Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-178/2025 04.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət tələbinə dair» mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qızıl-zinət tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus 1 ədəd nişan üzüyü (brilyant qaşla bəzədilmiş) 583 əyar. 5 qram - 500 (beş yüz) manat dəyərində, 1 ədəd komplekt dəst (sırğa, boyunbağı, klon və üzük brilyat qaşla bəzədilmiş) 583 əyar 20 qram - 2000 (iki manat dəyərində, 1 ədəd qolbağı 583 əyar 4 qram - 350 (üç yüz əlli) manat dəyərində, 1 ədəd üzük (brilyant qaşla bəzədilmiş) 583 əyar. 6 qram 600 manat dəyərində, 1 ədəd qızıl sırğa (fianil qaşla) 593 əyar. 6 qram -700 manat dəyərində, qızıl-zinət əşyaları və onların ümumi dəyəri olan 4150 (dörd min yüz əlli) manat pul vəsaiti, bundan əlavə olaraq ona məxsus geyim əşyaları və həmçinin tərəfindən ödənilən 60 (altmış) manat mediasiya xidmət haqqının, qızıl-zinət əşyalarını qiymətləndirdiyi üçün verdiyi 60 (altmış) manat xidmət haqqının, ümumilikdə iddianı qaldırmaq üçün xərclədiyi 120 (yüz iyirmi) manat pul vəsaitinin alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 ilə 2024-cü ilin iyun ayının 29-da el adəti üzrə ailə həyatı qurmuşdur. Lakin nikahı rəsmiləşdirməmişlər. Onların toyu zamanı və toydan sonra cavabdeh, cavabdehin qohumları və onun anası tərəfindən ona müxtəlif qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Toydan təxminən bir ay sonra cavabdeh ondan qızıl-zinət əşyalarını istəmişdir ki, borcu vardır. Qızılları lombarda qoyub pul götürməsi üçün ona vermişdir. 5-6 günə qızıllarını çıxardıb qaytaracağına söz vermişdir. Eyni zamanda ona tapşırmışdır ki, kiminsə bundan xəbəri olmasın. Lakin cavabdeh ona məxsus olan qızılları geri qaytarmamamışdır. O ondan qızıllarını istədikdə o, evdə əsassız olaraq dava-dalaş salımışdır. Beləliklə, onların sözü tutmamış, xasiyyəti uyğun gəlməmiş və təxminən toydan 2-3 ay sonra ayrılmışlar, o atası evinə gəlmişdir. Onlar ayrıldığı zaman qızılları cavabdehdən tələb etdikdə o, hər hansı bir qızıl əşyası qaytarmayacağını bildirmişdir. Belə olan halda o məcbur olub qızıllarını almaq üçün polisə müraciət etmişdir. 2024-cü ilin oktyabr ayının 13-də X2 izahat verərək bildirmişdir ki, 10 gün müddətinə bütün qızıl-zinət əşyalarını qaytaracaqdır. Lakin yenə verdiyi sözə əməl etməmişdir. Polisdən ona bildirmişlər ki, bu mülki iş olduğundan məhkəməyə müraciət etməlidir. Bundan əlavə ona məxsus geyim əşyalarını da götürməmiş, onun geyim əşyaları cavabdehin ünvanında qalmışdır. Buna görə də Cavabdeh ona məxsus 1 ədəd nişan üzüyü (brilyant qaşla bəzədilmiş) 583 əyar. 5 qram - 500 (beş yüz) manat dəyərində, 1 ədəd komplekt dəst (sırğa, boyunbağı, klon və üzük brilyat qaşla bəzədilmiş) 583 əyar 20 qram - 2000 (iki manat dəyərində, 1 ədəd qolbağı 583 əyar 4 qram - 350 (üç yüz əlli) manat dəyərində, 1 ədəd üzük (brilyant qaşla bəzədilmiş) 583 əyar. 6 qram 600 manat dəyərində, 1 ədəd qızıl sırğa (fianil qaşla) 593 əyar. 6 qram -700 manat dəyərində, qızılzinət əşyaları və va onların ümumi dəyəri olan 4150 (dörd min yüz əlli) manat pul vəsaiti, bundan əlavə olaraq ona məxsus geyim əşyaları və həmçinin tərəfindən ödənilən 60 (altmış) manat mediasiya xidmət haqqının, qızıl-zinət əşyalarını qiymətləndirdiyi üçün verdiyi 60 (altmış) manat xidmət haqqının, ümumilikdə iddianı qaldırmaq üçün xərclədiyi 120 (yüz iyirmi) manat pul vəsaitinin alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilən qızılları cavabdehə verdiyini, buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia ərizəsində göstərilən qızıllar cavabdeh tərəfindən polisdə etiraf edilmişdir. Cavabdeh cəmi 1 qızıl üzüyü polisdə onlara qaytarmışdır.Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildridi ki, iddiaçının iddia ərizəsində göstərdiyi qızıllar iddiaçıdadır və iddiaçı ona qızıl əşyası verməmişdir. O evdən könüllü getmiş, gedərkən əşyalarını aparmışdır. O, iddiaçıdan 2 qızıl üzük və sırğa götürmüşdür. 1 qızıl üzüyü polis şöbəsində iddiaçıya qaytarmışdır. Onda qalan 1 qızıl üzük və sırğanı lombarda qoymuşdur. Həmin əşyaları lombardın borcunu qaytardıqdan sonra iddiaçıya verəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Goranboy 1 saylı Mediasiya təşkilatının arayışından və qəbzlərdən görünür k, ümumilikdə 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Əmlakın Qiymətləndirilməsi MMC-nin kassa mədaxil orderindən görünür ki, əşyaların qiymətləndirilməsi üçün İddiaçı tərəfindən 100 manat ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Əmlakın Qiymətləndirməsi MMC-nin verdiyi 18 noyabr 2024-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, qızıl nişan üzüyü (brilyant qaşlarla bəzədilmiş) 1 ədəd Türkiyə istehsalı 585 əyar 5 qram dəyəri – 500 manat, qızıl komplekt dəsti (sırğa, sep, klon və üzük brilyant qaşlarla bəzədilmiş) 1 ədəd Türkiyə istehsalı 585 əyar 20 qram dəyəri – 2000 manat, qızıl qolbağı 1 ədəd Rusiya istehsalı 583 əyar 4 qram dəyəri – 350 manat, qızıl üzük (brilyant qaşlarla bəzədilmiş) 1 ədəd Rusiya istehsalı 583 əyar 6 qram dəyəri – 600 manat, qızıl sırğa (fianit qaşla bəzədilmiş) 1 ədəd Rusiya istehsalı 583 əyar 6 qram dəyəri – 700 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Cavabdeh Goranboy Rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, o iddiaçıya aid olan 1 ədəd kişi üzüyü, 1 ədəd qadın üzüyü, 1 ədəd tananın onda olduğunu etiraf etmiş və 23 oktyabr 2024-cü il tarixədək qaytaracağını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Seriya AA 327929 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məxsus 1 ədəd nişan üzüyü (brilyant qaşla bəzədilmiş) 583 əyar. 5 qram - 500 (beş yüz) manat dəyərində, 1 ədəd komplekt dəst (sırğa, boyunbağı, klon və üzük brilyat qaşla bəzədilmiş) 583 əyar 20 qram - 2000 (iki manat dəyərində, 1 ədəd qolbağı 583 əyar 4 qram - 350 (üç yüz əlli) manat dəyərində, 1 ədəd üzük (brilyant qaşla bəzədilmiş) 583 əyar. 6 qram 600 manat dəyərində, 1 ədəd qızıl sırğa (fianil qaşla) 593 əyar. 6 qram -700 manat dəyərində, qızıl-zinət əşyaları və ona məxsus geyim əşyalarının cavabdehdə olduğunu iddia etsə də buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında və Goranboy Rayon Polis Şöbəsində verdiyi izahatında iddiaçının iddia etdiyi əşyalardan yalnız 1 ədəd nişan üzüyü (brilyant qaşla bəzədilmiş) 583 əyar. 5 qram - 500 (beş yüz) manat dəyərində, 1 ədəd üzük (brilyant qaşla bəzədilmiş) 583 əyar. 6 qram 600 manat dəyərində, 1 ədəd qızıl sırğa (fianil qaşla) 593 əyar. 6 qram -700 manat dəyərində əşyaların onda olduğunu etiraf etmişdir. Məhkəmə iclasında hər iki tərəfin izahatında cavabdehin etiraf etdiyi əşyalardan- 583 əyar. 5 qram - 500 (beş yüz) manat dəyərində 1 ədəd nişan üzüyünün (brilyant qaşla bəzədilmiş) iddiaçıya qaytarıldığı hər iki tərəfin izahatı ilə təsdiq edilmişdir. Göründüyü kimi 1 ədəd üzük (brilyant qaşla bəzədilmiş) 583 əyar. 6 qram 600 manat dəyərində, 1 ədəd qızıl sırğa (fianil qaşla) 593 əyar. 6 qram -700 manat dəyərində qızıl əşyalarının hazırda cavabdehdə olduğu mötəbər sübutlarla təsdqini tapmışdır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsidir, yalnız həmin maddənin dispozisiya şərtləri tam şəkildə sübuta yetirildikdə iddia təmin edilə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquqda ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtinə görə; Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı; mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli; mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli; özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı; mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı; geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı; əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır. Məhkəmə iddiaçının qızıl-zinət əşyaları tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir: Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, işin mübahisələndirilən halı qızıl-zinət əşyasının cavabdehdə olub-olmaması ilə əlaqədardır. Qeyd edilənləri nəzərə alaraq mötəbər sübutlarla təsdqini tapdığından iddiaçıya məxsus 1 ədəd üzük (brilyant qaşla bəzədilmiş) 583 əyar. 6 qram 600 manat dəyərində, 1 ədəd qızıl sırğa (fianil qaşla) 593 əyar. 6 qram -700 manat dəyərində qızıl əşyaları və yaxud onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbində göstərilmiş digər qızıl əşyalarının cavabdehdə olmasına, iddiaçının bildirdiyi kimi əşyaları könüllü iddiaçıya verməsinə, iddiçıya məxsus geyim əşyalarının cavabdehdə olmasına dair iddia tərəfi məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, iddia tələbinin "xxxx" MMC-yə ödənilən 60 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, qiymətləndiriciyə ödənilmiş məbləğ hissəsində pulun tutlması hissəsində tələb təmin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı tərəfindən mediasiya şurasına ödənilən 60 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə də qiymət verərək, qeyd etməyi zəruri hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə subutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus 583 əyar, çəkisi 6 qram olan 600 manat dəyərində 1 ədəd üzük (brilyant qaşla bəzədilmiş), 583 əyar, çəkisi 6 qram olan 700 manat dəyərində 1 ədəd qızıl sırğa (fianil qaşlı) və yaxud onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus 583 əyar, çəkisi 6 qram olan 600 manat dəyərində 1 ədəd üzük (brilyant qaşla bəzədilmiş), 583 əyar, çəkisi 6 qram olan 700 manat dəyərində 1 ədəd qızıl sırğa (fianil qaşlı) və yaxud onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh mütəxəssis xərci kimi ödənilmiş 60 manat və Goranboy 1 saylı Mediasiya Təşkilatına ödənilmiş 60 manat tutularaq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-178/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-178/2025
04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver