Məhkəmə qərarları › İş №2(045)-1808/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1808/2023

10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1808/2023 10.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı “əmlakın evdın çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Goranboy rayonu, İrəvanlı kəndində yerləşən, onun mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh cehiz ışyalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh gəlini olmuşdur. X1 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdurlar. Cavabdeh oğlu ilə ailə qurduqdan sonra onun mükiyyətində olan və Goranboy rayonunun İrəvanlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə yığmışdır. Məhkəməyə təqdim etdiyi nikahın ləğvi barədə şahadətnamənin təsdiqlənmiş surətindən görünür ki, cavabdehlə oğlu arasinda olan nikah qeydi 20 sentyabr 2022-ci il tarixdə ləğv edilmişdir. Ondan da xeyli əvvəl cavabdeh uşaqları iə birlikdə atası evinə getmişdir və orada yaşayır. Cavabdeh atası evində yaşasa da, gətirdiyi cehiz əşyaları onun mülkiyyətində olan evdə qalmaqdadır. Həmin əşyaların onun evində olması ona və ailə üzvlərinə mane olur, evindən istədiyi kimi istifadə edə bilmir. Belə ki, oğlu Vüsal da evlidir. O biri gəlininin də cehiz əşyaları həmin evdədir. Bundan başqa nəvələri də var, cavabdehin əmlakının evdə olmasi onlara çox mane olur. Cavabdehə dəfələrlə təklif olunmuşdur ki, cehiz əmlakını onun evindən çıxarsın, lakin o, könüllü olaraq əşyalarını çıxarmaq istəmir. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli olan çıxarışdan görünür ki, Goranboy rayonu, İrəvanlı kəndində yerləşən,119 m2 fərdi yaşayış ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Tələbi ondan ibarətdir ki, cavabdehin oğlu ilə barışıb-barışmamasından asılı olmayaraq ailə qurduğu zaman gətirdiyi cehiz əşyalarını onun evindən çıxarsın. Həmin əmlaklar ona lazım deyildir, evində sıxlıq yaradaraq sərbəst hərəkətlərinə mane olur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçıya məxsus Goranboy rayonu, İrəvanlı kəndində yerləşən fərdi yaşayış evində olan cehiz əşyaları ona məxsusdur və evdən çıxarmağa razıdır. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlat Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Goranboy rayonu, İrəvanlı kəndində yerləşən,119 m2 fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 423473 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 ilə X2 arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir; Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı məhkəmədə ona qarşı qaldırmış olduğu “əmlakın evdən çıxarılması” tələbini qəbul edir və əmlaklarını evdən çıxarmağa razıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçının X1 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh İddiaçı məxsus Goranboy rayonu, İrəvanlı kəndində gəlin köçmüş və özü ilə cehiz əşyaları gətirmişdir. Sonradan tərəflər arasında münasibətlər kəskinləşmiş və iddiaçının oğlu Tural Məmmədov ilə Cavabdeh arasında yaranmış narazılıqlar əsasında Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah qeydi pozulmuş və cavabdeh evi tərk etməyə məcbur qalmışdır. Cavabdeh məxsus cehiz əşyaları İddiaçı evində qalmış və o, onların oradan çıxarılmsını tələb edir. Hazırda cavabdeh İddiaçı mülkiyyətində olan Goranboy rayonu, İrəvanlə kəndində yerləşən fərdi yaşayış evindən həmin əşyaları çıxarmağa etiraz etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verǝrǝk hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus cehiz əşyaları İddiaçı məxsus Goranboy rayonu, İrəvanlə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları İddiaçı məxsus Goranboy rayonu, İrəvanlə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar