Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1536/2023 25.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirаkları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onunla birgə nikahdan olan xx.xx.2007-ci ildə anadan olmuş X3, xx.xx.2009-cu ildə anadan olmuş X6 və xx.xx.2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat, aylıq cəmi 660 manat alimentin, həmçinin mediasiya xidmətinə görə ödədiyi 50 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə nikahlarını xx.xx.2007-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində qeyd etdirməklə evlənib ailə qurmuşlar. Bu nikahdan 3 övladları vardır: xx.xx.2007-ci ildə anadan olmuş X11, xx.xx.2009-cu ildə anadan olmuş X12 və xx.xx.2011-ci ildə anadan olmuş X8. Cavabdeh ilə aralarında tez-tez münaqişələr olması səbəbindən ailə münasibətlərinin davam etməsi mümkün olmadığından 2015ci ildə məhkəmə qaydasında rəsmən ayrılmışlar. Belə ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(045)-265/2015 nömrəli qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş, iddiaçı X9 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində bağlanmış nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından doğulmuş, yetkinlik yaşlarına çatmamış xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 anaları X2 yanında qalması, xx.xx.2009-cu il təvəllüdlü X6 isə atası Cavabdeh himayəsinə verilməsi, iddianın alimentə aid hissəsinin qismən təmin edilməsi, cavabdehdən hər ay 2 uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutulub X11 və X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X4 verilməsi qət edilmişdir. Qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-354/2016 nömrəli qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(045)-265/2015 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - xx.xx.2009-cu il təvəllüdlü X6 atası Cavabdeh himayəsinə verilməsi, iddianın alimentə aid hissəsinin qismən təmin edilməsi, cavabdehdən hər ay 2 uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutulub X11 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı X4 verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X6 anası X2 yanında saxlanılması, xx.xx.2014-cü il tarixdən başalayaraq xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək 80 manat olmaqla, üç uşaq üçün ümumilikdə 240 manat miqdarında alimentin alınaraq X7 verilməsi qət edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2016-cı il tarixli, 2(102)-3021/2016 nömrəli qərarı ilə Cavabdeh və vəkili Heydərov Nadim Nadir oğlunun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-354/2016 saylı mülki iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsi özünün sözügedən qətnaməsinin icrasının təmin edilməsi üçün xx.xx.2016-cı il tarixli, 2(104)-354/2016 nömrəli icra vərəqəsi verərək qətnamənin icra edilməsini Goranboy Rayon İcra Şöbəsinə tapşırmışdır. Bundan sonra o, yəni tələbkar Gəncəliyeva (Abdullayeva) Leyla Şahlar qızı və borclu Cavabdeh öz aralarında danışaraq ümumi razılığa gəlmişlər ki, o, aliment tələbindən, cavabdeh isə bunun əvəzində uşaqları ilə ünsiyyətdən imtina edir. Odur ki, hər ikisi ərizə ilə Goranboy Rayon İcra Şöbəsinə müraciət edərək ümumi razılığa gəldiklərini və icra işinin icraatına xitam verilməsi üçün məhkəməyə müraciət edilməsini xahiş etmişlər. Onların həmin ərizələri əsasında Goranboy Rayon İcra Şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsinə dair təqdimatına baxan Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(045)- 426/2016 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 354/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. 2017-ci ilin ortalarından etibarən ona məlum olmuşdur ki, uşaqlarını təkbaşına və onların atası cavabdehin maddi köməkliyi olmadan saxlayıb böyütməsi, onların maddi və mənəvi tələbatlarını təkbaşına ödəməsi qeyri-mümkündür. Odur ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(045)- 426/2016 nömrəli qərardadının ləğv edilməsi üçün Goranboy Rayon Məhkəməsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və s. dövlət orqanlarına 2017-2018-ci illərdə ərizələrlə müraciət etmişdir. Lakin, həmin ərizələri qərardaddan şikayət vermək üçün qanunla müəyyən olunmuş 10 (on) günlük prosessual müddətin ötürülməsi səbəbindən təmin edilməmişdir. Həmçinin də 2017- 2023-cü illərdə Goranboy Rayon Məhkəməsinə “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi, “icra sənədi üzrə icraata xitam verilməsi və icra sənədinin yenidən icraya yönəldilməsinə dair” ərizəsi məhkəmə tərəfindən təmin edilməmiş, bunun səbəbi olaraq “iş üzrə icraata xitam verilməsi ilə əlaqədar eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinin yol verilməməsi” bildirilmişdir. Nəhayət, hazırda ona məlum olmuşdur ki, onun iddia ərizəsi və şikayət xarakterli ərizələri hüquqi cəhətdən düzgün olmamışdır, yəni, o, cavabdehə qarşı ümumi əsaslarla “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Odur ki, hazırkı iddia ərizəsi ilə aidiyyatı üzrə Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh ilə birgə nikahdan olan uşaqları X11, X13 və X8 onun yanında və himayəsində yaşayırlar. Onları təkbaşına saxlayır, tərbiyə edir və qayğılarına qalır. Ancaq, onların maddi və mənəvi ehtiyatlarını ödəməkdə çox çətinlik çəkir. Çünki, daimi işi və daimi qazancı yoxdur, mövsümi işlərdə, yaxud təsadüfi günəmuzd işlərdə işləməklə 7 ilə yaxındır ki, onları birtəhər saxlayıb böyütmüşdür. Cavabdeh isə 2017-ci ildən hal-hazıradək uşaqları saxlamaq üçün ona heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh uşaqlarla qətiyyən maraqlanmır, onlara heç bir qayğı göstərmir və sanki unutmuşdur ki, bu uşaqlar eyni zamanda onun da uşaqlarıdır. Uşaqlarının hər üçü məktəblidirlər. Günayın 16, Nadimin 14, Xədicənin isə 12 yaşı var. Bu yaşda olan uşaqların normal şəraitdə, sağlam, mənəvi və fiziki cəhətdən sağlam böyümələri üçün aylıq təxminən 700- 800 manat pul lazımdır. Onun aylıq qazancı isə orta hesabla aylıq 300 manatdan çox olmur. Odur ki, uşaqları yarı ac yarı tox böyüyürlər, köhnə və nimdaş paltarlar geyinirlər, hətta, onların normal orta təhsil ala bilmələri üçün tələb olunan məktəb ləvazimatlarını da ala bilmir, onların vaxtıvaxtında həkim müayinəsindən keçmələrini təmin edə bilmir və s. Cavabdehin uşaqlarının hər biri üçün aylıq 200-250 manat aliment ödəməsinə hər cür maddi imkanı vardır, lakin, qəsdən onlara heç bir maddi köməklik göstərmir. Hazırki mübahisənin məhkəmədənkənar mediatorun vasitəçiliyi ilə həll edilməsinə onun tərəfindən təşəbbüs göstərilərək “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya qurumuna müraciət edilmişdir. Lakin, cavabdeh Goranboy 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixə təyin edilmiş sessiyasına gəlməmiş, bununla da mübahisənin qarşılıqlı razılaşma və barışıq sazişi yolu ilə həllindən imtina etdiyini nümayiş etdirmişdir. Odur ki, mediasiya xidmətinə görə 50 manat rüsum da onun tərəfindən birtərəfli qaydada ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddiaçı cavabdeh ilə nikahda olduqları dövrdə cavabdeh fermada çoban olaraq işləmiş və ailəsi ilə bərabər fermada yaşamışdır. İddiaçının ferma sahibi ilə aralarında şəxsi münasibəti olmuş, fermada işlədikləri ərəfədə cavabdehə xəyanət etmişdir. Hətta, iddiaçı sonradan ailə qurmuş və onun bir qız övladı da olmuşdur. Bu barədə daha ətraflı, açıq-aşkar danışmaq istəmir. Həmçinin, iddiaçı daha öncəki iddia ərizəsində onun hal-hazırda ailə qurduğu şəxsin maddi vəziyyətinin yaxşı olmasını, heyvanları olduğunu bildirmişdir. Bundan başqa hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyəti çox ağırdır, heç bir yerdə işləmir, adına heç bir əmlak yoxdur. İddiaçı öz tələbinin əsaslarını sübut edəcək sənədləri məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, iddiaçı bir neçə dəfə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçının ikinci nikahda olduğu şəxsin maddi durumu daha yaxşıdır, övladlarına maddi cəhətdən daha yaxşı baxa bilər. Həmçinin, illər öncə iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən hətta iddiaçı alimentden imtina etmiş və cavabdeh də bunun qarşılığında iddiaçıya əmlak vermişdir. Hüquqlarını müdafiə etdiyi cavabdeh iddia tələbini qəbul etmir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 995970 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2007ci ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası X5r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İll seriyalı, 714098 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2009cu ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası X5r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İl seriyalı, 792138 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2011-ci ildə Goranboy rayonunda doğulmuşdur, atası Cavabdeh, anası X5r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 234214 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra sonuncuya “Gəncəliyeva” soyadı verilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)- 354/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(045)-265/2015 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - xx.xx.2009-cu il təvəllüdlü X6 atası Cavabdeh himayəsinə verilməsi, iddianın alimentə aid hissəsinin qismən təmin edilməsi, cavabdehdən hər ay 2 uşaq üçün 180 manat sabit pul məbləğində alimentin tutulub X11 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı X4 verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X6 anası X2 yanında saxlanılması, xx.xx.2014-cü il tarixdən başalayaraq xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək 80 manat olmaqla, üç uşaq üçün ümumilikdə 240 manat miqdarında alimentin alınaraq X7 verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-3021/2016 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-354/2016 saylı mülki iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır; Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-354/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir; xx.xx.2023-cü il tarixli, 23389 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mediasiya təşkilatının hesabına 50 (əlli) manat ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə uşaqlar analarının himayəsinə verilmiş və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində aliment müəyyən edilmişdir. Daha sonra Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı hazırda aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 63,2 manat (360 manat*12 ay=4320 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 63.2 manat (altmış üç manat iyirmi qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-1536/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1536/2023
25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver