Məhkəmə qərarları › İş №2(045)-1983/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1983/2025

18.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1983/2025 18.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə cavabdehin mənzildə istifadə hüququna xitam verilməsi və evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Goranboy rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh kompensasiya ödənilməklə onun mülkiyyətində olan Goranboy rayon Qarasüleymanlı kəndində mənzilinə istifadə hüququn xitam verilməsi və cavabdehin qeyd olunan mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işi tədqiq edərkən müəyyən etdi ki, Goranboy Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi 2(045)-1447/2025 saylı mülki iş vardır və həmin mülki işlərdə tərəflər eyni olmaqla, iddianın predmeti də bir-biri ilə əlaqədardır, ona görə həmin mülki işlərin bir icraatda birləşdrilib baxılması mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hər iki mülki iş bir-biri ilə əlaqədar olduğundan bir icraatda birləşdirilməli, yeni mülki işə 2(045)-1447/2025 nömrə verilməli və hazırkı 2(045)- 1983/2025 saylı mülki iş 2(045)-1447/2025 saylı mülki işə birləşdirilərək baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən MPM-in 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Goranboy Rayon Məhkəməsinin icraatnda olan 2(045)-1447/2025 və 2(045)- 1983/2025 nömrəli mülki işlər bir icraatda birləşdirilsin və yeni işə 2(045)-1447/2025 saylı iş nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar