Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1632/2024 26.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon məhkəməsinin hakimi X16 oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Goranboy rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə) “ailə münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə bağışlamaqdan imtina” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Goranboy Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh3 qarşı “ailə münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə bağışlamaqdan imtina” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy rayon Notariat ofisində xx.xx.2024-cü il tarixdə, 4Ə-368 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5117.4 kv.m olan qeyriyaşayış binasını və DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsini oğlu Cavabdeh3 bağışlamaqdan imtina edilməsi, həmin əmlakların geri qaytarılması və 100 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisində İddiaçı ilə Cavabdeh3 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixdə, 4Ə-368 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh3 adına verilmiş Çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin Cavabdeh3 qeyri-qanuni sahibliyindən azad edilməklə iddiaçıya təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Goranboy rayon Notariat ofisində xx.xx.2024-cü il tarixdə, 4Ə-368 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5117.4 kv.m olan qeyri-yaşayış binası və DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsini oğlu Cavabdeh3 bağışlamışdır. Lakin, hazırda həmin əmlakları ailə-hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə bağışlamaqdan imtina edir. 27 may 2024-cü il tarixli bildirişlə Goranboy rayon Notariat ofisinə müraciət edərək xx.xx.2024-cü il tarixdə, 4Ə-368 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, yəni daşınmaz əmlakları oğluna bağışlamaqdan imtina etdiyini bildirmişdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha olan torpaq sahəsində “MMED Lıfe” hospitalı tikilmiş və yeni istifadəyə verilmişdir. Həmin hospitalın tikintisi üçün bankdan külli miqdarda sahibkarlıq məqsədi ilə kredit götürülmüş və həmin tikiliyə maya qoyulmuşdur. Məqsəd ailə biznesini qurmaq və birgə gəlir əldə etmək olmuşdur. Lakin, müqavilə tərəfi olan oğlu Cavabdeh3 istifadəyə verilmiş klinikada işləri özbaşına aparaqla oranın fəaliyyətini yararsız hala salmışdır və pis hala gətirmişdir. Hospitalın işləməsinə və onun fəaliyyətinə və imicinə ciddi zərbə vurmuşdur. Həmin əmlakların Cavabdeh3 bağışlanması ailə üzvlərinin təkidi ilə olmuşdur. Oğlu Cavabdeh3 ilə ailə münasibətlər pis olduğundan və onun bu hərəkətlərindən əl çəkməsi üçün qeyri-yaşayış binasını və torpağı ona bağışlamışdır. O, dəfələrlə əmlakların onun adına keçirilməsini istəmiş, bunun üçün başlarına oyun açmış və etməyəcəkləri halda ailəyə problemlər yaradacağını bildirmişdir. Bundan sonra ailə üzvləri qeyd edilən əmlakların Nicatın adına keçirməsi halda düzələcəyini bildirmişlər və bunun nəticəsində xoşagəlməz halların qarşısının alınması məqsədi ilə əmlakların Nicata bağışlanmasına razı olmuşdur. Bundan sonra düzələcəyini və onu peşman etməyəcəyini və normal şəkildə ailələrinə məxsus biznesi idarə edəcəyini düşünmüşdür. Lakin, tam tərsi olmuşdur. Cavabdeh bağışlama müqaviləsi bağlanandan sonra ailənin gəlir yeri olan klinikanı satacağını və buradan gedəcəyini bildirmişdir. Cavabdeh ona və ailəsinə münasibətdə ailə-hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobud surətdə pozmuşdur. Klinikanın normal fəaliyyətinin olmaması, biznes maraqlarına ziddir. Külli miqdarda kreditin bağlanması üçün klinika işləməli və gəlir gətirməlidir, lakin cavabdehin hərəkətləri nəticəsində bu mümkün deyil. Hətta iddiaçı cavabdehə istifadəyə verilmiş klinikada işləri özbaşına aparmaqla oranın fəaliyyətini yararsız hala salmasını və ona etdiyi hərəkətlərlə bağlı atası olaraq irad bildirdikdə cavabdeh onu öldürməklə hədələmişdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmiş və ərizəyə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar da buna sübutdur. Sonradan ailə üzvlərinin təkidi ilə Nicatla barışdığını ona yazmışdır. Əslində isə Nicat onu həqiqətən də hədələmiş və bununla bağlı telefon yazışmaları da mövcuddur. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh ailə münasibətlərindən irəli gələn öhdəlikləri kobud şəkildə pozmuş, həmçinin doğma atasına qarşı söyüş və təhqiramiz ifadələr işlətmiş, böhtan xarakterli məktublar yazaraq iddiaçını polisə şikayət etmişdir. Oğlunun həyat yoldaşı, yəni gəlini həmin klinikanın baş həkimidir. Oğlu Nicat isə ona da maneələr törədir və işləməsinə mane olur. O, Goranboy ərazisində ailə dəyərlərinə zidd hərəkətlər edir. Başqa övladları olan dul qadınla münasibətdə olmaqla, ailəsinə əsassız söz-söhbətlər salır. Bağışlama müqaviləsi bağlanandan sonra, əmlakları satıb həmin qadınla başqa yerə gedəcəyini bildirmişdir. Klinikanın normal fəaliyyət göstərməsinə çətinliklər törədir. Ailəsinə, ata və anaya qarşı laqeyd və tərbiyəsiz hərəkətlər etməklə məşğuldur. Cavabdeh bağışlamanın şərtlərinə əməl etməyərək ailə-hüquq münasibətlərindən irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq valideynlərinə və ailəsinə qayğı göstərməkdən və gəlir əldə edərək bölüşdürməkdən imtina edir. Fakt odur ki, daşınmaz əmlaklara olan hüquqları oğlu Nicata versə də sonuncu ailə-hüquq münasibtlərindən irəli gələn vəzifələri yerinə yetirməmiş, ailəsinə heç bir maddi yardım göstərməmiş və ailə biznesini təhlükə altında qoymuşdur. Hesab edir ki, bağışlama müqaviləsindən tərəfindən imtina edildiyindən hazırda cavabdehin mübahisəli əmlaklar üzərindəki sahibliyi artıq qanunsuzdur. Həmin əmlakları bağışlamaqdan imtina etməsinə əsas verən kifayət qədər hallar mövcuddur. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, bağışlama müqaviləsini ləğv etdirməkdə məqsədi oğluna bağışladığı əmlakdan digər övladlarına da pay verilməsidir. Belə ki, o əmlakı oğluna bağışlayarkən oğlu həmin əmlakdan əldə edilən gəlirləri səkkiz nəfərdən ibarət ailə üzvləri arasında böləcəyini, digər övladlarına da pay verəcəyini vəd etmişdir. Lakin oğlu ona hörmətsizlik etmiş, bağışladığı əmlakı satmaq istəmişdir. Bağışlanan əmlak hazıra ipotekada olmaqla, onun tərəfindən külli miqdarda kredit ödənilir. Əgər oğlu klinikanı işlədərsə, həmin kreditlərin qaytarılması da şübhə altında olacaqdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, oğlunun atasına hötmətsizlik etməsinə dair iş materillarında kifayət qədər sübutlar mövcuddur. Belə ki, cavabdeh Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)-979/2024 saylı inzibati xəta haqqında qərarına əsasən Cavabdeh3 xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Goranboy şəhəri, R.Bağırov küçəsində fərdi yaşayış evinin həyətində atası İddiaçı uca səslə nalayiq ifadələrlə söyüb təhqir etməklə törətdiyi inzibati xəta üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqdirli bilinmişdir. Həmçinin Nicatın atasına hörmərsizlik etməsi şahid ifadələrində də bir daha təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı Cavabdeh3 qarşı “ailə münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə bağışlamaqdan imtina” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina edilməsi və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh3 adına verilmiş Çıxarışın ləğv edilməsi, həmin qeyriyaşayış sahəsinin və torpaq sahəsinin Cavabdeh3 qeyri-qanuni sahibliyindən azad edilməklə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən da görünür ki, İddiaçı iddia ərizəsində bağışlama müqavilələsindən imtinanın əsası kimi cavabdehin ona və ailə üzvlərinə münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobud surətdə pozmasını göstərək bunu Cavabdeh3 mübahisəli qeyri-yaşayış sahəsində fəaliyyət göstərən klinikada işləri özbaşına aparmaqla oranın fəaliyyətini yararsız hala salmasını, klinikanın normal fəaliyyətinin olmamasını və cavabdehin hərəkətlərinin biznes maraqlarına zidd olmasını göstərmişdir. İddia ərizəsində göstərilənlər və iddiaçının məhkəmə iclasında izahatında qeyd etdiyi hallar həqiqətə uyğun deyil və iddia tələbi tam əsassızdır. Belə ki, ilk öncə sözügedən bağışlama müqavilənin məzmunundan göründüyü kimi, qeyri-yaşayış sahəsi bağışlanarkən müqavilədə hər hansı şərt müəyyən edilməmiş və Cavabdeh3 üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Belə olan halda hər hansı vəzifənin pozulmasından söhbət gedə bilməz. Digər tərəfdən, bu məsələlərin heç birinin ailə hüquq münasibətləri ilə də heç bir əlaqəsi yoxdur. Halbuki, iddaiçının da hüquqi əsas olaraq istinad etdiyi Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bundan əlavə, iddia ərizəsində qeyd olunur ki, cavabdeh iddiaçı barəsində nalayiq ifadələr işlətmişdir. Bunula bağlı məhkəməyə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar”lar və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarlar təqdim edilmişdir. Bağışlama müqaviləsinin ləğvinin əsası kimi bu qərarlarla istinad edilməsi də əsassızdır. Çünki, həmin qərarlardan da görünür ki, istinad olunan hadisə 12 may 2024-cü il tarixdə, yəni bağışlama müqavilənin bağlanmasından öncə baş vermiş, iddiaçı həmin hadisə ilə bağlı polisə şikayət etmiş, lakin sonradan ərizə yazaraq barışdığını bildirmişdir. Aydındır ki, bağışlama müqaviləsinin bağlanılmasından əvvəl baş verən hadisələr bağışlama müqaviləsinin ləğvinə səbəb ola bilməz. Nəyə görə iddiaçının həmin hadisəyə istinad etməsi də başadüşülən deyildir. Digər tərəfdən, əgər cavabdeh ailə hüquq münasibətlərini kobud surətdə pozmuş olsaydı, iddiaçı qeyri-yaşayış sahəsini ona bağışlamazdı. Burada nəzərə alınmalı olan bir vacib məqam da odur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə bu əmlakı bağışlamış, cavabdeh isə mülkiyyət hüququ əsasında özünə məxsus olan Goranboy rayonu, Boluslu kəndi, Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 852,7 kv.m olan qeyri-yaşayış binasını iddiaçıya bağışlamışdır. Göründüyü kimi, 12 may 2024-cü il tarixdə ailədaxili mübahisə olsa da, sonradan tərəflər barışmış və bir-birinə yuxarıda qeyd olunan əmlakları bağışlamışlar. Bundan əlavə, iddiaçı məhkəməyə cavabdehin şəxsi həyatı ilə bağlı səsyazıları və “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarlar təqdim etmişdir. Hesab edir ki, nə səsyazısı, nə də ki, həmin qərarlar hazırkı işdə sübut kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X1 ilə bağlı bildirmişdir ki, Nicatın səsini yazmaq məqsədi ilə onun xəbəri olmadan öncədən otağa yerləşdirdiyi telefonun vasitəsi ilə Nicatın danışıqlarını qeydə almışdır. Yəni, otaqda tək olan Nicatın xəbəri olmadan danışıqları qeydə alınmışdır. Ona görə də həmin səsyazılarının Nicata aid olub-olmamasından asılı olmayaraq sübut qismində qiymətləndirilə bilməz. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, iddiaçının uydurduğu həqiqətə uyğun olmayan cavabdehin şəxsi həyatı ilə bağlı məsələlərin bağışlama müqaviləsinə heç bir aidiyyatı yoxdur. Hətta olsaydı belə, həmin hallar bağışlama müqaviləsindən imtina üçün əsas ola bilməzdi. Ona görə də hesab edirəm ki, səsyazılarının və qərarların sübut olaraq aidliyi və mümkünlüyünə qiymət verməli və sübutlar sırasından çıxarmalıdır. Bundan əlavə, iş üzrə dinidirilən şahidlərin ifadələri də sübut kimi qəbul edilə bilməz. Çünki, iş materiallarında olan sənədlərlə də tam təsdiq olunur ki, həmin şahidlərin cavabdehlə münasibətləri tam pozulmuşdur, həmçinin onların özləri də bu işin nəticəsində maraqlıdırlar. Belə ki, şahidlər ifadələrində göstərirlər ki, onların da həmin əmlakda payı olsa da, Nicat onlara paylarını verməkdən imtina edir. İşin nəticəsində maraqlı olan şahidlərin ifadələri mötəbər hesab edilə bilməz. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırırıq ki, bağışlama müqaviləsinin bağlanılmasından sonra ümumiyyətlə tərəflər arasında heç bir mübahisə olmamış, hətta 2024-cü ilin iyul ayından etibarən o, Bakı şəhərində yaşamışdır. Həmin müddətdə bir neçə dəfə klinikaya gəlsə, iddiaçı ilə heç bir münasibəti olmamış, sadəcə onun klinikaya girişinə Günay Mustafayeva tərəfindən maneçilik törədilmişdir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçı qanunvericilikdə müəyyən olunmuş qaydada bağışlama müqaviləsindən imtina haqqında bildiriş də göndərməmişdir. Göründüyü kimi, iddia tələbənin faktiki və hüquqi əsası yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi iddianı qəbul etməyib iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində izahat vermiş X7 izahatında bildirmişdir ki, o Cavabdeh3 anasıdır. Bağışlama müqaviləsi bağlanarkən Nicatla onlar şərt kəsmiş, həmin əmlakın səkkiz nəfərdən ibarət ailə üzvləri arasında bərabər bölünücəyini Nicat öz öhdəsinə götürmüşdür. Lakin Nicat şərtə əməl etməmiş, atasına qarşı davamlı olaraq hörmətsizlik etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində izahat vermiş X5 izahatında bildirmişdir ki, Cavabdeh3 onun əri olmuş, hazırda isə Nicat başqa qadınla münasibət qurmuş və ailəsini demək olar ki, tərk etmiş, başqa qadınla ər-arvad kimi Bakı şəhərində yaşayır. 2024-cü ilin avqust ayından Nicatla münasibətləri korlanmışdır. Cavabdeh3 atasına qarşı mütəmadi olaraq hörmətsizlik etmişdir. Cavabdehdehlər Cavabdeh3, Goranboy rayon Notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh3 vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını və çıxışını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2023-cü il tarixli, **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 5177.40 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur. İş materiallarına əlavə olunmuş 27 may 2024-cü il tarixli, 4Ə-368 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixli, **********27-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.4896 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 5177.40 kv.m qeyri-yaşayış binası İddiaçı tərəfindən Cavabdeh3 hədiyyə edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-13064/2024 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında 0.4896 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5177.4 kv.m olan qeyriyaşayış binası Goranboy rayon notariat ofisinin 27 may 2024-cü il tarixli, 4Ə-368 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh3 bağışlanmış, ona 11 iyun 2024-cü il tarixli, **********27-06301 reyestr nömrəli(********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyri-yaşayış binası "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür.(31 oktyabr 2022-ci il tarixli, GL5682 saylı kredit müqaviləsi, kredit limitinin məbləği: 10000000 AZN, kredit limitinin müddəti: xx.xx.2022-xx.xx.2032). Əmlak üzərinə Goranboy rayon icra və probasiya şöbəsinin 04 sentyabr 2024-cü il tarixli, e266945/2024-9-8-002 nömrəli məktubuna əsasən qadağa qoyulmuşdur. İş materiallarına əlavə olunmuş 27 may 2024-cü il tarixli, 4Ə-376 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh3 ƏMDK yanında DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş **********48- 06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Cavabdeh3 məxsus Goranboy rayonu, Boluslu kəndi, Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 852,7 kv.m olan qeyri-yaşayış binasını və ƏMDK yanında DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş **********48-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Cavabdeh3 məxsus Goranboy rayonu, Boluslu kəndi, Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 0.0905 ha olan topaq sahəsini İddiaçı bağışlamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 250 nömrəli məktubundan görünür ki, İddiaçı 27 may 2024-cü il tarixli, 4Ə-368 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi ilə bağlı Goranboy rayon Notariat ofisinə müraciət etmiş, Goranboy rayon Notariat ofisi tərəfindən İddiaçı müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli, 250 nömrəli məktubla bildirilmişdir ki, qeyd edilən müqavilənin notariat orqanında ləğv edilməsi yalnız müqavilə tərəflərinin hər ikisinin iştirakı ilə təmin edilə bilər. Odur ki, tələbin təmin edilməsi ilə əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə olunmuş 12 may 2024-cü il tarixli, 3-13-75/1-M-9489/42/24 saylı ərizədən görünür ki, İddiaçı Goranboy rayon polis şöbəsinə müraciət edərək bildirmişdir ki, oğlu Cavabdeh3 bir neçə müddətdir ki, Goranboy şəhər ərazisində yeni tikilib istifadəyə verilmiş “Mmedlife” hospitalda işləri özbaşına aparmaqla oranın fəaliyyətini yararsız hala salmışdır. Bununla bağlı ona iradını bildirdikdə oğlu onu ölümlə hədələmişdir. Bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 12 may 2024-cü il tarixli, 3-13-75/1-M-9490/4/24 saylı ərizədən görünür ki, X2 rayon polis şöbəsinə müraciət edərək bildirmişdir ki, İddiaçı onun ərini özünü öldürmək həddinə çatdırmış və Günay Mustafayevanı evdən qovmuşdur. Həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh3 12 may 2024-cü il tarixdə Goranboy RPŞ-nın İstintaq Bölməsinə vermiş olduğu izahatından görünür ki, Cavabdeh3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı doğma atasıdır. O arvadı və uşaqları ilə birlikdə atasına məxsus Goranboy şəhərində yerləşən evdə yaşayır. Əvvəllər atası Xaliqlə münasibətləri həmişə yaxşı olmuşdur. Atası ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Günay Mustafayeva arvadıdır. Günay hazırda Goranboy şəhərində yeni istifadəyə verilmiş “Mmed Life” hospitalın baş həkimidir. Həmin hospitalda o hüquqşünas vəzifəsidə çalışır. Bununla yanaşı hospitalın idarə olunmasını arvadı ilə birgə həyata keçirir. Bir gün öncə yəni 11 may 2024-cü il tarixdə Goranboy şəhərində yerləşən “Mmed Lıfe” hospitalının inzibati binasının qarşısında ekskovator olduğunu görmüşdür. Atasından nə üçün ekskovator gəldiyini soruşduqda atası ona demişdir ki, bir neçə gün əvvəl yağış yağması nəticəsində hospitalın içinə su dolduğu üçün həmin suyu təmizlədəcəkdir. O da buna etiraz etməmişdir. 12 may 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq Goranboy şəhərində yerləşən “Mmed Life” hospitala getmişdir. Bir qədər orada olduqdan sonra təxminən saat 13:00 radələrində nahar edib spirtli içki, araq qəbul etmişdir. Sonra isə Goranboy şəhərində yerləşən “Mmed Life” hospitalına getmişdir. Hospitalda olan zaman bacısı telefonla ona zəng edərək atasının onun barəsində DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edib ondan şikayət etdiyini demişdir. O da buna əsəbləşib hospitaldan çıxaraq atası ilə birlikdə yaşadığı evə gəlmişdir. Evə çatanda Goranboy rayon polis şöbəsinin əməkdaşlarının yaşadıqları evin həyətində olduqlarını görmüşdür. Həmin vaxt daha da əsəbləşmiş və atası ilə sözlü olaraq mübahisə etmişdir. O atasına sözlə onu öldürəcəyini demişdir. Buna görə də orada olan polis əməkdaşları onu Goranboy rayon polis şöbəsinə gətirmişlər. İş materiallarına əlavə olunmuş 12 may 2024-cü il tarixli, 3-13-75/1-M-98xx/xx/2024 saylı ərizədən görünür ki, İddiaçı Goranboy rayon polis şöbəsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə oğlu Cavabdeh3lə aralarında münaqişə yarandığı üçün əsəbləşib “102” xidməti zəng mərkəzinə şikayət etmişdir. Lakin sonradan oğlu Nicatla barışmışdır. Ona görə də heç bir şikayəti və tələbi olmadığını bildirmiş, araşdırmanın dayandırılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 may 2024-cü il tarixli qərarından görünür ki, 12 may 2024-cü il tarixdə Cavabdeh3 Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng edərək atasına məxsus klinikada oğurluq olmasını bildirmiş, həmçinin 12 may 2024-cü il tarixdə İddiaçı Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng edərək oğlu Cavabdeh3 onu ölümlə hədələdiyini bildirmişdir. Goranboy RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X19 tərəfindən qeyd olunan şikayətlər araşdırılmış və Cavabdeh3 əməlində cinayət əlamətləri olmadığından, həmçinin sözügedən klinikada oğurluq hadisəsi baş vermədiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 06 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 2211 nömrə ilə qeydiyyata alınmış material üzrə Cavabdeh3 əməlində cinayət tərkibi olmadığı üçün material üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı X3 RPŞ-yə vermiş olduğu izahatında bidirmişdir ki, Cavabdeh3 onun həyat yoldaşıdır. O, Goranboy şəhərində yerləşən “Mmed Life” hospitalın rəhbəri vəzifəsində işləyir. Hospitalın rəhbəri olduğu üçün hospitalda olan avadanlıqların da ona məxsus olmasını bildirmişdir. 25 sentyabr 2024-cü il tarixdə saat 19:26 radələrində Cavabdeh3 “Mmed Life” hospitala aid bir ədəd kompüter monitorunu özbaşına hospitaldan götürüb naməlum ünvana aparmasını qeyd etmişdir. O, hospitala gəlib kamera görüntülərinə baxan zaman Nicatın narkotik vasitə qəbul etməsini və narkotikin təsiri altında bu hərəkətləri etməsini ehtimal etmişdir. Buna görə də Nicatın bu özbaşına hərəkətlərinin və narkotik vasitə qəbul edib-etməməsinin araşdırılmasını xahiş etmişdir. Həyat yoldaşı Cavabdeh3 hospitaldan apardığı bir ədəd HP markalı kompüter monitorunun qiymətinin təxminən 500 manat olmasını bildirmişdir. İş materiallarına əlavə olunmuş 07 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 221,186 maddəsinin tərkib əlamətləri mövcud olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı əməlində Azərbaycan Respublikası CM-in 125-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, həmçinin “Mmed Life” hospitalında oğurluq hadisəsi baş vermədiyi üçün göstərilən xüsusatla əlaqədar toplanmış materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Cavabdeh3 barəsində Azxərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir. İddiaçı və Cavabdeh3 münaqişəli ailə kimi profilaktika qeydiyyatına alınması üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)-979/2024 saylı inzibati xəta haqqında qərarından görünür ki, Goranboy RPŞ-nın İTB-nin polis sahə rəisi X8 tərəfindən Cavabdeh3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* saylı, 6 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmiş və Cavabdeh3 xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Goranboy şəhəri, R.Bağırov küçəsində fərdi yaşayış evinin həyətində atası İddiaçı uca səslə nalayiq ifadələrlə söyüb təhqir etməklə törətdiyi inzibati xəta üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə, xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində Goranboy RPŞ-nın qarşısında ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə tabe olmamaqla törətdiyi inzibati xəta üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcələnin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 535.1-ci maddəsinə əsasən 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarına əlavə olunmuş Goranboy Rayon icra Hakimiyyəti Başçısının Goranboy Şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən Goranboy rayon polis şöbəsinə təqdim edilmiş 28 oktyabr 2024-cü il tarixli, 5-45-1/2-154/24 saylı məktubda bildirilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh3 Goranboy şəhəri, E.Bağırov küçəsi, ev 18 ünvanında qeydiyyatdadır və ailə tərkibi aşağıdakı kimidir. X5-arvadı-xx.xx.1986, İddiaçı Nicat oğlu-oğlu-xx.xx.2010, X10-oğlu-xx.xx.2010, İddiaçı-xx.xx.1955, X9-anasıxx.xx.1961, X4-bacısı-xx.xx.1988, X15-bacısının oğlu-xx.xx.2010. Cavabdeh3 xx.xx.1986-cı ildə ünvan 3 ünvanında yaşayıb. Son vaxtlar onun ailəsində münaqişələrin olması barədə Goranboy şəhər inzibati Ərazi dairəsi üzrə nümayəndəliyə şifahi məlumat daxil olmuşdur, lakin özü və ailə üzvləri barədə nümayndəliyə heç bir rəsmi ərizə və şikayət daxil olmamışdır. Məhkəmə mübahisənin həlli ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisəsiz müəyyən edilən hallarına əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı məxsus olmuş və 27 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, İddiaçı həmin qeyri-yaşayış sahəsini oğlu - Cavabdeh3 hədiyyə etmişdir. Sözügedən qeyri-yaşayış sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona 11 iyun 2024-cü il tarixli, **********27-06301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarış verilmişdir. Qeyri-yaşayış sahəsi hazırda "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. Hazırkı işdə iddiaçı iddia edir ki, o, bağışlama müqaviləsini cavabdehin klinikanın fəaliyyətindən əldə edilən gəliri səkkiz nəfərdən ibarət ailə üzvləri (özü də daxil olmaqla) arasında bölməsi şərti ilə bağlamış və cavabdeh bu şərti pozduğuna, yəni əldə edilən gəliri bölmədiyinə, klinikanın fəaliyyətinə maneçilik törətdiyinə və qeyri-yaşayış sahəsini satmaq istəməsinə görə Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsasən bağışlamaqdan imtina edir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli üçün aşağıda qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Lakin, hazırki bağışlama müqaviləsinin məzmunundan görünür ki, müqavilə cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş və cavabdeh bağışlamanın müqabilində üzərinə hər hansı öhdəlik götürməmişdir. İddiaçı isə müqaviləni məhz həmin şərtlərlə bağlaması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, cavabdeh isə müqavilənin həmin şərtlərlə bağlanmasını inkar etmişdir. Bu halda sübutetmə qaydalarına görə bağışlamaqdan imtina edən şəxs bunun əsası kimi istinad etdiyi halların mövcudluğunu sübut etmə öhdəliyi daşısa da, sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu normalardan çıxış etməklə o nəticəyə gəlmək olar ki, müqavilə, tərəflərin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında qarşılıqlı razılığa gəldikləri şərtlərin məcmusudur. Müqavilənin bağlanması təkcə tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Tərəf bu müqaviləyə istinad etməklə digər tərəfdən müqavilə şərtinin icra olunmasını, şərtin pozulmamasını tələb edə bilər. Başqa sözlə, tərəf yalnız müqavilədə nəzərdə tutulmuş vəzifənin icrasını tələb etmək hüququna malikdir. Baxılan işdə iddiaçı tərəflər arasında bağışlamanın öhdəliklə şərtləndirildiyini bildirsə də, notarial qaydada təsdiqlənmiş yazılı müqavilənin məzmununda belə bir şərtin nəzərdə tutulmadığı müəyyən edilir. Müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtib olunan əqdin məzmununda əks olunmadığı təqdirdə, məhkəmə tərəfin izahatına əsasən belə şərtlə müqavilə bağlanması nəticəsinə gələ bilməz. Ona görə də bağışlamaqdan imtinanın əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir. Məhkəmə onu da nəzərə alır ki, bağışlama müqaviləsində xüsusi olaraq göstərilməsə belə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir. Bu, hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öhdəliyidir. Lakin işin hallarına əsasən, iddiaçının cavabdeh tərəfindən pozulduğunu iddia etdiyi öhdəliklər (bağışlanan əmlakla bağlı əldə edilən gəliri özü də daxil olmaqla ailə üzvləri arasında bölməsi, bağışlanmış əmlakı üçüncü şəxsə satmaması, biznes maraqlarına zidd hərəkət etməsi) qanunvericilikdə də müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının bağışlamaqdan imtinanın əsası kimi istinad etdiyi məsələlər qanundan irəli gələn öhdəliklər də deyildir. Əksinə, qanunverici tərəfindən bağışlamanın şərtlərdən və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi nəzərdə tutulsa da, belə şərtlərin və öhdəliklərin hədiyyə verənin özünün bəhərlənməsi ilə bağlı olmaması qeyd edilmişdir. Bağışlama müqaviləsi əvəzsiz müqavilə olduğundan hədiyə verən tərəfindən qoyulan öhdəliklər bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə etməsi ilə bağlı olmamalıdır. Hazırkı işdə isə iddiaçı hədiyyə edilən əmlakdan əldə edilən gəlirin özü də daxil olmaqla ailə üzvləri arasında bölünməsi şərti ilə qeyri-yaşayış sahəsini cavabdehə bağışladığını iddia edir. Həmçinin, iddiaçı hədiyyə edilən əmlakın cavabdeh tərəfindən satılma ehtimalının olmasını da öhdəliklərin pozulması kimi təqdim edir. Halbuki, qanunvericiliyə əsasən, əmlakı öz istədiyi kimi istifadə etmək və üzərində sərəncam vermək mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» 19 dekabr 2012-ci il tarixli qərarında göstərmişdir ki, «Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddia ərizəsində qeyd olunan cavabdehin iddiaçını təhqir etməsi və ona qarşı nalayiq ifadələr işlətməsi barədə dəlilə gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22 may 2024-cü il tarixli qərardan və Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(045)-979/2024 saylı inzibati xəta haqqında qərarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya qarşı nalayiq ifadələr işlədilməsi və təhqir edilməsi xx.xx.2024-cü il tarixdə baş vermiş, bağışlama müqaviləsi isə xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Halbuki, qanunvericilikdə təsbit olunan bağışlamaqdan imtina üçün əsaslar bağışlamadan sonra hədiyyə alanın hədiyyə verənə və ya yaxın qohumlarına qarşı davranışlarını nəzərdə tutur. Ona görə də bağışlamadan əvvəl tərəflər arasında baş vermiş cavabdehin iddiaçıya qarşı hərəkətləri bağışlamaqdan imtina üçün əsas ola bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 12 may 2024-cü il tarixdə tərəflər arasında ailədaxili münaqişə olmuş, iddiaçı cavabdeh tərəfindən təhqir edilməsi və ona qarşı nalayiq ifadələr işlətməsi səbəbi ilə cavabdeh barəsində polisə şikayət etmiş, lakin elə həmin gün iddiaçı ərizə yazaraq əsəbləşərək şikayət etdiyini, oğlu Nicatla barışdığını, ona görə də heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Daha sonra isə 27 may 2024-cü il tarixdə iddiaçı cavabdehə hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsini, cavabdeh isə özünə məxsus Goran dörd yol ərazisində yerləşən, ümumi sahəsi 852,7 kv.m olan qeyri-yaşayış binasını iddiaçıya bağışlamışdır. İddia ərizəsində 12 may 2024-cü il tarixində baş vermiş ailədaxili münaqişə ilə bağlı cavabdehin hərəkətlərini onun ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobud surətdə pozması kimi təqdim edən iddiaçının elə həmin gün barışması və 15 gün sonra əmlakını cavabdehə bağışlaması onu göstərir ki, iddiaçı cavabdehin həmin hərəkətlərini özünə qarşı kobud pozuntu hesab etməmişdir. Şahid ifadələri ilə bağlı isə məhkəmə qeyd edir ki, şahid X7 və şahid X3 ifadələrindən görünür ki, onlar işin nəticəsində maraqlıdırlar. Belə ki, cavabdehin onların istəmədiyi qadınla ailə qurması, onların bu müqavilənin qüvvədə qalmasına narazı olmaları, onların da mübahisəli əmlakdan və gəlirdən pay tələb etmələri onların başqa ifadə verə biləcəyini inandırıcı hesab etmədiyindən məhkəmə şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə nəzərə alır ki, şahid ifadələri işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə də öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehin başqa qadınla ailə qurmasını təsdiq edən sübut qismində məhkəməyə səs yazıları və xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar təqdim edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin başqa qadınla ailə qurmasının, başqa sözlə cavabdehin öz arvadına qarşı ailə hüquq münasibətlərinə aid vəzifəsini pozmasının (əgər pozmuşdursa) hazırkı işə heç bir təsiri yoxdur. Çünki, qanunvericiliyə əsasən, iddiaçının gəlini onun yaxın qohumu sayılmır. Bağışlamaqdan imtinanın əsaslarında isə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmasından bəhs edilir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Digər tərəfdən isə məhkəmə onu qeyd etməyi vacib bilir ki, nikaha daxil olmaq və nikahı pozmaq nikahda olan şəxslərin hüquqlarıdır, çünki Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah könüllü ittifaqdır. Ona görə də bu münasibətlərin mövcudluğu hədiyyə alanın hədiyyə verən qarşısında qanundan irəli gələn öhdəliyinin pozulması və bağışlamaqdan imtinanın əsası kimi qəbul oluna bilməz. Qeyd edilənlərdən əlavə olaraq məhkəmə xüsusi olaraq vurğulayır ki, qanunverici öhdəliklərin sadəcə olaraq pozulmasını deyil, onun kobudcasına pozulmasını bağışlamaqdan imtinanın əsası kimi nəzərdə tutmuşdur. İşin hallarından isə görünür ki, bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdehin iddiaçı olan atasına münasibətdə nə müqavilədən, nə də qanundan irəli gələn hər hansı öhdəliyi olmamış, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmamışdır. Göründüyü kimi, hazırkı mübahisədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1-ci maddəsində bağışlamadan imtinanın əsasları kimi nəzərdə tutulan halların heç biri olmamışdır. Yəni ağır cinayət törədilməmiş, ailə hüquq münasibətlərinə aid vəzifə kobudcasına pozulmamış, o cümlədən bağışlama ilə bağlı hər hansı öhdəlik pozulmamış, çünki bağışlama müqaviləsində belə öhdəlik ümumiyyətlə müəyyən edilməmişdir. Bu vəziyyətdə məhkəmə xatırladır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. İrəli sürülən hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli qərarında göstərilmişdir ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. O da göstərilməlidir ki, Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi); uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); ər-arvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi); valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu 26 aprel 2024-cü il tarixli qərarında onu da qeyd etməyi vacib hesab etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu 26 aprel 2024-cü il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir. Bu səbəbdən məhkəmənin yekun qənəatinə görə, bağışlamaqdan imtina üçün əsaslar mövcud deyildir, iddia tələbi əsassızdır və rədd edilməldir. Məhkəmə həmçinin iddia tələbinin bağışlama müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh3 adına verilmiş Çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin Cavabdeh3 qeyri-qanuni sahibliyindən azad edilməklə iddiaçıya təhvil verilməsi hissəsinə də qiymət verərək hesab edir ki, iddia tələbi ailə münasibətlərindən irəli gələn vəzifələrin kobud şəkildə pozulması əsası ilə bağışlamaqdan imtina tələbi hissəsində rədd edildiyindən, bağışlama müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh3 adına verilmiş Çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin Cavabdeh3 qeyri-qanuni sahibliyindən azad edilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1632/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1632/2024
26.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver