Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-17/2025 10.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Samir oğlunun sədrliyi, Civəzadə Aygün Səlahəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yöndəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 5685.98 manat əsas borc, 0 manat məbləğində faiz borcu, 0 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 590.25 manat faiz borcunun, ümumilikdə 6276.23 manat məbləğində vəsaitin, 31 manat DƏDRX rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti olan girovqoyanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və 0.1254 ha torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması və ipoteka ilə yüklü edilmiş ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi satıldıqdan və ya mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 (bir) ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2-(83)-736/2016 saylı qətnaməsi ilə İddiaçı ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin sığortalanması fondu banka ləğvedici qismində təyin edilmişdir. 04 sentyabr 2013-cü il tarixdə Cavabdeh1 (bundan sonra - Borclu ilə İddiaçı ASC (bundan sonra - Bank) arasında 037 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 15000 (on beş min) manat məbləğində, 18 (on səkkiz) aylıq güzəştlə, 36 (otuz altı) ay müddətinə, illik 6 (altı) faiz olmaqla kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlu (bundan sonra - Girovqoyan) ilə Bank arasında 04 sentyabr 2013-cü il tarixdə 037İ saylı ipoteka müqaviləsi bağlanmış və Girovqoyana məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və 0.1254 ha torpaq sahəsi ilə birgə (girov) ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 sayı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2014-cü il tarixdə DƏDRX tərəfındən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın bankın xeyrinə yüklü edilməsi barədə ******* nömrəli “Çıxarış” verilmişdir. Lakin, borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 05 oktyabr 2018-ci il tarixinə banka 5685,98 (beş min altı yüz səksən beş manat),98 qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 590,25 (beş yüz doxsan) manat, 25 qəpik manat, ümumilikdə isə 6276,23 (altı min iki yüz yetmiş altı) manat, 23 qəpik məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün İddiaçı ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında **********720 nömrəli, 07 sentyabr 2018-ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetınə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 037 nömrəli 04 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC (borcverən) Cavabdeh1 (borcalan) 18 (on səkkiz) aylıq güzəştlə, 36 (otuz altı) ay müddətinə, illik 6 (altı) faiz olmaqla 15000 (on beş min) manat məbləğində kredit verməyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı ASC (ipotekasaxlayan), Cavabdeh1 (borcalan) və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlu (ipotekaqoyan) arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, "Gəncəbank” ASC (ipotekasaxlayan) Cavabdeh1 (borcalan) illik 18 (on səkkiz) faiz ödənilməsi şərti ilə, 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verməyi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlu (ipotekaqoyan) Cavabdeh1 (borcalan) 04 sentyabr 2013-cü il tarixli, 037 saylı kredit müqaviləsi üzrə və bu müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliklərin təminatı olaraq DƏDRX tərəfindən 29 oktyabr 2018-ci il tarixdə verilmiş RX № ******* saylı çıxarışına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğluna məxus olan və ipoteka kimi çıxış edən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini (ipotekaqoyulmuş əmlak) 0.1254 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyumuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların X2 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.1254 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır; İddiaçı ASC tərəfindən verilmiş 19 oktyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 sentyabr 2013-cü il tarixli, 037 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 5685,98 (beş min altı yüz səksən beş manat),98 qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 590,25 (beş yüz doxsan) manat, 25 qəpik manat, ümumilikdə isə 6276,23 (altı min iki yüz yetmiş altı) manat, 23 qəpik məbləğində borcu vardır; X4 ********* nömrəli, xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi-DƏDRX, 7 saylı Ərazi İdarəsinin hesabına 10 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir; X4 ********* nömrəli, xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi-DƏDRX, 7 saylı Ərazi İdarəsinin hesabına 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir; X4 ********* nömrəli, xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı tərəfindən Goranboy Rayon Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir; "xxxx" MMC tərəfindən verilmiş Ç-001 nömrəli, 10 yanvar 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Goranboy rayonu, Yolqulular kəndində yerləşən fərdi yaşayış evini və 0.1254 ha torpaq sahəsini müqayisə yanaşması ilə hazırki bazar qiyməti, 40000 (qırx min) manat, likvid qiyməti, 30000 (otuz min) manat təşkil edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəllənin (bundan sonra – MM-in) 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 269.1 və 269.2-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, 04 sentyabr 2013-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı ASC arasında 037 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcluya 15000 (on beş min) manat məbləğində, 18 (on səkkiz) aylıq güzəştlə, 36 (otuz altı) ay müddətinə, illik 6 (altı) faiz olmaqla kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlu ilə Bank arasında 04 sentyabr 2013-cü il tarixdə 037İ saylı ipoteka müqaviləsi bağlanmış və Girovqoyana məxsus olan ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və 0.1254 ha torpaq sahəsi ilə birgə (girov) ilə yüklü edilmişdir. "Gəncəbank” ASC ilə Cavabdeh1 arasında bağlanılmış 04 sentyabr 2013-cü il tarixli, 037 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 18 (on səkkiz) aylıq güzəştlə, 36 (otuz altı) ay müddətinə, illik 6 (altı) faiz olmaqla 15000 (on beş min) manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişlər və onların xx.xx.2018-ci il tarixə 5685,98 (beş min altı yüz səksən beş manat),98 qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 590,25 (beş yüz doxsan) manat, 25 qəpik manat, ümumilikdə isə 6276,23 (altı min iki yüz yetmiş altı) manat, 23 qəpik borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-in 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM-in, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM-in maddə 385.1). Beləliklə, iddiaçı cavabdehlərdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdehlər isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "Gəncəbank” ASC ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlu arasında bağlanmış ipoteka müqaviləsinə əsasən girovqoyanlara məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və 0.1254 ha torpaq sahəsi kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Göstərilən Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdehlər əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş cavabdehə göndərilmiş məktubla ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş Ç-001 nömrəli, 10 yanvar 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Goranboy rayonu, Yolqulular kəndində yerləşən fərdi yaşayış evini və 0.1254 ha torpaq sahəsini müqayisə yanaşması ilə hazırki likvid qiyməti, 30000 (otuz min) manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti 10 yanvar 2025-ci il tarixi üçün tərtib edilmiş sonuncu qiymətləndirmə rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 30000 (otuz min) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, "Gəncəbank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli, 037 saylı kredit müqaviləsi üzrə 5685,98 (beş min altı yüz səksən beş manat),98 qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 590,25 (beş yüz doxsan) manat, 25 qəpik manat, ümumilikdə isə 6276,23 (altı min iki yüz yetmiş altı) manat, 23 qəpik məbləğində borc pul, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma 04 sentyabr 2013-cü il tarixli, 037 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və 0.1254 ha torpaq sahəsi yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışıdan əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh1 qaytarılmalı, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 30000 (otuz min) manat məbləğində müəyyən edilməli, ünvan 1ində 0.1254 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə iddianın "fərdi yaşayış evinin boşaldılması” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan ********* və ********* sаylı mədaxil qəbzlərindən göründüyü kimi, iddiaçı hazırkı tələb üzrə 10 və 20 manat məbləğində dövlət rüsumunu DƏDRX-nə ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0.40 manat xidmət haqqı tutulmuş, ********* sаylı mədaxil qəbzi üzrə isə 30 manat dövlət rüsumu ödəyərək, həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0.40 manat xidmət haqqı tutulmuşdur. iddaçı isə tələbində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Bu səbəbdən də cavabdehlərdən iddiaçının xeyrinə ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, "Gəncəbank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli, 037 saylı kredit müqaviləsi üzrə 5685,98 (beş min altı yüz səksən beş manat),98 qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 590,25 (beş yüz doxsan) manat, 25 qəpik manat, ümumilikdə isə 6276,23 (altı min iki yüz yetmiş altı) manat, 23 qəpik məbləğində borc pul, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma 04 sentyabr 2013-cü il tarixli, 037 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və 0.1254 ha torpaq sahəsi yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışıdan əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh1 qaytarılmalı, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 30000 (otuz min) manat məbləğində müəyyən edilməli, ünvan 1ində 0.1254 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə lər 5685,98 (beş min altı yüz səksən beş manat),98 qəpik məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 0 (sıfır) manat cərimə üzrə borc, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 590,25 (beş yüz doxsan) manat, 25 qəpik manat, ümumilikdə isə 6276,23 (altı min iki yüz yetmiş altı) manat, 23 qəpik məbləğində borc pul, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma 04 sentyabr 2013-cü il tarixli, 037 saylı kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi və 0.1254 ha torpaq sahəsi yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlər iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışıdan əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 30000 (otuz min) manat məbləğində müəyyən edilsin. ünvan 1ində 0.1254 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-17/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-17/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver