uşaqları onun himayəsində qalmaları qət edilmişdir. Cavabdeh nikah pozulduqdan sonra könüllü şəkildə uşaqların xərclərini qarşılamaqda ona köməklik edəcəyini bildirsə də, heç bir köməlik etməmişdir. O, aliment tələbi ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Goranboy 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh Xuduyev X4 şurasının iclasına gəlmədi. Bu barədə 21 iyul 2025ci il tarixli, MŞG/MT/032-2025-00354 saylı arayışı məhkəməyə təqdim edir. İddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul qəbul edərək bildirdi ki, hazırda işsiz olduğunu, lakin iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Məhkəməsinin 2(045)-739/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Goranboy RİH başçısının Dəliməmmədli şəhər icra nümayəndəliyində xx.xx.2008-ci il tarixdə 06 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ №531527 saylı doğum ahqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 may 2010-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ №213071 saylı doğum ahqqında şəhadətnamənin surətindən görünür ki, X8 05 oktyabr 2008-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ №792008 saylı doğum ahqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 avqust 2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1978-ci il tarixdə Goranboy rayonun Dəliməmmədli kəndində anadan olmuşdur. Goranboy rayonun Dəliməmmədli şəhəri Fizuli küçəsi ev 20-də qeydiyyatdadır. Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər Goranboy rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsi ilə ayrılmış və uşaqlar iddiaçının yanında qalır. Hazırda iddiaçı uşaqların anasının onun saxlanılmasında maddi yardım göstərmədiyini əsas gətirərək hər ay hər uşağın saxlanması üçün aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında alimentin miqdarına dair razılıq olduğundan onların birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüldü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüldü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 56 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-nin 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüldü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh 56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar