Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1777/2024 27.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X9, xx.xx.2022-ci il təvəllüdlü X13 və 30 oktyabr 2023cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi 750 (yeddi yüz əlli) manat sabit pul məbləğində alimentin və mediasiyaya ödədiyi 60 manat xidmət haqqının cavabdehdən onun xeyrinə tutuması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu ildə evlənmiş, nikahı isə xx.xx.2020-ci il tarixdə Qeydiyyat Şöbəsində rəsmiləşdirmişdir. Onların birgə nikahından 28 avqust 2020-ci il tarixdə X9, xx.xx.2022-ci il tarixdə X14 və 30 oktyabr 2023-cü il tarixdə X10 adlı uşağı doğulmuşdur. Onlar evləndiyi ilk vaxtlar ailə münasibətləri normal olsa da, sonradan onların münasibətləri kəskinləşmişdir. Xasiyyəti tutmut və onlar yola gedə bilmirlər. Cavabdeh ailəsinə, uşağına qarşı çox laqeiddir. Cavabdehin bu hərəkətləri artıq dözülməz hala çatmışdır. Elə buna görə də təxminən bir neçə ay olar ki, o uşaqları da götürüb atası evinə getmiş, həmin vaxtdan onlar ayrılmış, ayrı-ayrı ünvanlarda yaşayırlar. Onlar ayrıldığı vaxtdan cavabdeh ona uşağlarının saxlanılması üçün hər hansı bir maddi yardım göstərmir. Uşağı böyüyür, o uşağın tələbatını normal ödəyə bilmir. Cavabdeh fərdi əməklə məşğul olur, onun normal qazancı var ki, o, normal alıment ödəmək iqtidarındadır. Bütün bu olanlara görə o məcbur olub Goranboy 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehin nümayəndəsi Mediasiya Sesiyasına gəlsə də onlar hər hansı razılığa gələ bilməmişlər, ona görə mediator ona ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış vermiş və məhkəməyə müraciət etməyini bildirmişdir. O da qanunvericiliyin tələbinə uyğun olaraq ardıcıl olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh normal aliment ödəmək iqtidarındadır. Cavabdeh uşaqların saxlanılmaları üçün istənilən həddə aliment ödəyə bilər. Odur ki, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3, xx.xx.2022-ci il təvəllüdlü X6 və 30 oklvabr 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər av hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi 750 (yeddi yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda atası evində uşaqları ilə birlikdə yaşayır. Cavabdeh bu müddət ərzində bir dəfə olsun belə uşaqları ilə maraqlanmamış, nə də ki, maddi köməklik etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul qismən qəbul edərək bildirdi ki, iddia tələbində qeyd edilən aliment məbləğini ödəmək iqtidarında deyildir. Birgə nikahdan doğulmuş uşaqlarının saxlanması üçün hər ay hər uşaq üçün 100 manat məbləğində aliment ödəyə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 416774 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2020-ci il tarixdə bağlanmış və və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 162 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 511822 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada arayışdan görünür ki, X11 28 avqust 2020-ci ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 695272 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada arayışdan görünür ki, X15 18 aprel 2022-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Rusiya Federasiyası Moskva VVAQ orqanı tərəfindən verilmiş P seriyalı 00190 nömrəli doğum haqqında arayışın azərbaycan dilinə tərcumə edilmiş surətinən görünür ki, Cavabdeh 30 oktyabr 2023-cü ildə Rusiya Federasiyası, Moskva şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Bərdə rayon Məhkəməsinin 2(021)-5209/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X12 arasında 10 oktyabr 2016-cı ildə Goranboy rayon Qeydiyyat şöbəsində 186 nömrə ilə qeyd edilmiş nikahın pozulması və tərəflərin birgə nikahdan doğulmuş 05 avqust 2017-ci ildə anadan olmuş X8 anası X5 himayəsində saxlanılması qət edilmişdir; Goranboy rayon Məhkəməsinin 2(045)-117/2018 nömrəli, 06 mart 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş övladı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat məbləğində pul alınaraq X7 verilməsi qət edilmişdir; "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********4 nömrəli qəbzdən görünür ki, İddiaçı mediasiya təşkilatı üçün 60 manat məbləğində mediasiya rüsumu ödəmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X9, xx.xx.2022-ci il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X2 atasıdır. İddiaçı uşaqlarının saxlanılması üçün hər ay hər uşaq Cavabdeh 250 manat məbləğində aliment ödəməyi tələb etsə də, cavabdeh iddia tələbinə etiraz edərək, qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 250 manat, ümumilikdə 750 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarı hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsinə dair qeyd edir ki, tələb bu hissədə də qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində vəsaitin yarısı, yəni 30 (otuz) manat hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (Əsas: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsi). Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 77,60 manat (480 manat*12ay=5760 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X9, xx.xx.2022-ci il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment, həmçinin ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin yarısı, yəni 30 (otuz) manat məbləğində vəsaitin əvəzi iddiaçının xeyrinə, bundan başqa cavabdehdən dövlət büdcəsinə 77,60 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020ci il təvəllüdlü X9, xx.xx.2022-ci il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 77,60 manat məbləğində dövlət rüsumu və ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin yarısı, yəni 30 (otuz) manat məbləğində vəsaitin əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamə aliment tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1777/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1777/2024
27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver