Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1683/2023 25.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X17 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onuun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış evinə istifadə hüquqlarının tanınması” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh uşaqları ilə birlikdə onun mülkiyyətində olan, Goranboy şəhəri, M. F. Axundov küçəsində yerləşən 72A nömrəli evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması, onun və azyaşlı uşaqları 15 noyabr 2009-cu il təvəllüdlü X5 və 06 sentyabr 2013-cü il təvəllüdlü X7 ilə birlikdə Goranboy rayonunun, Qarasüleymanlı kəndində yerləşən evdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Goranboy şəhəri, M.F.Axundov küçəsində yerləşən 68,60 kv.m. fərdi yaşayış ev şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun gəlini olmuşdur. X14 2008-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Aralarında baş verən narazılıqdan sonra nikahları məhkəmə qaydasında ləğv olunmuş və ayrılmışlar. Cavabdeh oğlundan ayrıldıqdan sonra da hazırda onun mülkiyyətində olan Goranboy şəhəri, M.F.Axundov küçəsində yerləşən 72A nömrəli evdə uşaqları ilə birlikdə yaşamaqda davam edir. O, hesab edir ki, cavabdehin artıq onun evində yaşaması düzgün deyildir. Cavabdehlə bir evdə yaşamaq ona çox pis təsir edir. Bundan başqa o, bu qoca vaxtında rahat yaşamaq istəyir. Cavabdehin isə demək olar ki, hər gün oğlu ilə aralarında mübahisə və dava olur. Onların bu hərəkətləri onun sağlamlığına da mənfi təsir göstərir. O, əvvəllər cavabdehin onun evində yaşamağına ona görə müvəqqəti razı oldmuşdur ki, özlərinə ev tikib ayrılsınlar. Lakin, onlar bugün də onun mülkiyyətində olan evdə yaşamaqda davam edirlər. O, dəfələrlə cavabdehə evindən çıxıb getməsini xahiş etsə də, sonuncu evindən könüllü çıxmaq istəmir. İndi tələbi ondan ibarətdir ki, cavabdeh uşaqları ilə birlikdə ona məxsus olan evdən çıxarılsınlar, çünki onun evindən istifadə etmələri üçün heç bir qanuni əsasları yoxdur. Bundan başqa o, evində rahat yaşamaq istəyir, evə özünün təlabatı vardır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı onun qayınatasıdır. Onun oğlu X10 ilə 2008-cı ildə nikahı rəsmi qeyd etdirməklə ailə qurub evlənmişdir. Birgə yaşadığı müddətdə15 noyabr 2009-cu il təvəllüdlü X5 və 06 sentyabr 2013-cü il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. O, 2008-ci il tarixdən gəlin kimi yuxarlda qeyd etdiyi ünvana, yəni Goranboy rayonu, Qarasüleymanlı kəndində yerləşən evə gəlin köçürülmüş, həmin evə pasport qeydiyyatına alınmış və həmin evdə yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. Uşaqları da həmin evdə anadan olmuş və yaşamışlar. O, bütün cehiz əmlakları da mübahisəli yaşayış sahəsindədir. Bu neçə il o, iki azyaşlı uşaqları ilə birlikdə göstərilən ünvanda yaşamaqla İddiaçı ilə birlikdə ümumi təsərrüfat aparmış və onunla bərabər yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. Göründüyü kimi, onun və azyaşlı uşaqlarının mübahisəli evdə yaşayış sahəsindən istifadə hüququnun bərpa edilməsi üçün bir hüququ maneə yoxdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddiasını müdafiə etməklə, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh onun gəlini olmuşdur. Belə ki, oğlu Emil İsgəndərov ilə 2008-ci il tarixdə nikaha girərək ailə qurmuş və keçmiş arvadı olmuş X3 məxsus evə gəlin köçmüşdür. Həmin evlə ona məxsus hazırkı mübahisəli ev vaxtı ilə bir ev olmuş daha sonra arvadından ayrıldığı üçün ev məhkəmənin qərarı ilə naturada iki hissəyə bölünmüşdür. Cavabdeh bir müddət Lətifə Musayeva ilə birlikdə yaşadıqdan sonra aralarında yaranmış narazılığa görə sonuncu oğlu Emil İsgəndərovu və gəlini Cavabdeh evindən çıxarmışdır. Bundan sonra X12 Rayon Məhkəməsinin 2011-ci il tarixli qərarı ilə anası Lətifə Musayevaya məxsus evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi qət edilmişdir. O, məktəbdə mühafizəçi işlədiyi üçün uzun müddət öz evində yaşamamış, oğlu və gəlini bu vəziyyətdən istifadə edərək 5-6 il olar ki, onun evinə köçərək yaşamağa başlamış, o, bundan xəbər tutduqda sonuncular Lətifə Musayevanın onlara evdə yaşamağa imkan vermədiyinə və yaşamağa başqa yerlərinin olmadığına görə məcbur qalıb onun evinə köçdüklərini bildirərərk, özlərinə ev alana kimi müvəqqəti olaraq onun evində qalmalarını xahiş etmişlər, o da nəvələrinə görə buna razı olmuşdur. Lakin nə oğlu, nə də ki, keçmiş gəlini verdikləri vədə əməl etməyərək, əksinə onun özünü evindən didərgin salmışlar, Cavabdeh böyük kimi ona hörmət etməmiş, ona qayğı-qulluq göstərməmiş, oğlu Emil ilə də yola getməyərək nəticədə Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən oğlu ilə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra oğlu başqası ilə yenidən ailə quraraq anası Lətifə Musayevanın evinə köçmüş, lakin cavabdeh onun evində qalaraq yaşamağa davam edərək, bütün günü evində söz-söhbət salaraq qoca yaşında onu rahat yaşamağa qoymur, onun mülkiyyət və öz evində sərbəst yaşamaq hüququnu pozur, məqsədi onu bezdirib öz evindən çıxartmaqdır. Verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh onun evinə pasport qeydiyyatına düşüb istifadə hüququ əldə etməmişdir, çünki onun buna dair hər hansı razılığı olmamışdır. Hesab edir ki, cavabdeh keçmiş arvadı Lətifə Musayevanın evinə qeydiyyata düşərək istifadə hüququ əldə etmişdir. Sadəcə olaraq cavabdehin keçmiş qayınanasının evində yaşamağa lazımi şəraiti olmadığı üçün qocalığından istifadə edərək onun hazırda yaşadığı evə istifadə hüququ əldə edib yaşamaq istəyir. Lakin o, buna qəti olaraq etiraz edir və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan ünvan 2 ünvanı ilə Goranboy rayonu, Qarasüleymanlı kəndində yerləşən yaşayış sahəsi eynidir. Sadəcə olaraq sözügedən yaşayış sahəsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda ünvan 2 ünvanı kimi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməməklə, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, mübahisə predmeti olan ünvan 2 ünvanı ilə Goranboy rayonu, Qarasüleymanlı kəndində yerləşən yaşayış sahəsi eynidir. Sadəcə olaraq sözügedən yaşayış sahəsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda ünvan 2 ünvanı kimi qeyd edilmişdir. O, ünvan 4ə gəlin köçərkən evin naturada iki hissəyə bölündüyündən xəbərsiz olmuş, bir müddət yaşadıqdan sonra keçmiş qayınanası Lətifə Musayeva ilə aralarında narazılıq yarandığı üçün keçmiş əri məhkəmə qərarı ilə anasının evinə köçürülmə və istifadə hüququ əldə etmişdir. Daha sonra keçmiş qayınanası ilə yaşamaq mümkün olmadığı üçün 5-6 il olar ki, hazırkı mübahisəli yaşayış sahəsinə köçmüşlər, keçmiş qayınatasının da buna razılığı olmuşdur. Lakin 2021-ci il tarixdə əri Emil İsgəndərovdan ayrıldıqdan sonra keçmiş qayınatası İddiaçı onu evdən çıxarmaq istəyir, o, hesab edir ki, bu haqsız və qanunsuz tələbdir, çünki onun və uşaqlarının həmin yaşayış sahəsinə artıq istifadə hüququ yaranmışdır, həm də onların yaşamağa başqa yaşayış sahəsi yoxdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Goranboy şəhəri, M.F. Axundov küşəsi, 72A nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir; Goranboy Şəhər İƏD üzrə Nümayəndiliyi tərəfindən verilmiş 1956 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Goranboy şəhəri, Qarasüleymanlı kəndində arvadı X8 və oğlu X9 ilə birlikdə yaşayır; Goranboy Şəhər İƏD üzrə Nümayəndiliyi tərəfindən verilmiş 1747 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 2008-ci ildən Qarasüleymanlı kəndində yaşayır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 357967 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15 noyabr 2009-cu ildə Ağdaş şəhərində doğulmuşdur, atası X10,anası Cavabdehdır; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 148348 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 sentyabr 2013-cü ildə Ağdaş şəhərində doğulmuşdur, atası X10,anası Cavabdehdır; Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-627/2013 nömrəli, 03 iyun 2013-cü il tarixli qətnaməsindən görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(045)- 586/2011 saylı qətnaməsinə əsasən X4 Goranboy rayonu, Qarasüleymanlı kəndində X1 və istifadəsində olan evə köçürülməsi və həmin evdən istifadə hüququnun tanınması qət edilmişdir; Goranboy Rayon Məhkəməsinin 2(045)-618/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X10 arasında xx.xx.2008-ci il tarixdə Goranboy Rayon Qeydiyyat Şöbəsində 159 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş və xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 anaları Cavabdeh yanında qalmışlar; Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilkin iddia təmin edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə baxışında tətqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 5 ünvanında (Goranboy rayonu, Qarasüleymanlı kəndi) yerləşən yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu, yəni X10 ilə rəsmi nikaha daxil olmuş, X1 və istifadəsində olan evə gəlin köçərək həmin ünvanda pasport qeydiyyatına alınmış, bir müddət orada yaşadıqdan sonra, yəni 2009-cu il 1 oktyabr tarixindən sonra sözügedən ünvana birləşik olan keçmiş qayınatasının evinə köçmüşlər və hazırda həmin ünvanda yaşayır. İddiaçının oğlu X10 ilə Cavabdeh arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh həmin evdən çıxarılmasını tələb edir. Cavabdeh isə qarşılıqlı iddia tələbi ilə müraciət edərək həmin evə istifadə hüququnun tanınmasını istəyir. İşin mübahisəsiz hallarından göründüyü kimi ilkin iddia üzrə Cavabdeh ilə ilkin iddia üzrə iddiaçı X10 arasında istifadə hüququ ilə bağlı münasibətlər 2009-cu il 1 oktyabr tarixindən sonra yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələrə baxılarkən 2009-cu il oktyabr 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”; "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir; "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi): 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər; 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Beləliklə, məhkəmə ilkin iddia tələbinin "evdən çıxarılma" hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh ilə mülkiyyətçi İddiaçı arasında ailə münasibətlərinə xitam verildiyi və aralarında başqa razılaşma olmadığı üçün istifadə hüququ saxlanmır, o cümlədən ilkin iddiaçının razılığı olmadan iddiaçının mülkiyyətində olan evdə yaşaması sonuncunun öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən ilkin iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərin qarşısının alınması üçün Cavabdeh həmin əmlakdan istifadəsinə son qoyulmalı və uşaqları ilə birlikdə mübahisəli evdən çıxarılmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdehin mübahisəli evə istifadə hüquqlarının tanınması barədə qarşılıqlı iddiasına hüquqi qiymət verilməzdən əvvəl, cavabdehin yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, onun maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verib-verməməsi məsələsi araşdırılmalıdır. Bununla bağlı məhkəmə araşdırılması zamanı belə hallar aşkar olunmamış, əksinə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə cavabdehin yaşayış yeri üzrə qeydə alındığı, yəni gəlin köçdüyü X3 məxsus evdən istifadə hüququ, eyni zamanda həmin yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olduğu halda, qarşılıqlı iddia üzrə cavabdehin evinə istifadə hüququnun tanınması barədə tələbi əsassızdır. Məhkəmə qarşılıqlı iddia tələbinin "yaşayış evinə istifadə hüquqlarınının tanınması” tələbinə dair idda ərizəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının istifadə hüququ olmadığı mübahisəli evə dair istifadə hüququnun yaranması üçün hüquqi əsaslar müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, Cavabdeh uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan Goranboy şəhəri, M.F.Axundov küçəsində yerləşən 72A nömrəli evdən (Goranboy rayonu. Qarasüleymanlı kəndi) çıxarılmalı və qarşılıqlı iddia rədd edilməlidir. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan Goranboy şəhəri, M.F.Axundov küçəsində yerləşən 72A nömrəli evdən (Goranboy rayonu. Qarasüleymanlı kəndi) çıxarılsın. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1683/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1683/2023
25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver