Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1987/2025 03.03.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Kazım İntiqam oğlunun, Bayramova Aytac Məhərrəm qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağının xəstəliyi ilə bağlı ödənilən pul vəsaitlərinin geri qaytarılması”tələbinə dair iddia ərizəsinə, Goranboy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2150 manat pu vəsaitinin, 50 manat mediasiya xərcinin və 100 manat dövlət rüsumu məbləğinin ondan alınıb ona verilməsi və birgə nikahlarından 19 sentyabr 2015-ci il təvəllüdlü X1 autizm xəstəliyi ilə bağlı ödənilən bütün məbləğlərdən sonra, yəni məhkəməyə iddia təqdim edilən vaxtdan hesablanmaqla övladı Rinatın faktiki olaraq yanında qaldığı dövr ərzində Rinatın özünə sərf edilməsi üçün cavabdeh tərəfindən ona ödənilnməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh ilə faktiki olaraq ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar onun yanındadır. Birgə nikahlarından olan övladları Rinat autizm xəstəsidir. Oğlu Rinat autizm pozuntusunda əziyyət çəkdiyinə görə pul vəsaiti verirlər və həmin məbləğləri cavabdeh alır. Həmin məbləğin cəmi 2150 manat təşkil etdiyini, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, sözügedən puldan xəbərsiz olduğunu, iddianın əsassız olduğunu, məhkəmədən təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin qəbul edilməməsini və rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflərin birgə nikahdan olan övladları 19 sentyabr 2015-ci il təvəllüdlü X1 autizim xəstəliyi bağlı ödənilən vəsaitin (pensiya) iddiaçıya ödənilməsi müddətinin əvvəlini tərəflərin izahatları və digər sübutlarla müəyyən etmək mümkün olsa belə, müddətin sonunun müəyyən edilməsi hazırkı mərhələdə qeyri-mümkündür. Çünki uşağın kimin yanında qalması məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan və icra edildikdən sonra faktiki olaraq müəyyən edilmiş olacaqdır. Məhkəmə bu prosessual hərəkətlər bitdikdən sonra ödəniləcək məbləğin həcmini müəyyən edə bilər. Deməli hazırkı mülki iş üzrə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; 13-cü bəndinə əsasən məhkəmələrə xatırladılmışdır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunan vəziyyətdə mülki işə baxılması və iddia ərizəsinin həll edilməsi qeyri-mümkündür. Odur ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-nin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, MPM-in 259, 260, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “uşağının xəstəliyi ilə bağlı ödənilən pul vəsaitlərinin geri qaytarılması” tələbinə dair müki iş baxılmamış saxlanılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Kazım Vəliyev
Məhkəmə qərarları › İş №2(045)-1987/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1987/2025
03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver