Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1869/2023 17.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat alimentin tutularaq azyaşlı uşaqları 02 fevral 2014-cü il təvəllüdlü X4, 16 avqust 2015-ci il təvəllüdlü X6 və 25 yanvar 2019-cu il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17 may 2011-ci ildə ailə qurmuşlar. Lakin, cavabdehin təqsiri ucbatından nikahlarını rəsmi qeyd etdirməmişlər. Birgə yaşadıqları müddətdə üç uşaqları olmuşdur: X9 - 02 fevral 2014-cü il təvəllüdlü, X10 - 16 avqust 2015-ci il təvəllüdlü, X11 25 yanvar 2019-cu il təvəllüdlü. Cavabdehlə ailə münasibətləri onun təqsiri ucbatından pozulmuşdur. Belə ki, cavabdehlə münasibətləri elə ilk gündən yaxşı olmamışdır. Çünki, cavabdeh içki içir, evə sərxoş gəlir, sonra da əsassız olaraq onu təhqir edir, hətta döyür. Bu hal dəfələrlə təkrarlandığı üçün 16 fevral 2023-cü il tarixdə uşaqlarını da götürüb bacısının evinə gəlmişdir. O, bir ana kimi uşaqlarının gələcəyi, onların sağlam böyüməsi üçün hər şey edir. Lakin, cavabdeh bir ata kimi üzərinə düşən məsuliyyəti başa düşmür. Bu neçə ayda bir dəfə də olsun ki, cavabdeh ailəsi, uşaqları ilə maraqlanmamışdır. Onlar harada yaşaması, uşaqların nə yeməsi, necə yaşaması cavabdehin vecinə də deyil. Halbuki, cavabdeh tikinti ustası işləyir (əlindən hər iş gəlir, evi bünövrədən götürərək tam hazır vəziyyətdə təhvil verir). Cavabdeh ayda bəzən 3-4 min manat qazansa da qazancını ailəsinə, uşağına sərf etmir. Uşaqları xəstədir. Hər ay onların müalicəsi üçün xeyli pul lazım olur. İstəyir ki, bir ata kimi cavabdeh də uşaları qarşısında öhdəliyi olduğunu anlasın. Ona görə də isdəyir ki, hər ay cavadehdən sabit pul məbləğində uşaqları üçün yaşayış minimumu həddində, yəni bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat aliment tutularaq ona verilsin. Hesab edir ki, uşaqlarının diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Ona görə də cavabdehdən hər ay sabit pul məbləğində üç uşaq üçün cəmi 660 (altı yüz altmış) manat alimentin alınıb ona verilməsini istəyir. Laki, cavabdeh könüllü aliment vermək istəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 253120 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir; Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 294760 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə İddiaçı doğulmuş X8 atası hesab edilmişdir; Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 454303 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir; Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 452061 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2014-cü ildə Sabirabad rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 679004 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2015-ci ildə Sabirabad rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 445266 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2019-cu ildə Sabirabad rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 atasıdır. İddiaçı birgə nikahdan olan uşaqlarının saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 660 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 59.6 manat (330 manat*12ay=3960 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 (yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 (yüz on) manat, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 59.6 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-1869/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1869/2023
17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver