Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2169/2023 26.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X17 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, Goranboy rayonunun, Yolqulular kəndində 0,1998 ha həyətyanı torpaq sahəsində yerləşən 78.50 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə onun köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Goranboy rayonu Yolqulular kəndində yerləşən 78,50 kv.m fərdi yaşayış evinin (29.1 kv.m və 25.8 kv.m yaşayış otaqları, 18.3 kv.m ümumi otaq, 5.3 kv.m giriş otağı) və 0.1998 ha həyətyanı torpaq sahəsinin vərəsəlik qaydasında X2 - torpaq sahəsi 4/28 hissə, X8 - torpaq sahəsi 4/28 hissə, X12 - torpaq sahəsi 4/28 hissə, X4 - torpaq sahəsi 4/28 hissə, fərdi yaşayış evinin 45/64 hissəsi, torpaq sahəsinin 7/28 hissəsi İddiaçı, fərdi yaşayış evinin 15/64 hissəsi, torpaq sahəsinin 1/28 hissəsi X6, fərdi yaşayış evinin 4/64 hissəsi, torpaq sahəsinin 4/28 hissəsi Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 əlavə edilir. Cavabdeh yaşayış evinin özünə düşən hissəsi ilə kifayətlənməyərək, mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsini tutaraq onu fərdi yaşayış sahəsindən mülkiyyətçi kimi istifadə etməyinə maneə olur və imkan vermir. Cavabdeh qanunsuz və əsassız olaraq onu mülkiyyətində olan yaşayış sahəsinə buraxmır, onu ümumi birgə əmlakdan - yaşayış evindən məhrum etmiş, həmin yaşayış evində yaşamağa imkan verməmiş, onun mənzil hüququnu kobud şəkildə, qanunsuz olaraq pozmuşdur. Cavabdeh yuxarıda qeyd edilən qadağanedici normaları pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir, Konstitusiyanın göstərilən normalarının, qanun pozuntusunun nəticələri aradan qaldırılması və onun, uşaqlarının, ailəsinin məhrum edildiyi evə köçürülməyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun çıxış edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Yolqulular kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 854451 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2017-ci ildə “böyrək çatışmamazlığı” səbəbindən ölmüşdür; Goranboy rayon Vətəndaşlıq aktlarının dövlət qeydiyyat orqanı tərəfindən verilmiş AZ seriyalı 047562 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 dekabr 2000-ci ildə “ürək infarktı” səbəbindən ölmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Goranboy rayonu, Yolqulular kəndində 0,1998 ha həyətyanı torpaq sahəsində yerləşən 78.50 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı adına rəsmiləşdirilmiş, həmin evin yerləşdiyi torpaq sahəsinə X1 pay hüququ 4/28 hissədə, X7 pay hüququ 4/28 hissədə, X10 pay hüququ 4/28 hissədə, X3 pay hüququ 4/28 hissədə, İddiaçı fərdi yaşayiş evinə pay hüququ 45/64 hissədə, torpaq sahəsinə isə 7/28 hissədə, X6 fərdi yaşayış evinə pay hüququ 15/64 hissədə, torpaq sahəsinə isə 1/28 hissədə, Cavabdeh fərdi yaşayış evinə pay hüququ 4/64 hissədə, torpaq sahəsinə isə 4/28 hissədə müəyyən olunmuşdur. Məhkəmə, iddiaçının izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Goranboy rayonu, Yolqulular kəndində yerləşən fərdi yaşayış evinə dair İddiaçı payı fərdi yaşayiş evinə 45/64 hissədə və torpaq sahəsinə isə 7/28 hissədə müəyyən edilmişdir. İş materiallarından da aşkar surətdə göründüyü kimi iddiaçı və cavabdeh mübahisəli yaşayış sahəsinin paylı mülkiyyətçiləridirlər, yəni hər iki tərəfin mübahisəli əmlaka öz paylarına nisbətdə sahiblik, istifadə və sərəncam hüquqları vardır. Lakin iddiaçının sözügedən əmlakda sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən maneə törədildiyindən iddiaçının bu hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin faktiki hallarından və təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı Goranboy rayonu, Yolqulular kəndində 0,1998 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 78,50 kv.m-dən ibarət olan mübahisəli fərdi yaşayış evinə digər payçılardan daha çox pay hüququna malik olsa da, həmin mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəblərə görə, yəni cavabdehin hərəkətlətinə görə sahibliklik və istifadə hüquqlarını həyata keçirə bilməmişdir. Halbuki, mənsub olduğu əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmalı, ondan istifadə etməli və ona dair sərəncam verməlidir ki, bu hüquqlar da dövlət tərəfindən tanınır və qorunur. Yəni, cavabdehin hərəkətləri mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarını məhdudlaşdıra bilməz. Odur ki, İddiaçı mübahisəli fərdi yaşayış evində digər mülkiyyətçi ilə bərabər yaşamaq ixtiyarına malikdir və o, qeyd edilən yaşayış sahəsindən hər hansı bir maneə olmadan istifadə etməli, iddiaçının normal yaşayış yeri və layiqli həyat şəraiti təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verǝrǝk hesab edir ki, iddia təmin edilməli, iddiaçı Məmmədov X14 rayonunun, Yolqulular kəndində 0,1998 ha həyətyanı torpaq sahəsində yerləşən 78.50 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Məmmədov X14 rayonunun, Yolqulular kəndində 0,1998 ha həyətyanı torpaq sahəsində yerləşən 78.50 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-2169/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2169/2023
26.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver