Məhkəmə qərarları › İş №2(045)-155/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-155/2024

31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-155/2024 31.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 2000 (iki min) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış, 22,5 qram çəkidə, 1 karat brilliant qaşlarla bəzədilmiş üzük, sırğa, qolbağı və kulondan ibarət dəstin, 400 (dörd yüz) manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə nazik boyunbağın, 210 (iki yüz on) manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə 5 ulduz formalı üzüyün, yaxud onların ümumi dəyəri olan 2610 (iki min altı yüz on) manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikah xx.xx.2022-ci ildə 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və onlar ailə qurmuşlar. Birgə nikahdan övladları olmamışdır. Cavabdehlə ailə quran zaman cavabdeh və ailəsi ona aşağıda adları göstərilən qızıl-zinət əşyalarını hədiyyə etmişlər: 585 əyarlı qızıldan hazırlanmış, 22,5 qram çəkidə, 1 karat brilliant qaşlarla bəzədilmiş üzük, sırğa, qolbağı və kulondan ibarət dəst - 2000 (iki min) manat, 583 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə nazik boyunbağı – 400 (dörd yüz) manat, 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə 5 ulduz formalı üzük - 210 (iki yüz on) manat, cəmi 2610 (iki min altı yüz on) manat təşkil edir. Cavabdehlə yola gedə bilmədiyi üçün aralarında mütəmadi olaraq söz-söhbət yaranmışdır. Nəticədə 2023-cü ilin iyul ayının 11-dən etibarən cavabdehlə faktiki olaraq ayrılmışdır. Təxminən 3 gün sonra anası gedib cehiz əşyalarını cavabdehlə yaşadığı evdən çıxarmış, lakin həmin vaxt anası qızıl-zinət əşyalarını cavabdehdən və atasından istəsə də, cavabdehin atası bildirmişdir ki, qızıl-zinət əşyalarını nikah pozulan zaman verəcəkdir. Bu barədə videoçəkiliş var və o, məhkəmə iclasında həmin sübutu məhkəməyə təqdim edəcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək bildirdi ki, iddiaçı ilə arasında yaranmış narazılığa görə sonuncu anası evinə getmişdir. Bundan sonra iddiaçının anası onlara gələrək iddiaçıya məxsus cehiz əşyalarını aparsa da, iddiaçıya məxsus sözügedən qızıl-zinət əşyaları onlarda qalmışdır. Belə ki, həmin qızıl-zinət əşyalarını nikahları məhkəmə qaydasında pozulduqdan sonra iddiaçıya verəcəklərini bildirmişlərdir. Hazırda nikahları məhkəmə qaydasında pozulmuş olsa da, qızılları iddiaçıya təhvil verməmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Gəncə univermaq qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi tərəfindən verilmiş məktubundan görünür ki, 583 əyyarlı qızıldan hazırlanmış, 22,5 qram çəkidə, 1 karat brilliant qaşlarla bəzədilmiş üzük, sırğa, qolbağı və kulondan ibarət dəst - 2000 (iki min) manat, 583 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə nazik boyunbağı – 400 (dörd yüz) manat, 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə 5 ulduz formalı üzük – 210 ( iki yüz on) manat təşkil edir; Toya aid fotoşəkillərdən görünür ki, İddiaçı üzərində tələb etdiyi qızıl-zinət əşyaları vardır; Məhkəmə iclasında baxış keçirilmiş “CD” diskdən görünür ki, cavabdehin atası Əliyev Ceyhun iddiaçının anası Babayeva Nurlanaya sözügedən qızıl-zinət əşyalarını övladlarının nikahı rəsmi qaydada pozulduqdan sonra təqdim edəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il taixdə faktiki nikaha girmiş, bundan sonra iddiaçı Cavabdeh yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü zaman iddiaçı özü ilə cehiz əmlakları gətirmişdir. Eyni zamanda ona iddiada göstərilən qızıllar hədiyyə olunmuşdur. Tərəflər yaşadığı müddət ərzində qızıl-zinət əşyaları özündə olmuşdur. İddiaçı daha sonra ər evindən ayrılaraq atası evinə getmiş və gedərkən qızıl-zinət əşyaları cavadehdə qalmışdır. İddiaçı hazırda iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını tələb edir. Cavabdeh da iddianı qəbul edərək etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işin hallarını nəzərdən keçirərək və tərəfləri dinləyərək hesab edir ki, iddianın cavabdeh tərəfindən tam etiraf edilməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün, məhkəmə tərəfindən qəbul edilərək təsdiq edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2000 (iki min) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış, 22,5 qram çəkidə, 1 karat brilliant qaşlarla bəzədilmiş üzük, sırğa, qolbağı və kulondan ibarət dəst, 400 (dörd yüz) manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə nazik boyunbağı, 210 (iki yüz on) manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə 5 ulduz formalı üzük, yaxud onların ümumi dəyəri 2610 (iki min altı yüz on) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış, 22,5 qram çəkidə, 1 karat brilliant qaşlarla bəzədilmiş üzük, sırğa, qolbağı və kulondan ibarət dəst, 400 (dörd yüz) manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə nazik boyunbağı, 210 (iki yüz on) manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə 5 ulduz formalı üzük, yaxud onların ümumi dəyəri 2610 (iki min altı yüz on) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar