Məhkəmə qərarları › İş №2(045)-1840/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1840/2025

19.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1840/2025 19.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iki uşağın saxlanılması üçün hər ay cavabdehin aylıq əmək haqqının 1/3 hissəsi məbləğində onun xeyrinə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ilin dekabr ayının 26-də rəsmi nikah bağlayaraq, ailə qurmuşlar. Birgə nikah dövründə onların 2 uşaqları olmuşdur. Onlar birlikdə artıq N ildir ki, ailə kimi yaşayırlar. Lakin son illər Cavabdeh ilə münasibətləri pisləşmişdir. Belə ki, Cavabdeh hərbidə işləyən vaxtdan ailəsinə, yəni ona və uşaqlarına baxmır. Cavabdeh aylarla işdən evə gəlmir, onun və uşaqlarının maddi təminatını ödəmir və onlarla maraqlanmır, heç bir qayğılarına qalmır. Uşaqalarının onun himayəsində qalmasına baxmayaraq, cavabdeh ona uşaqlarına baxmağına görə heç bir köməklik göstərmir. Beləliklə, Cavabdeh ona və uşaqlarına baxmadığı üçün o, məcburiyyət qarşısında qalıb Goranboy Rayon Məhkəməsinə muraciət etməli olur. Hazırda maddi vəziyyəti aşağı səviyyədə olduğu üçün uşağına baxa bilmir, valideynlərinin köməkliyi ilə uşaqlarının maddi təminatını ödəməyə çalışır. Cavabdeh hazırda hərbidə işləyir və N saylı hərbi hissədə (MAXE) xidmət edir. N saylı hərbi hissədə işləyərək hər ay N (bir min) manatdan artıq əmək haqqı alır və əlavə qazanc da əldə edir. Belə olduğu halda Cavabdeh ayda aylıq qazancının 1/3 hissəsi məbləğində aliment tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Goranboy rayon Tapqaraqoyunlu kənd İN tərəfindən verilmiş AZ-l seriyalı 454381 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 26 dekabr 2008-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikası Goranboy rayon Tapqaraqoyunlu kənd İN tərəfindən verilmiş AZ-ll seriyalı 387208 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08 dekabr 2009-cu ildə Goranboy şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Azərbaycan Respublikası Goranboy rayon Tapqaraqoyunlu kənd İN tərəfindən verilmiş AZ-ll seriyalı 716373 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 09 avqust 2011-ci ildə Naftalan şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Azərbaycan Respublikası Müdafiə Nazirliyi N7 nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-186/2-2800/25 nömrəli məktubdan görünür ki, Cavabdeh N7 nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusudur; “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarışdan görünür ki, Cavabdeh müharibə veteranıdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 08 dekabr 2009-cu təvəllüdlü X3 və 09 avqust 2011-ci il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflər ayrı yaşayır və uşaqlar iddiaçının yanında qalır. Hazırda iddiaçı uşaqların atasının onların saxlanılmasında maddi yardım göstərmədiyini əsas gətirərək, hər ay uşaqların saxlanması üçün aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün N6 manat müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün N6 manat müəyyən olunduğundan, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olduğundan, iddiaçının cavabdehdən əmək haqının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında alimentin tutulmasına dair tələbi olduğundan tərəflərin birgə nikahlarından doğulmuş 08 dekabr 2009-cu təvəllüdlü X3 və 09 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi məbləğində aliment müəyyən olunmalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 1N.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə dövlət büdcəsinə dövlət rüsumunun tutulması məsələsinə dair qeyd edir ki, cavabdeh müharibə veteranı olduğuna görə “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Bundan başqa iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olunması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahdan doğulmuş 08 dekabr 2009-cu təvəllüdlü X3 və 09 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən etibarən hər ay qazancının hissəsi miqdarında aliment tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahdan doğulmuş 08 dekabr 2009-cu təvəllüdlü X3 və 09 avqust 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən etibarən hər ay qazancının hissəsi miqdarında aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar