Məhkəmə qərarları › İş №2(045)-1976/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1976/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1976/2024 10.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının Goranboy rayonu, Yeniyol kəndində yerləşən evindən çıxarılaraq Cavabdeh qaytarılması barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü ildə nikaha daxil olub ailə qurmuş və nikahı Goranboy rayon Qeydiyyat Şöbəsində 297 nömrə ilə qeyd etdirmişdir. 2024-cü ilin yanvar ayında isə nikahı pozulmuşdur və cavabdeh halhazırda atası evində yaşayır. Ancaq nikahı pozulmasına və cavabdeh atası evində yaşamasına baxmayaraq cehiz əmlakını onun evindən çıxarmır. Bu da ona əlavə maneələr yaradır. Ona görə də, istəyir ki, cavabdeh cehiz əşyalarını onun evindən çıxarsın. Cavabdehə məxsus cehiz əşyaları aşağıdakılardır: 1 ədəd dolab, 1 ədəd servant, 1 ədəd qoşa çarpayı,1 ədəd tək çarpayı, 1 ədəd termo güzgü, 1 ədəd televizor və televizor altı, 1 ədəd uşaq çarpayısı, 2 ədəd tumba, 1 ədəd qabaq masası, 6 ədəd oturacaq stolu, 1 ədəd paltaryuyan maşın, 2 ədəd uşaq dolabı, 1 ədəd palma gül, 1 ədəd sandıq, 1 ədəd tuxovka, 1 ədəd tozsoran, 6 ədəd balınc, 3 ədəd yorğan, 3 ədəd döşək (tək adamlıq), 1 ədəd qoşa çarpayı döşəyi, 1 ədəd ütü stolu, 1 ədəd xalça Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh ilə arasında bağlanmış nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar ananın himayəsinə verilmiş və ondan alimentin tutulması müəyyən edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh atası evində yaşamağa başlamışdır. Cavabdeh gəlin köçən zaman özü ilə gətirdiyi cehiz əşyalarının çıxarılmasını tələb etməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X13 bildirdi ki, iddiaçı ilə arasında bağlanmış nikah pozulduqdan sonra atası evinə getmişdir. O, iddiaçının evinə gəlin köçən zaman özü ilə cehiz əşyaları gətirmiş və hazırda həmin əşyalar iddiaçıya məxsus fərdi yaşayış evindədir. İddia ərizəsində cehiz əşyaları tam əks olunmamışdır. Onun hazırda həmin əşyaları çıxartmağa yeri yoxdur. Odur ki, həmin cehiz əşyalarının çıxarılması üçün ona 3 ay vaxt verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 996757 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında nikah 21 noyabr 2014-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 297 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “İsgəndərova” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 648320 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06 sentyabr 2015-ci ildə Tərtər şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 095063 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 dekabr 2017-ci ildə Tərtər şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3r; Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən verilmiş A seriyalı 126297 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən Goranboy rayon Yeni Yol kəndində yerləşən 3297.28 kv.m həyətyanı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir; Kəlbəcər rayon Məhkəməsinin 2(040)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh X5 arasında 21 noyabr 2014-cü il tarixdə Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 297-ci nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından 06 sentyabr 2015-ci ildə doğulmuş X9 və 03 dekabr 2017-ci ildə doğulmuş X10 nikah pozulduqdan sonra anaları- cavabdeh X1 yanında saxlanılması qət edilmişdir; Goranboy rayon Məhkəməsinin 2(045)-341/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 İddiaçı, X6, X2 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə fərdi yaşayış evindən cehiz əşyalarının çıxarılması ilə bağlıdır və mübahisə aşağıdakı hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan Hüquqlarının və X12 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 21 noyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından iki uşağı doğulmuşdur. Cavabdeh Əfsanə İsgəndərova 2014-cü ildə Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 10 saylı qərarı ilə X6 verilmiş Goranboy rayonu Yeni Yol kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və özü ilə cehiz əşyaları gətirmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah qeydi pozulmuş və uşaqların ananın himayəsində qalması müəyyən edilmişdir. Bundan sonra Cavabdeh uşaqları ilə birlikdə atası evində yaşamağa başlamışdır. Lakin cavabdehin cehiz əşyaları hələ də, iddiaçının sahiblik və istifadəsində olan Goranboy rayonu, Yeni Yol kəndində yerləşən fərdi yaşayış evində qalmışdır. Bununla da iddiaçının öz evindən istifadə etməsində maneələr yaranmış, nəticədə iddiaçı bu maneələrə son qoymağı məhkəmə qaydasında tələb etmişdir. Məhkəmə hesab edir ki, Goranboy rayonu, Yeni Yol kəndində yerləşən fərdi yaşayış evi İddiaçı sahiblik və istifadəsində olduğundan Cavabdeh həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində İddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Odur ki, iddiaçı özünün mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etməkdə haqlıdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verǝrǝk hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus cehiz əşyaları - 1 ədəd dolab, 1 ədəd servant, 1 ədəd qoşa çarpayı,1 ədəd tək çarpayı, 1 ədəd termo güzgü, 1 ədəd televizor və televizor altı, 1 ədəd uşaq çarpayısı, 2 ədəd tumba, 1 ədəd qabaq masası, 6 ədəd oturacaq stolu, 1 ədəd paltaryuyan maşın, 2 ədəd uşaq dolabı, 1 ədəd palma gül, 1 ədəd sandıq, 1 ədəd tuxovka, 1 ədəd tozsoran, 6 ədəd balınc, 3 ədəd yorğan, 3 ədəd döşək (tək adamlıq), 1 ədəd qoşa çarpayı döşəyi, 1 ədəd ütü stolu, 1 ədəd xalça İddiaçı Goranboy rayonu, Yeni Yol kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları - 1 ədəd dolab, 1 ədəd servant, 1 ədəd qoşa çarpayı,1 ədəd tək çarpayı, 1 ədəd termo güzgü, 1 ədəd televizor və televizor altı, 1 ədəd uşaq çarpayısı, 2 ədəd tumba, 1 ədəd qabaq masası, 6 ədəd oturacaq stolu, 1 ədəd paltaryuyan maşın, 2 ədəd uşaq dolabı, 1 ədəd palma gül, 1 ədəd sandıq, 1 ədəd tuxovka, 1 ədəd tozsoran, 6 ədəd balınc, 3 ədəd yorğan, 3 ədəd döşək (tək adamlıq), 1 ədəd qoşa çarpayı döşəyi, 1 ədəd ütü stolu, 1 ədəd xalça İddiaçı Goranboy rayonu, Yeni Yol kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar