Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1773/2023 24.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “7810 manat dəyərində qızılzinət əşyaları” tələbinə dair iddia ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7810 (yeddi min səkkiz yüz on) manat dəyərində olan qızıl-zinət əşyalarının özünün və ya dəyərinin müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onunla xx.xx.2020-ci il tarixdə nişanlanmışdır. 30 oktyabr 2021-ci ildə qoşulub onlara getmiş, toyu isə 10 noyabr 2021-ci ildə olmuş, 03 yanvar 2022-ci il tarixdə barışıq olmuşdur. Cavabdehlər tərəfindən ona nişan, toy və barışıq zamanı qızıl-zinət əşyaları alınmışdır. Aralarında mübahisə olduğundan qızılları vermədikləri üçün hüquqları pozulduğundan məcbur olub məhkəməyə müraciət etmişdir. Qızıl əşyaları aşağıdakılardan ibarətdir: 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket - 2500 (iki min beş yüz) manat, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz kulon - 520 (beş yüz iyirmi) manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü - 1400 (bir min dörd yüz) manat, 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük) - 2200 (iki min iki yüz) manat, 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket - 980 (doqquz yüz səksən) manat, 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzük - 210 (iki yüz on) manat. Əlavə olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixdə Zakir onunla mübahisə etmiş və o, anasıgilə getmək istədiyini bildirdikdə Zakir onu döyüb xəsarətlər yetirmiş, buna görə polisə müraciət etmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Onu döyən zaman yuxarıda göstərilən bütün qızıl-zinət əşyaları Xoylu kəndində yaşadıqları evdə saxlanılırdı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, 583 əyarlı qızıldan hazırlanmış 38,4 qram çəkidə və 2500 (iki min beş yüz) manat dəyərində olan reket boyunbağı ona cavabdehlər tərəfindən toy vaxtı hədiyyə olunub və ailə münasibətləri pozulana kimi öz əmlakı kimi istifadə etmişdir. Cavabdehlər məsuliyyətdən yayınmaq üçün həmin boyunbağının qonşuya məxsus olmasını bildirməklə yalan danışırlar. Əgər sözügedən boyunbağı həqiqətən qonşunun olsaydı, o, həmin qızıldan istədiyi vaxt istifadə edə bilməzdi. Fotoşəkillərdən də görünür ki, bütün xüsusi tədbirlərdə o boyunbağı onun üzərində olmuşdur. Bu və digər tələb etdiyi qızıl-zinət əşyaları keçmiş əri onu döydüyü üçün o, evdən qaçarkən cavabdehlərin evində qalmışdır, həmin vaxt özü ilə qızılları götürmək onun ağlına gəlməmişdir. Qızılları Cavabdeh1lə birlikdə Rusiyada lombarda qoyaraq satmaqları barədə deyilənlər həqiqət deyildir, bir dəfə iki qızılı Cavabdeh1 tərəfindən lombarda qoyularaq pul götürülmüş, daha sonra borc bağlanılaraq qızılları geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarından biri olan 583 əyarlı qızıldan hazırlanmış 38,4 qram çəkidə və 2500 (iki min beş yüz) manat dəyərində olan reket boyunbağı Tünzalə adlı qonşularına məxsus olmuşdur. Onunla mehriban qonşuluq münasibətləri olduğuna görə o, sözügedən qızlını toy günü iddiaçının yaxşı görünməsi üçün sonuncunun boynuna taxmağa görə onlara müvəqqəti istifadəyə vermişdir. Toyun sabahı günü həmin boyunbağını qonşularına geri qaytarmışlar. Nişan üzüyünü iddiaçı evdən gedərkən özü ilə aparmış, digər qızıllar isə oğlu Cavabdeh1 İddiaçı ilə birlikdə Rusiyada olan vaxt lombarda qoyaraq pul götürüb ehtiyacları üçün xərcləmişlər, yəni qızıllar lombardda satılmışdır. Halhazırda iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları onlarda deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, iddiaçının boyunbağının qonşuya məxsus olmasından xəbəri olmuş, başqa tədbirlər olanda da həmin boyunbağını qonşudan maneəsiz alaraq taxmış, ona görə də, fotoşəkillərdə həmişə iddiaçının boynunda həmin boyunbağı olmuşdur. Bundan başqa o bildirdi ki, onun oğlu İddiaçı heç vaxt döyməmişdir, sadəcə olaraq xx.xx.2023-cü il tarixdə oğlu iddiaçı ilə sözlü mübahisə etmiş və iddiaçıda özü könüllü şəkildə evdən çıxıb getmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 digər Cavabdeh2 izahatına oxşar məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: «Gəncə univermaq» qızıl-zinət əşyalarının mütəxəssisi tərəfindən verilmiş məktubdan görünür ki, 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket- 2500 (iki min beş yüz) manat, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz kulon-520 (beş yüz iyirmi) manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü- 1400 (bir min dörd yüz) manat, 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük)- 2200 (iki min iki yüz) manat, 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket- 980 (doqquz yüz səksən) manat, 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzük- 210 (iki yüz on) manat təşkil edir; Goranboy Rayon Məhkəməsinin 3(045)-300/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 004587 nömrəli girov biletindən görünür ki, Cavabdeh1 qadın üçün olan 2 ədəd qızılı/daşlı üzüyü 19500 rubla girov qoymuşdur; Fotoşəkillərdən görünür ki, ayrı-ayrı vaxtlarda İddiaçı üzərində iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyaların olması görünür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddia tələbində tələb olunan qızıl-zinət əşyalarının, yəni 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz kulon, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü, 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük), 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket, 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzüyün mövcudluğu və 583 əyarlı qızıldan hazırlanmış 38,4 qram çəkidə olan reket boyunbağı istisna olmaqla digər qızıl-zinət əşyaların iddiaçıya məxsus olması işin mübahisəsiz halları olduğu halda, 583 əyarlı qızıldan hazırlanmış 38,4 qram çəkidə olan reket boyunbağının kimə məxsus olması və eyni zamnada mübahisə predmeti olan qızıl-zinət əşyalarının hazırda kimdə olmasının müəyyən edilməsi isə işin mübahisəli hallarıdır. Bu hallara məhkəmə iclasında tədqiq edilmiş sübutlarla qanunauyğun qiymət verilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə işin hallarına qiymət verərkən iddiaçının gəlin köçdüyü evdən döyülüb qaçdığı (bu fakt Goranboy Rayon Məhkəməsinin 3(045)-300/2023 nömrəli qərarı ilə təsdiq edilir) bir şəraitdə özü ilə hər hansı qızıl-zinət əşyasını aparmasını, həmçinin 583 əyarlı qızıldan hazırlanmış 38,4 qram çəkidə olan reket boyunbağının qonşuya məxsus olmasını, eyni zamanda digər qızıl-zinət əşyalarının iddiaçı ilə birlikdə lombarda qoyularaq satılmasını və əldə olunan vəsaitin birgə ehtiyaclarına sərf olunmasını inandırıcı hesab etmir. Bu hallar cavabdehlər tərəfindən hər hansı sübutla da təsdiq edilməmişdir. Cavabdehlərin qızıl-zinət əşyalarının onda olmasını təkzib etməsi məhkəmə tərəfindən özünü müdafiə və məsuliyyətdən yayınma kimi qiymətləndirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən göründüyü kimi 583 əyarlı qızıldan hazırlanmış 38,4 qram çəkidə olan reket boyunbağı mütəmadi olaraq iddiaçının istifadəsində və sahibliyində olduğu halda, cavabdehlər tərəfindən həmin boyunbağının özgəsinə məxsus olmasının iddia edilməsi ağlabatan mühakimə hesab edilə bilməz. Bundan başqa Cavabdeh1 tərəfindən mübahisə premeti olan qızıllardan cəmi iki ədəd qızıl üzüyün lombarda girov qoyulmasını təsdiq edən girov bileti məhkəməyə təqdim edilsə də, nə həmin qızılların, nə də ki, digər qızılların satılması barədə məhkəməyə hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyalarının mülkiyyətçisinin İddiaçı olması, eyni zamanda həmin qızılların onda olmaması işin faktiki halları və məhkəmə araşdırması ilə öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1) 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket - 2500 (iki min beş yüz) manat, 2) 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz kulon - 520 (beş yüz iyirmi) manat, 3) 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü - 1400 (bir min dörd yüz) manat, 4) 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük) - 2200 (iki min iki yüz) manat, 5) 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket - 980 (doqquz yüz səksən) manat, 6) 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzük - 210 (iki yüz on) manat dəyərində qızıl-zinət əşyaları və ya onların ümumi dəyəri 7810 (yeddi min səkkiz yüz on) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1) 583 əyarlı qızıldan hazırlanmış 38.4 qram çəkidə olan boyunbağı reket - 2500 (iki min beş yüz) manat, 2) 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan ayulduz kulon - 520 (beş yüz iyirmi) manat, 3) 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1.60 karat brilyant nişan üzüyü - 1400 (bir min dörd yüz) manat, 4) 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan 3 karat brilyant qaşlı dəst (tana, üzük) - 2200 (iki min iki yüz) manat, 5) 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə olan qolbaq reket - 980 (doqquz yüz səksən) manat, 6) 583 əyarlı qızıldan hazırlanmış 3 qram çəkidə olan sadə qaşlı üzük - 210 (iki yüz on) manat dəyərində qızılzinət əşyaları və ya onların ümumi dəyəri 7810 (yeddi min səkkiz yüz on) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1773/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1773/2023
24.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver