Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-177/2023 08.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı nümayəndəsi X2 iştirаkı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsi məhkəmənin dəftərxanasına daxil olduğu vaxtdan hesablanaraq uşaqları 20 dekabr 2013-cü il təvəllüdlü X4 və 21 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən hər uşağa görə 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2013-cü ilin aprel ayında el adəti ilə ailə qurub evlənmiş, nikahı isə 25 iyul 2013-cü ildə Goranboy rayon Qeydiyyat şöbəsində rəsmi qeyd edilmişdir. Bu müddət ərzində 20 dekabr 2013-cü il təvəllüdlü X7 və 21 sentyabr 2015-ci il təvəllüdlü X9 adında uşaqları doğulmuşdur. Birgə yaşamağı mümkün olmadığından Goranboy Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və uşaqlarının onun himayəsinə verilməsi qət edilmişdir. Hal-hazırda uşaqlar onun himayəsindədir və uşaqlarına baxır, uşaqlardan Şaiq Abşeron rayonunun Xırdalan şəhər 7 saylı tam orta məktəbinin İ sinfində, Nəzrin isə İİİ sinfində oxuyur. Atası, anası Goranboy rayonunda yaşayırlar, o, valideyinlərinin yanına uşaqları ilə gedib gəlir, onun və uşaqlarının qeydiyyat yeri Goranboy rayonunun Qaradağlı kəndi olduğu üçün o, Goranboy Rayon Məhkəməsinə müraciət edir. Cavabdeh bu günə kimi uşaqları ilə maraqlanmamışdır. Onun özünün də maddi imkanı uşaqlarının tək saxlamağa imkan vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, tərəflərin nikahı pozularkən iddiaçı cavabdehdən aliment tələb etməmişdir. Bu səbəbdən də uşaqlaırn saxlanılması üçün aliment müəyyən olunmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 648390 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 21 sentyabr 2015-ci ildə Bakı şəhəri, Nizami rayonunda doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 212682 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 20 dekabr 2013-cü ildə Abşeron qəsəbəsində doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır; Goranboy Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(045)-1284/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 25 iyul 2013-cü il tarixdə bağlanmış və həmin tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 206 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 20 dekabr 2013-cü il təvəllüdlü X7 və 21 sentyabr 2015-ci il təvəllüdlü X5 ataları İddiaçı yanında qalması qət edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflərin birgə nikahından 20 dekabr 2013-cü il təvəllüdlü X7 və 21 sentyabr 2015-ci il təvəllüdlü X9 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlar ataları İddiaçı himayəsinə verilmişdir. Məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulan zaman uşaqların saxlanılması üçün aliment müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız ananın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 193 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 46.4 manat (220 manat*12ay=2640 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq, 20 dekabr 2013-cü il təvəllüdlü X4 və 21 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 (yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq, 20 dekabr 2013-cü il təvəllüdlü X4 və 21 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 110 (yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət büdcəsinə 46.4 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-177/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-177/2023
08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver