Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1662/2024 07.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası üzrə mülki işə Goranboy rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı " aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahından 16 iyun 2022-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və onun üçün uşaq 3 yaşına çatana kimi hər ay 150 manat sabit pul məbləğində vəsaitin, mediasiya və dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, qızı - İddiaçı cavabdehlə xx.xx.2021-ci il tarixdə qeyri rəsmi nikaha daxil olmaqla evlənmiş, onların bu faktiki nikahından 16 iyun 2022-ci il tarixdə X10 adlı övladı doğulmuşdur. Faktiki nikahları olduğundan onun atalığı müəyyən edilmişdir. Faktiki olaraq ayrılmışlar. Cavabdeh uşağın saxlanmasına köməklik göstərmir. Buna görə də 16 iyun 2022-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və onun üçün uşaq 3 yaşına çatana kimi hər ay 150 manat sabit pul məbləğində vəsaitin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməyırık izahatında bildirdi ki, uşaq gəlməyənədək onlar aliment ödəməyəcəkdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X10 16 iyun 2022-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində doğulmuşdur. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı 16 iyun 2022-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində doğulmuş X5 atası müəyyən edilmişdir. İşdə olan Mediasiya sessiyasında iştirak edilməməsi barədə Goranboy 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 10365 saylı qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət üçün 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasinin Ailə Məcəlləsinin 84.1, 84.2, 84.2.2-ci maddələrinə əsasən ər- arvad bir-birini maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Həmin Məcəllənin 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad arsında saziş olmadıqda, məhkəmə qaydasında ərə(arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın)ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını müvafıq olaraq məhkəmə hesab edir ki, 16 iyun 2022-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması, üçün cavabdehdən aliment tutulmalıdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 16 iyun 2022-ci il tarixdə doğulmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16 iyun 2022-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Bu Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmçinin məhkəmə belə qənaətə gəlir ki, iddianın uşaq 3 yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasına dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı himayəsində azyaşlı olması ilə bağlı işləmək imkanına malik olmadığından cavabdeh ona maddi cəhətdən kömək etməlidir. Tərəflər arasında razılıq olmadığından iddiaçı həmin məbləği tələb etməkdə haqlıdır. 16 iyun 2022-ci il tarixdə doğulmuş X10 3 yaşına çatanadək xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə göstərilmişdir ki, alimentin alınması haqqındakı iddiaların qiyməti – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin, İddiaçı məhkəməyə müraciət üçün aliment tələbi üzrə dövlət rüsumundan azad olduğu halda 50 manat dövlət rüsumu ödəmişdir. Odur ki, qanunvericiliyin qeyd olunan tələbinə müvafiq olaraq cavabdehdən 50 manat mediasiya xərci və ödənilmiş 50 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 16 iyun 2022-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. 16 iyun 2022-ci il tarixdə doğulmuş X10 3 yaşına çatanadək xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 50 (əlli) manat məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 50 manat mediasiya xərci və ödənilmiş 50 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1662/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1662/2024
07.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver