Məhkəmə qərarları › İş №2(045)-1801/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1801/2025

05.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1801/2025 05.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X17 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əkiz övladları: 27 iyun 2025-ci il təvəllüldü X7 və X1 üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi olaraq 21 avqust 2024-cü il tarixdə 1 saylı X16 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində ailə qurmuşlar. Nikahdan əkiz övladları olmuşdur: 27 iyun 2025-ci il təvəllüldü X10 və X12. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən xeyli vaxtdır ki ayrılmışlar və o, valideyinlərinin yanında qayıtmışdır. Cavabdeh uşaqların xərclərini qarşılamaqda ona heç bir köməlik etməmişdir. O, aliment tələbi ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Goranboy 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Bu barədə 20 avqust 2025-ci il tarixli, MŞG/MT/032-2025-00388 saylı arayışı məhkəməyə təqdim edir. İddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, hər uşağın saxlanması üçün 200 manat aliment tələb etdiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, hər ay bir uşağın saxlanması üçün 175 manat aliment ödəməyə imkanı çatır. Məhkəmə iclasında Cavabdeh onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək bildirdi ki, hazırda cavabdehin rəsmi gəliri pensiya olsa da, 2027-ci ildə bitəcəyini, heç bir yerdə işləmədiyini, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Naftalan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ №622600 saylı doğum nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 21 avqust 2024-cü il tarixdə Naftalan şəhər Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 937 nömrə ilə qeyd edilmişdir X11 tərəfindən verilmiş AZ İV №975647 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 27 iyun 2025-ci il tarixdə Goranboy şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. X11 tərəfindən verilmiş AZ İV №975648 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 27 iyun 2025-ci il tarixdə Goranboy şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Naftalan şəhər 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 22 sentyabr 2025-ci il tarixli, 190 saylı Arayışdan görünür ki, Ağazadə X9 şəhəri Ş.Qurbanov küçəsi ev 01, mənzil 38-də qeydiyyatdadır və yaşayır. “Mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 avqust 2025-ci il tarixli, MŞG/MT/032-2025-00388 nömrəli arayışdan görünür ki, “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. “X18 Company” MMC tərəfindən verilmiş 14 oktyabr 2025-ci il tarixli Arayış № CHS004/25 görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən “X18 Company” MMC-nin Tibb Şöbəsində, tibbi bacısı vəzifəsində çalışır. Vəzifə maaşı 622 manat təşkil edir (vergilər və digər rüsumlar çıxılmazdan öncə). X5 №6203 görünür ki, 16 may 2002-ci ildə N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 1460 nömrəli göndərişi ilə Cavabdeh xx.xx.2021-xx.xx.2021-ci il tarixədək X3 “Partlayış travması, sağ ənd cibinin ön və bayır divarının sınığından sonrakı vəziyyət. Üzün və sol aşağı ətrafın küt travması” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: çıxarış epikrizi). xx.xx.2021-ci il tarixdə MN MHP-da şəhadətləndirilərək 15 gün müddətinə məzuniyyət verilmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək “Sol budçanaq oynağının kontrakturası və ağrı sindromu”, xx.xx.2022—xx.xx.2022-ci il tarixədək “Parylayış travması (xx.xx.2020), sol qasıq sümüyünün hər iki şaxəsinin, sol qalmış sümüyünün distal metafizinin, sol aşıq sümüyünün taterial kənarının, qapalı sınığına görə aparılmış konservativ müalicədən, sol aşıq-baldır oynağının birinci mərhələ osteoartrozu” diaqnozu ilə MN BKH-da stasionar müalicədə olmuşdur. N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. MN BKH-nın üz çənə cərrahı, stomatoloqu və travmatoloqu ilə konsultasiya olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi – Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 079 saylı Hərbi Hissədən verilmiş X6 görünür ki, Cavabdeh üçüncü dərəcəli əlildir. Yüngül işlərdə işləyə bilər. Həmçinin, xx.xx.2020-ci il tarixdə Suqovuşan istiqamətində olarkən düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində zirehli texnikanın üzərindən yıxılaraq “üzün küt travması, sağ əng cibinin ön və bayır divarının yerdəyişən sınığı, üzn sağ yarısının yumşaq toxumalarının əzilmiş sıyrılmış yarası, qasıq sümüyünün sol yuxarı və aşağı şaxəsinin yerdəyişməyən sınığı” ilə xəsarət almışdır. 20 avqust 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 60 manat mediasiya üçün dövlət rüsumu ödəmişdir Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər 21 avqust 2024-cü il tarixdə nikah bağlamışlar. Birgə nikahlarından iki əkiz övladları olmuşdur. Ailə münasibətləri pozulduğundan iddiaçı hazırda valideyinllərinin yanında əkiz uşaqları ilə birlikdə qalır. Hazırda iddiaçı uşaqların atasının onların saxlanılmasında maddi yardım göstərmədiyini əsas gətirərək hər ay hər uşağın saxlanması üçün aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 280 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş 27 iyun 2025-ci il təvəllüldü X7 və X8 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur; 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq 27 iyun 2025-ci il təvəllüldü X7 və X2 üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 46,44 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-nin 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq 27 iyun 2025-ci il təvəllüldü X7 və X2 üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh dövlət büdcəsinə 46,44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar