Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1935/2025 02.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin və ödədiyi 60 (altmış) manat mediasiya xərcinin əvəzinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi olaraq xx.xx.2011-ci ildə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı üç övladları doğulmuşdur. Cavabdeh bir ailə başçısı kimi ailəsinin qayğısına qalmır, könüllü şəkildə uşaqların ehtiyaclarını qarşılamır. Cavabdeh hal-hazırda uşaqların saxlanılmasında ona heç bir köməklik göstərmir. O da aliment məsələsi ilə bağlı məhkəməyə üz tutmalı olmuşdur. Uşaqları tək saxlamaq onun üçün maddi cəhətdən çətindir. Cavabdeh hərbçidir, aylıq gəliri normaldır. Aliment ödəməyə maddi gücü çatır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-l seriyalı 669454 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında nikah 12 may 2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 198 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-ll seriyalı 684658 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 may 2011-ci ildə Goranboy şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-lll seriyalı 023711 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08 yanvar 2013-ci ildə Goranboy şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-lV seriyalı 360690 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 28 noyabr 2019-cu ildə Goranboy şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı mediasiyaya müraciət üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir; “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarışdan görünür ki, Cavabdeh müharibə veteranıdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər ayrı yaşayır və uşaqlar iddiaçının yanında qalır. Hazırda iddiaçı uşaqların atasının onların saxlanılmasında maddi yardım göstərmədiyini əsas gətirərək, hər ay uşaqların saxlanması üçün aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76.1.2.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən olunduğundan, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olduğundan, iddiaçının cavabdehdən əmək haqının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında alimentin tutulmasına dair tələbi olduğundan tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment müəyyən olunmalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə dövlət büdcəsinə dövlət rüsumunun tutulması məsələsinə dair qeyd edir ki, cavabdeh müharibə veteranı olduğuna görə “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Bundan başqa iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olunması nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsində qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən cavabdeh ilkin mediasiya prosesində iştirak etmədiyi üçün iddia bu hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən etibarən hər ay qazancının və ya başqa gəlirlərinin hissəsi miqdarında aliment, həmçinin Cavabdeh İddiaçı xeyrinə 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən etibarən hər ay qazancının və ya başqa gəlirlərinin hissəsi miqdarında aliment tutulsun. Cavabdeh İddiaçı xeyrinə 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1935/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1935/2025
02.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver