Məhkəmə qərarları › İş №2(045)-1982/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1982/2025

17.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1982/2025 17.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ərizə verildiyi gündən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Azərbaycan Respublikası üzrə 2025-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqının 0,6 misli qədər aliment və ödənilmiş 60 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)- 81/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Boşanmadan sonra xx.xx.2008-ci il təvəllüdlü X5 onun himayəsində qalması, xx.xx.2011-ci il təvəllüdlü X6 Cavabdeh yanında qalması və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq ondan hər ay 120 aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 iştirak etmir, bütün uşağın maddi cəhətdən saxlanması onun üzərinə düşür. O, mediasiyaya müraciət etmiş, lakin mediasiya sessiyasında da cavabdehlə bu məsələnin qarşılıqlı razılıq əsasında həllinə nail ola bilməmişik, belə ki, cavabdeh mediasiyaya gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə dair etiraz təqdim edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-81/2021 saylı 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X5 atasının himayəsində, xx.xx.2011-ci il təvəllüdlü X6 isə mənim yanımda saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün 120 (bir yüz iyirmi) manat məbləğində aliment təyin edilmişdir. X3 ona qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Lakin, iddiasını şifahi sözlərlə əsaslandırmış, iddianın əsasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əgər iddiaçı doğurdan da ərizəsində qeyd etdiyi kimi aliment tutulmasının onun maddi vəziyyətini ağırlaşdırırsa, o, qazancını özünə və uşaqlarının taleyini düşünərək onlara sərf edərdi. Belə ki, iddiaçı kənd təsərrüfatı ilə məşğul olur və onun kifayət qədər qazancı var. Hətta onların birgə nikah dövründə əldə etdiyi əmlakların da çox hissəsi ona qalmışdır. Hazırkı real şəraitdə maddi vəziyyəti ağır olan şəxs iddiaçı deyil, odur. İddiaçının təqsirindən ailəsi dağılmışdır. O, himayəsində bir uşaqla gah kirayələrdə, gah qohumlarının evində yaşayır. Qeyd edir ki, iddiaçı məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğindən daha artıq məbləğ ödəyə biləcəyi halda, bunu etmir, uşaqların taleyi ilə maraqlanmır. Hazırkı iddianı qaldırmaqda məqsədi isə ona qarşı sıxıntı yaratmaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Mənəşli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 175655 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Goranboy rayonu Todan kəndində doğulmuş, atası İddiaçı, anası X13r; Goranboy rayon Mənəşli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 634580 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə Goranboy rayonu Todan kəndində doğulmuş, atası İddiaçı, anası X11r; Goranboy Rayon Məhkəməsinin 2(045)-81/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X14 ilə cavabdeh İddiaçı arasında 01 may 2008-ci ildə Goranboy Rayon Mənəşli kənd icra nümayəndəliyində 01 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, boşanmadan sonra 25 iyul 2008-ci il təvəllüdlü X8 atası İddiaçı yanında, 09 mart 2011-ci il təvəllüdlü X9 anası X10 yanında saxlanılması, 09 mart 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 17 sentyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 120 manat miqdarda aliment alınaraq iddiacı X12 verilməsi qət edilmişdir; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 404161 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X14 arasında bağlanmış nikaha xx.xx.2021-ci il tarixində xitam verilmişdir; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, **********5 nömrəli və **********4 nömrəli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Goranboy 1 saylı Mediasiya Təşkilatına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin məhkəmə baxışı zamanı araşdırılmış halları əsasında müəyyən edilmişdir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-81/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 25 iyul 2008-ci il təvəllüdlü X8 atası İddiaçı yanında, 09 mart 2011-ci il təvəllüdlü X4 anası X10 yanında saxlanılması, 09 mart 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 17 sentyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 120 manat miqdarda aliment alınaraq iddiaçı X12 verilməsi müəyyən edilmişdir. Hazırda iddiaçı himayəsində olan uşağın saxlanılması üçün Cavabdeh, yəni uşağın anasından aliment məbləğinin tutulmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndinin izahına görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə xx.xx.2008-ci il təvəllüdlü X2 üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması ilə bağlı qeyd edir ki, əvvəla iddiaçı cavabdehin həmin məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 atada (hazırkı iş üzrə iddiaçı), 09 mart 2011-ci il təvəllüdlü X6 isə ananın (hazırkı iş üzrə cavabdeh) himayəsində qalması və 09 mart 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 120 manat miqdarında alimentin alınaraq Cavabdeh verilməsi barədə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi vardır. Məhkəmə hazırda verilmiş iddia üzrə xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçının xeyrinə alimentin tutulmasını tərəflərin maddi vəziyyətini nəzərə almaqla və mütənasiblik prinsipinə mümkün qədər riayət etməklə, ağlabatan hesab etmir. Çünki cavabdehdən (ana) hazırda ondan maddi cəhətdən üstün görünən iddiaçının (ata) xeyrinə aliment tutulması cavabdeh üçün əlavə maliyyə yükü yaratmaqla, onun himayəsində olan uşağın əvvəlki təminatının səviyyəsinə mənfi təsir göstərəcəkdir ki, bununla da iddiaçıdan cavabdehin xeyrinə tutulması qərara alınmış aliment formal xarakter daşımaqla əhəmiyyətini itirmiş olacaqdır. Odur ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikasnın Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia təmin edilməməli və ödənilmiş 60 manat miqdarında mediasiya xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat miqdarında mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar