Məhkəmə qərarları › İş №2(045)-2075/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2075/2023

21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2075/2023 21.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində azyaşlı uşaqları 27 noyabr 2017-ci il təvəllüdlü X5, 27 noyabr 2017-ci il təvəllüdlü X4 və 02 iyun 2019-cu il təvəllüdlü X1 üçün cəmi 660 (altı yüz altmış) manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 05 fevral 2017-ci ildə ailə qurub evlənmiş, lakin cavabdehin təqsiri ucbatından nikah rəsmi qeyd edilməmişdir. Birgə yaşadığ müddətdə 27 noyabr 2017-ci il təvəllüdlü X10, 27 noyabr 2017-ci il təvəllüdlü X7 və 02 iyun 2019-cu il təvəllüdlü X11 adlı üç uşağı olmuşdur. Cavabdehlə ilk günlər münasibətləri pis olmamışdır. Həmişə ailəsinə, uşaqlarına baxardı, lakin son bir neçə ildir ki, cavabdeh tamam dəyişmişdir. Belə ki, ailəsinə, uşaqlarına baxmır, nə yeyir, nə içir, harada qalır bu onu maraqlandırmır. Bu səbəbdən də demək olar ki, hər gün evdə söz-söhbət olurdu. Aralarında baş verənlər uşaqlarına da pis təsir edirdi. Axırıncı dəfə aralarında baş verən narazılıqdan sonra cavabdehdən ayrılaraq uşaqları da götürüb atası evinə gəlmişdir. Bir neçə aydır ki, ayrı yaşayır. Bu müddətdə cavabdeh bir dəfə də olsun ki, uşaqları ilə maraqlanmamışdır. Ona görə də, istəyir ki, cavabdehdən uşaqları yetkinlik yaşına çatana qədər hər ay sabit məbləğdə bir uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat məbləğində aliment alınaraq ona verilsin. Cavabdehin buna imkanı var. Belə ki, ticarətlə məşğul olur, ayda yaxşı qazanır. Lakin cavabdeh könüllü aliment vermək istəmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddiaçının iddia tələbində göstərdiyi aliment məbləğini hazırda işləmədiyi üçün ödəməyə maddi imkanı çatmır. O, cəmi 300 manat miqdarında aliment ödəyə bilər. Odur ki, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 334282 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci ildə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 334283 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 365633 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu ildə İddiaçı doğulmuş X8 atası hesab edilmişdir; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 317348 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 02 iyun 2019-cu ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 028152 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2017-ci ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı ******* nömrəli arayışdan görünür ki, X10 xx.xx.2017-ci ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; X2 Sistemi Məşğulluq haqqında ********** nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh işaxtaran kimi qeydiyyata alınmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 27 noyabr 2017-ci il təvəllüdlü X5, 27 noyabr 2017-ci il təvəllüdlü X3 və 02 iyun 2019-cu il təvəllüdlü X6 atasıdır. İddiaçı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 660 sabit pul məbləğində aliment tələb edir. Cavabdeh isə alimentin hər ay hər uşaq üçün 220 manat tutulmasına etiraz edərək hər ay 100 manat, cəmi 300 manat aliment ödəməyə razıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 27 noyabr 2017-ci il təvəllüdlü X5, 27 noyabr 2017-ci il təvəllüdlü X3 və 02 iyun 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 66,80 manat (390 manat*12ay=4680 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 27 noyabr 2017-ci il təvəllüdlü X5, 27 noyabr 2017-ci il təvəllüdlü X4 və 02 iyun 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 27 noyabr 2017-ci il təvəllüdlü X5, 27 noyabr 2017-ci il təvəllüdlü X4 və 02 iyun 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 66,80 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar